Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin
inkişafı .
Mühüm coğrafi mövqeydə və
Böyük İpək Yolu üzərində yerləşən
Naxçıvan Ìuxtar Ðespublikası Azərbaycanın
qədim meyvəçilik regionlarından biri hesab edilir.
Ərazidə arxeoloji qazıntılar zamanı tapılanərik,
şaftalı, alça və digər meyvə çəyirdəkləri
tədqiqatçıların burada meyvəçilik tarixinin
3500 ildən çox olduğunu deməyə əsas verir.
Tarixən burada olan təsərrüfat əhəmiyyətli
yabanı meyvə bitkilərini bu gündə
seleksiyaçılar yüksək qiymətləndirirlər.
Hazırda bağlarda becərilən meyvə sortları ərazidə
olan yabanı meyvə bitkiləri üzərində əsrlər
boyu aparılmış xalq seleksiyasının məhsuludur.
Meyvəçilik əlverişli oroqrafik
xüsusiyyətlərə və torpaq-iqlim faktorlarına malik
olan Naxçıvan Muxtar Respublikasında 1996-cı ildən
yüksələn xətt üzrə inkişaf etdirilir. Həmin dövrdə ümummili lider Heydər
Əliyevin layiqli davamçısı cənab Vasif
Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbər
seçilməsilə bu qədim diyarda kənd təsərrüfatının
mühüm sektoru olan meyvəçiliyin inkişafında
uğurlu mərhələ başlandı. Kənd təsərrüfatının digər sahələri ilə
yanaşı meyvəçiliyin inkişafı
üçün həlli vacib tədbirlər haqqında
imzalanan sərəncamların, proqram və layihələrin
icrası istiqamətində həyata keçirilən tədbirlər
bunu deməyə əsas verir. Belə ki,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
müvafiqSərəncamı ilə təsdiq edilmiş
“Naxçıvan Muxtar Respublikasının Regional
İnkişaf Proqramı (2005-2008-ci illər)”, “2008-2015-ci illərdə
Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”, “Naxçıvan
Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”, “2012-2015-ci illərdə
Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və
tərəvəzçiliyin inkişafı üzrə
Dövlət Proqramı”, “2016-2020-ci illərdə
Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və
tərəvəzçiliyin inkişafı üzrə
Dövlət Proqramı”nın icrası nəticəsində
meyvəçilik sahəsində yüksək göstəricilərə
nail olunmuşdur. Qeyd edilən proqramların
icrası zamanı muxtar respublikanın meyvə genefondunun
qorunub saxlanması və genişləndirilməsi, aborigen meyvə
sortlarının mütərəqqi üsullarla aparılan tədqiqatlar
əsasında, sistemli şəkildə öyrənilməsi,
həmçinin ərzaq təhlükəsizliyi
baxımından əhalinin keyfiyyətli, ekoloji təmiz məhsullarla
təmin olunması, rəqabətə davamlı məhsul
istehsalının stimullaşdırılmasında rol oynayan
yeni intensiv tipli meyvə bağları salınması, yeni
texnoloji prinsiplərə əsaslanan meyvə emalı müəssisələrinin
yaradılması xüsusilə diqqətdə
saxlanılmışdır.
Qeyd edək ki, 1996-cı ildə
1995-ci illə müqayisədə 480 hektardan çox yeni meyvə
bağı salınaraq meyvəçilik üzrə ümumi əkin
sahəsi 1586 hektara çatdırılmışdır.
2001-ci ildə muxtar respublikada meyvə bağlarının
ümumi əkin sahəsi 2248 ha olmuş, 2005-ci ildə isə
bu bağların ümumi sahəsi 2746 ha
çatmışdır ki, onların da 2424 hektarı barverən
yaşda olmuşdur. Ötən dövrdəhər il meyvə
bağlarının əkin sahələri
artırılmışdır ki, bu da öz növbəsində
istehsal həcminin artması ilə yanaşı, idxaldan
asılılığın aradan qaldırılmasına
da müsbət təsir göstərmişdir.
2009-cu ildə muxtar respublikada meyvə bağlarının
ümumi əkin sahəsi 3727,3 hektara
çatdırılmışdır ki, bu da 1995-ci illə
müqayisədə 3,6 dəfə çoxdur. 2009-2013-cü
illərdə məlum dövlət proqramının icrası
dövründə muxtar respublikanın meyvə
bağlarının əkin sahəsi 600,3 hektar genişləndirilərək
4327,6 hektar olmuşdur. 2011-ci ildə 4107,2 hektar olan meyvə
bağlarının sahəsi 546,3 hektar artırılaraq
2015-ci ildə 4653,5 hektar təşkil etmişdir. 2014-2018-ci
illərdə bağların sahəsi 672,7 hektar
artırılaraq 5000,3 hektara çatdırılmışdır.
2018-ci ildə məhsuldarlıq 2014-cü illə müqayisədə
32 faiz artmışdır. 2019-cu ildə meyvə
bağlarının ümumi sahəsi 1995-ci ildəkindən
4,7 dəfə çox artaraq 5156,5 hektar olmuşdur ki, bunun da
89,2 faizi barverən yaşda olmuşdur.
