İgid oğlan”, “Döyüşçünün ölümü”, “Kimin qanıdır o qan?!”

yaxud tarixin poeziyası, poeziyanın tarixi

 

Şair Ənvər Əlibəylini bir vaxtlar Azərbaycan Radio Televiziya Verilişləri Komitəsində işləyənlər təbiətcə təvazökar, xasiyyətcə mülayim, prinsipial bir insan kimi xatırlayırlar. Azərbaycanımşeiri Səməd VurğununAzərbaycanşeirinin məntiqi davamı kimi oxunan şair Ənvər Əlibəyli Böyük Vətən müharibəsi başlayanda ordu sıralarına çağırılıb, Tbilisidəki hərbi məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə döyüşən ordu sıralarına göndərilib.

 

Artilleriya batareyasının komandiri olan leytenant Ənvər Əlibəyli sonralar 416-cı Taqanroq diviziyasının tərkibində döyüşüb. 1944-cü ildə ağır yaralanıb, ordu sıralarından tərxis edilib. İnqilab mədəniyyətqəzetində, “Təbliğatçıjurnalında içləyən Ənvər Əlibəyli 1948 - 1952-ci illərdəƏdəbiyyat qəzeti”ndə redaktor, 1952 - 1968-ci illərdə Azərbaycan Radio Televiziya Verilişləri Komitəsinin sədri vəzifələrində işləyib.

 

1944-cü ilin yazında döyüşən ordudan Azərbaycan Yazıçılar İttifaqına göndərilmiş məktub azərbycanlı zabitin rəşadətinə, cəsarətinə verilən dəyərdir bu məktubda xarakteri qürurla, iftixarla xatırladılan zabitin diviziyada şair kimi ehtiramla əhatələndiyi şübhəsizdir. Belə olmasaydı məktub Yazıçılar İttifaqına deyil, Hərbi komissarlığa ünvanlanardı: “Böyük Vətən müharibəsi cəbhələrində rəşadət fədakarlıq göstərən həqiqi Azərbaycan balası, sizin yetisdirməniz, gənc cəbhəçi şair Ənvər Əlibəyli haqqında sizə yazmağı belə bir vətənpərvər şair tərbiyə etdiyinizə görə sizə təşəkkür etməyi borc bilirik. Baş leytenant Ənvər Əlibəyli bizim hissənin ən qabaqcıl, mübariz zabitlərindən biridir. Əlibəyli yoldaş azğın alman işğalçılarına qarşı döyüşlərdə igidlik rəşadət göstərdiyinə görəQırmızı Ulduz”, “İkinci dərəcəli Vətən müharibəsiordenləri ilə təltif edilmişdir. Komandanlıq Ənvər Əlibəylinin simasında özünün ən bacarıqlı döyüşkən zabitini tanıyır. Sizin qəhrəman şairinizlə fəxr etməyə haqqınız var.”

 

Ənvər Əlibəyli belə zabit olub...

 

Akademik Bəkir Nəbiyev yazır ki, “Ənvər Əlibəylinin şeirləri hay-küydən, gurultudan uzaqdır. Bu xüsusiyyət onun müharibə şeirlərində özünü büruzə verir.”

 

 

 

Mən bu şeiri topların əjdaha nəfəsindən,

 

Mərmilərin havanı yaran nəriltisindən,

 

Vətən yolunda gedən qızğın vuruşmalardan,

 

Ruhlanaraq yaratdım səngərdə yatan zaman, -

 

 

 

deyən şair Ənvər Əlibəylinin döyüş yolu həm onun yaradııcılıq yolunun bir hissəsidir. Özünəməxsusluğuyla seçilən bu yaradıcılığı ədəbi tənqid yüksək səmimiyyətlə dəyərləndirirdi: “Şair Ənvər Əlibəylinin müharibəyə, cəbhəyə aid şeirlərində gurultulu çağırışlara, nidalara rast gəlmirik. O, ifadə etmək istədiyi fikirləri hissləri, döyüşçü üçün əziz olan bir məktub, bir şəkil, yaxud müəyyən bir hadisə ilə bağlayır, kiçik sadə süjetlər qurur” (Ə.Cəmil).

 

1941-ci ildən 1944-cü ilə kimi döyüşən, döyüşlər səngiyəndə düşüncələrini, gördüklərini, müşahidə etdyi hadisələri ədəbiyyata gətirən şairin Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədova ithaf etdiyiİgid oğlanşeiri sıradan bir döyüş epizodu kimi oxunmur, şeir bir qəhrəmanlığın tarixidir. Bu qəhrəmanlıq şair Ənvər Əlibəylinin təqdimatında qəhrəmanlığı müxtəlif şəkildə tarixləşən yüzlərlə Gərayların qəhrəmanlığının poetik obrazıdır.

