Hər bir xalqın varlığı onun milli-mənəvi dəyərlərində, dilində ehtiva olunur

 

Ulu öndər Heydər Əliyev  prinsipiallığı və  qətiyyəti sayəsində  Azərbaycan Respublikasının 1978-ci ildə  qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin  Azərbaycan Respublikasının  dövlət dili olması haqqında  xüsusi maddəni   daxil etməklə   mahiyyət etibarilə  xalqımızı  milli müstəqillik və milli dövlətçilik qazanmağa hazırlamışdır

 

Milli-mənəvi dəyərlərimizin qorunmasının prioritetliyini daim önə çəkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi,  Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi  bizim ən böyük nailiyyətimizdən biridir. Bu, təkcə dil məsələsi deyil,  həm azərbaycançılıq məsələsidir.

 

Azərbaycan dilinin dövlət  dili statusu qazanması məsələsi yalnız  XX əsrin 60-cı illərinin sonunda ümummilli lider  Heydər Əliyev  respublika rəhbərliyinə gələndən sonra  gündəmə çıxaarılmışdır. Bu dövr,  eyni zamanda, onunla səciyyəvidir ki,  Azərbaycan dili tədbricən rus dilinin kölgəsindən  çıxmağa başlamış, ictimai şüurda  milli dövlətçilik quruculuğunda  öz yerini tutmuşdur.  Ulu öndər Heydər Əliyev  rəsmi, qeyri-rəsmi  tədbirlərdə Azərban dilində  nitq söyləməkdən danışmaqdan çəkinməyərək, bu kimi addımları ilə  ziyalılaramızın diqqətini  ana dilinin inkişaf etdirilməsinə yönəldirdi ki, bu da öz növbəsində milli mənlik  şüurunun sürətlə  inkişaf etməsinə şərait yaradırdı. Məhz bu baxımdan ulu öndər  Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.  O dövrdə  görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. Ulu öndər Heydər Əliyevin  prinsipiallığı   qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə  qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin  Azərbaycan Respublikasının  dövlət dili olması haqqında  xüsusi maddə  daxil edildi.  Bu  məqam da hər zaman xüsusi qeyd edilir ki,  o dövrdə  milli dilə Konstitusiya səviyyəsində  dövlət dili statusu vermiş üç keçmiş sovet respublikasından biri, yeganə müsəlman ölkəsi   Azərbaycan idi. Dahi şəxsiyyət Heydər Əliyev həmin dövrü belə xarakterizə etmişdir: « Bu maddə  Moskvada  çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki,  başqa respublikada bu yoxdur, buna ehtiyac yoxdurAncaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar  aparırdım. Sübut etməyə çalışdım ki,  biz dövlət dilinin Azərbaycan dili olduğunu da  öz Konstitusiyamıza yazmalıyıq yazacağıq

 

Təbii ki, bu kimi addımları  Azərbaycanın bugünü gələcəyi üçün  inkişaf strategiyasını işləyib hazırlayan Ümummilli Liderin  azərbaycançılıq ideyasının təbliğinə, bir amal ətrafında birliyə çağırışları  sırasındandır.  Bu gün  böyük fəxr hissi ilə qeyd edirik ki,  dahi şəxsiyyət Heydər Əliyevin  1969-1982-ci illərdə  milli dil sahəsində apardığı  fəal siyasət  ölkəmizdə milli  dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirmiş, mahiyyət etibarilə  Azərbaycan xalqını milli müstəqillik milli dövlətçilik qazanmağa hazırlamışdır.

 

Ulu Öndərin «Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir» fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki,  ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan daim söz ehtiyatını zənginləşdirən bir dildir.

 

Müasir müstəqil Azərbaycan dövlətinin   dil siyasətinin müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər  Heydər Əliyev Azərbaycan dilinin inkişafına xidmət edən Fərman sərəncamlar imzaladı.  Ən əsası 1995-ci il noyabrın 12-də  ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu bir daha Ümummilli Liderin  ana dilimizə dəyişməz mövqeyinin təsdiqi oldu.

 

2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındaFərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. « Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında» Fərmanın  imzalanması da əhəmiyyəti ilə diqqəti çəkdi. Fərmanda qeyd olunduğu kimi,  latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan Əlifbası Azərbaycan Dili Günü kimi  qeyd olunması zəruri hesab olundu.

 

Son 16 ildən artıq dövrdə ulu öndər  Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  dil siyasətini, dilimizə diqqət qayğını eyni məsuliyyətlə davam etdirir. Dövlətimizin başçısı « Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan həlli vacib  prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında  çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.  Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları internet vasitəsilə yayılması, latın qrafikasında  «Azərbaycan ədəbiyyatının virtual kitabxanası» yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki,  «Elektron hökumət», «Elektron dərslik», «Elektron kitabxana» terminləri yarandı bu sahədə önəmli uğurlar əldə olundu.  «Azərbaycan dilinin qloballaşma şəraitində  zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın qəbulunda da məqsəd Azərbaycan dilinin istifadəsinə dövlət qayğısının artırılmasını, dilçilik araşdırılmalarını əsaslı sürətdə yaxşılaşdırmaqla fundamental   tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcıq səylərinin birləşdirilməsini, cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Cənab İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli  «Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Fərmanı da  ana dilimizin qorunmasına inkişafına xidmət edən addımların tərkib hissəsidir. Ana dilimizin  yad təsirlərdən qorunması naminə aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində   mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə ifadə vasitələrinə malik Azərbaycan dilinə  başqa millətlər tərəfindən maraq göstərilir.

 

Qeyd etdiklərimiz fonunda bu ümumiləşdirməni apara bilərik ki,  hər bir xalqın varlığı, milli kimliyi onun milli-mənəvi dəyərlərində, dilində ehtiva olunur.  Azərbaycanın ötən il ev sahibliyi etdiyi UNESKO-nun Ümumdünya İrs Komitəsinin  43-cü sessiyasında da   Azərbaycanın  milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin, dilinin qorunmasına   təbliğinə xidmət edən addımları təqdir edilmişdir.

 

Yeganə Əliyeva

İki sahil.- 2020.- 28 aprel.- S.15.