Müqayisə etsək görərik
ki, 1996-cı ildə 1991-ci ilə nisbətən muxtar
respublikada meyvə istehsalı 8 dəfə, məhsuldarlıq
isə 12,2 dəfə artmışdır. 2014-cü ildə
ümumi yığım 1996-cı illə müqayisədə
1,92 dəfə üstündür. 2015-ci ildə istehsal edilən
məhsul 2014-cü illə müqayisədə 41 faiz
artıb. Məhsul tədarükü üzrə ən
yüksək göstərici 2018-ci ildə 55949 ton olub ki, bu da
1996-cı illə müqayisədə 3 dəfə
çoxdur.
Vurğulamaq lazımdır ki, 2002-ci ilavqustun 7-də
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin yaradılması ilə Naxçıvanda meyvəçiliyin
elmi əsaslarla, sistemli şəkildə tədqiq edilməsinin
əsası qoyulub. Tədqiqatların istiqaməti kimi keyfiyyətli,
məhsuldar, xəstəliklərə davamlı sortların
öyrənilməsi və seleksiya işlərində istifadə
edilərək daim təkmilləşdirilməsi qeyd edilib.
Unudulmaqda olan, “Naxçıvan sortları” adı ilə məhşurlaşmış
onlarla meyvə sortlarının qorunması və öyrənilməsi
məqsədilə Bölmənin Bioresurslar İnstitutunda meyvə
genofondu bağı yaradılıb. Genofond bağında meyvə
bitkiləri planauyğun olaraq əkilmiş, meyvəçilikdə
qəbul edilmiş muasir metodikalar əsasında elmi
araşdırmalar yerinə yetirilmişdir. Fəaliyyət
dövründə AMEA Naxçıvan Bölməsində
muxtar respublikada becərilən çəyirdəkli, tumlu, giləmeyvəli
və digər meyvə bitkilərinə dair tədqiqatlar
aparılıb, onların sistematik tərkibi müəyyənləşdirilib,
genefondu qiymətləndirilib, zərərvericiləri öyrənilib.Qısa
müddət ərzində yabanı alma və
armudun növ və variasiyalarının təhlili verilib və
Azərbaycan florası üçün iki növü ilk dəfə
təqdim edilib, ərazidə becərilən üzüm, alma,
armud, gilas, albalı genofondunun kompleks şəkildə tədqiqinə
nail olunub. İndiyədək 178 üzüm, 104 alma, 63 gilas və
24 albalı sort və formasının
genefondunu müəyyənləşdirilib, bioloji və
pomoloji göstəriciləri tədqiq edilib.Meyvəçilik
sahəsində kadr hazırlığına da xüsusi diqqət
yetirilib, bir çox meyvələrə dair monoqrafiyalar,
müasir becərmə üsullarının təbliği
istiqamətində kütləvi informasiya vasitələrində
maarifləndirmə işləri aparılıb.
Ümumdünya Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı ekspertlərinin
qiymətləndirmələrinə görə, dünya ərzaq
təhlükəsizliyinin vəziyyətinin iki mühüm
göstəricisindən biri adambaşına düşən
istehsal həcmidir. 2012-2015-ci illəri əhatə edən müvafiq
dövlət proqramında 2015-ci ilə qədər əhalinin
müxtəlif meyvə məhsullarına olan tələbatının
adam başına 88,5 kiloqrama çatdırılması nəzərdə
tutulsa da, bu vəzifə muxtar respublikada uğurla yerinə
yetirilərək 115,6 kiloqrama
çatdırılmışdır. Belə ki, Naxçıvanda
bir nəfər üçün tələbat 2018-ci ildə
122,7 kq qeyd edilərək ən yüksək olmuşdur. Muxtar
respublikanın hər bir nəfəri üçün il ərzində
istehsal edilən meyvə 2019-cu ildə 1996-cı illə
müqayisədə 2,1 dəfə çox olmuşdur.
Naxçıvan Muxtar
Respublikasında uğurla icra olunmuş 2012-2015-ci və
icrası bu ilin sonunadək davam etdirilən 2016-2020-ci illəri
əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin
inkişafı üzrə dövlət proqramları kənd təsərrüfatının,
o cümlədən meyvəçiliyin inkişafında
olduqca böyük əhəmiyyətə malikdir. Bu proqramlarda muxtar respublikada yüksək keyfiyyətli
və məhsuldar meyvə bağlarının
salınması, unudulmaqda olan meyvə sortlarının bərpası,
ərazilər üzrə müvafiq meyvə sortlarının
əkininə dair tövsiyələrin hazırlanması, əhalinin
fasiləsiz olaraq meyvə ilə təmin edilməsi məqsədilə
əlaqəli sahələrin inkişafının dəstəklənməsi,
meyvə məhsullarının ixracının
stimullaşdırılması öz əksini
tapmışdır. Hər iki proqramın
icrası Naxçıvanda uzun illərdən bəri təbii
şəraitin, uzun müddət becərilmə və
introduksiya olunmuş sortların hesabına xalq seleksiyası nəticəsində
formalaşmış yüksək məhsuldarlığa malik
yerli meyvə sortlarının bərpasına və seleksiya
işlərinə əhəmiyyətli dərəcədə
təsir göstərmişdir.