 

Döyüş gedir. Düşmənin pulemyotu döyüşçülərimizin döyüşə-döyüşə irəliləməsinə imkan vermir. Döyüşçü (Gəray Əsədov) bir anlığa düşünür, “gen sinəsini torpağa söykəyir”, sonrapulemyota sarı sürünür”. Az sonrapulemyotun alov saçan lüləsi onun pəhləvan vücuduyla qapanır”:

 

 

 

Düşmən susur...

 

Bizimkilər üzüktək,

 

Dövrə vurur, alır onu araya...

 

 

 

Şeir təsvirlə tamamlanmır, şair bu döyüşü tarix yazan bir qəhrəmanlıq kimi, Azərbaycanlı döyüşçüsünün şücaəti, milli xarakter kimi təqdim edir. Belə qəhrəmanlıq sonralar müxtəlif cəbhələrdə, müxtəlif şəraitlərdə təkrar edilmişdi. Bu amil şeirin sonluğunda yaşarı bir kəlam kimi ümumiləşdirilib:

 

 

 

Müqəddəsdir əzəl gündən deyiblər,

 

Vətən eşqi, el sevgisi, məhəbbət.

 

İgid oğlan, yaşadacaq səni

 

Əsrlərlə bu şücaət, bu şöhrət.

 

 

 

Döyüşçünün ölümü Ənvər Əlibəylinin şeirlə yazılan döyüş təəssüratları kimi oxunan, həm müharibənin tarixi kimi diqqəti çəkən əsərlərindəndir.Döyüşçünün ölümü”nü mahiyyəti təbiəti heyrətləndirən bir qəhrəmanlıq haqqında elegiya da adlandırmaq müm-kündür:

 

 

 

Sən öləndə bahardı,

 

Çöllərdə, çəmənlərdə

 

Min cürə çiçək vardı.

 

Səni dəfn etdik səhər

 

Matəm bayrağı kimi

 

Əyilmişdi lalələr.

 

 

 

Şeirdəlalələrin matəm bayrağı kimi əyilməsidəfnin rəsmiliyini bildirməklə, ehtiramın səviyyəsinin göstəricisidir. Mükəmməl, səmimi, təbii təsvir döyüşçülərin , təbiətin insan xarakterinə, bu anlamda qəhrəmanlığa ehtiramını ifadə edir. Belə ehtiramlar bəşəri ehtiram deyirik...

 

Kimin qanıdır o qan?” şeiri bədii ümumiləşdirmə əsasında qələmə alınıb. Döyüşçü ağır yaralanıb, çox qan itirib. Vurulan qan onun həyatını xalas edir, yaşamının davamına dönür. Bunu özünə gələndə bilir. Onu da öyrənir ki, ona vurulan qan arxa cəbhədən göndərilib. Məni kimin qanı xilas edib? - soruşur. Vurulub? Bildirirlər ki, səni xilas edən burada yoxdur. Yaralı döyüşçünün təkidi müqabilində həkim qız ona üstünə donorun adı-soyadı, ünvanı yazılmış bir şüşə verir. Yaralı döyüşçü heyrətlənir:

 

 

 

...Ürək quştək çırpınır gördüyüm mənzərədən,

 

Öz anamım qanıdır mənə həyat verən qan!..

 

Kiçik həcmli əsərlərində obrazlar yarada bilən şair Ənvər Əlibəyli Bəxtiyar VahabzadəninDörd yüz on altıpoemasında döyüşçü kimi, şair kimi, şair-döyüşçü kimi təqdim edilib:

 

 

 

Yumşaq təbiətli bu həlim insan

 

Deyərdin, quşa da daş ata bilməz.

 

Ancaq...Top ardına keçdiyi zaman

 

O, yalnız əsgərdir,-

 

Ölər, yenilməz!

 

Döyüşdə əsgərdir,

 

Adicə əsgər,

 

Döyüş qurtardımı,

 

Şairdi Ənvər.

 

Mən ölmək istəyirəm səngərdə əsgər kimideyən (yəni ölər olsam səngərdə əsgər kimi ölməliyəm! Bu qərar belə ölümün ömür kimi dəyərləndirilməsidi), “İgid oğlan”, “Döyüşçünün ölümü”, “Kimin qanıdır o qan?!” kimi düşündürücü şeirlər tarixin poeziyası, poeziyanın tarixi kimi oxunub, belə oxunacaqdır...

 

Rəşid Faxralı

İki sahil.- 2020.- 29 aprel.- S.19.