Proqramların icrası əsasında
Naxçıvançay, Əlincəçay və
Gilançay vadilərində, Arazboyu düzənlik ərazilərdə
meyvə və üzüm bağları da
salınmışdır. Həmçinin Şərur
rayonunun Kərimbəyli və Çərçiboğan kəndlərində
süfrə sortlarından ibarət yeni üzüm
bağı salınmış, Babək rayonunun Nehrəm kəndində
mövcud üzüm bağı genişləndirilərək
150 hektara çatdırılmışdır. Kəngərli
rayonu ərazisində püstə bağı, rayonun Xok kəndi
ərazisində yeni badam bağı salınmışdır.
Muxtar respublikada bar verən meyvə
bağlarının ümumi sahəsi 2012-ci ildəki 3143,4
hektardan artırılaraq 2015-ci ildə 4013,4 hektara
çatdırılmışdır. Ümumiyyətlə,
1996-cı ilə nisbətən 2019-cu ildə Naxçıvan
Muxtar Respublikasında meyvə bağlarının ümumi sahəsi
4,6 dəfə, barverən meyvə bağlarının
sahəsi 4,9 dəfə, meyvə istehsalı 71,6 dəfə,
hektardan məhsuldarlıq 14,5 dəfədən çox artmışdır.
Qeyd edək ki, ötən dövrdətingçiliyin
inkişafına da xüsusi diqqət yetirilmişdir.
2012-2015-ci illər ərzində muxtar respublika üzrə 751
hektar ərazidə 660 minə yaxın ting əkilmişdir.
Regionun torpaq, iqlim və relyef xüsusiyyətlərinə asan
uyğunlaşan meyvə sortlarından ibarət tingçilik
sahələri yaradılmışdır. Şərur və
Babək rayonlarında müxtəlif meyvələrin məhsuldar
sortlarından ibarət tinglər yetişdirilmişdir. Culfa rayonunun Dizə kəndində tingçilik təsərrüfatı
yaradılmış, Şahbuz rayonunda mövcud tingçilik təsərrüfatının
fəaliyyəti diqqət mərkəzində
saxlanılmışdır. 2018-ci ildə püstə
bağında 12 hektar sahədə 1250 dibçəkdə
yetişdirilmiş püstə fidanı, 10 hektar sahədə
isə püstə tingi vasitəsilə bərpa işləri
aparılmışdır.
Görülən
işlərin nəticəsidir ki, 2019-cu ildə meyvə
bağlarının 89,2 faizi barverən yaşda olmuşdur. Məhsulverən
meyvə bağlarının ən çoxu Şərur
rayonunun (1294,5 hektar) payına düşür. Buna müvafiq
olaraq muxtar respublikada istehsal olunan meyvənin çox hissəsi
(38,9 faizi) Şərur rayonundan tədarük edilmişdir. Rayonun meyvə bağlarında hektardan məhsuldarlıq
ən yüksək göstərici (156,2 sentner) olmuşdur.
Şahbuz rayonunda barverən meyvə bağlarının sahəsi
(759,4 hektar) və bu bağlardan istehsal edilən məhsul (8026
ton) Şərur rayonu istisna olmaqla, digərlərindən
üstün göstəriciyə malikdir. Babək
rayonunda meyvə bağlarının sahəsi nisbətən
az (498 hektar) olsa da, hektardan məhsuldarlıq yüksək
(135,2 sentner) olmuşdur.
Beşinci çağırış
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci
sessiyasında Ali Məclisin Sədri demişdir: “...Yeni müəssisələr
yaradılarkən muxtar respublikanın bütün rayonları
üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq
ənənələri nəzərə alınmalıdır.
Ailə təsərrüfatlarının yaradılması və
inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq
problemini həll edir, əhali gəlirlərinin həcminin
artmasına müsbət təsir göstərir. Ona görə
də ailə təsərrüfatlarının
yaradılmasına üstünlük verilməlidir”.
Xatırladaq ki, 2019-cu il muxtar
respublikada “Ailə təsərrüfatları ili” elan
edilmiş, bu ildə ildə meyvə bağlarının əkilməsilə
məşğul olan ailə təsərrüfatlarının
yaradılmasına köməklik edilmiş, təsərrüfat
sahiblərinə pulsuz olaraq meyvə və meşə tingləri
verilmiş, mütəxəssis dəstəyi göstərilmişdir.
Yaradılan əlverişli şəraitin və
göstərilən dövlət qayğısının nəticəsidir
ki, yeni yaradılan 13 ailətəsərrüfatı tərəfindən
ümumilikdə,19,8 hektar(meyvə-17,3 hektar, üzüm-2,5
hektar) sahədə meyvə və üzüm bağları
salınmışdır. Bununla yanaşı, meyvəçiliyin
inkişaf etdirilməsində mühüm istiqamətlərdən
biri də tədarük olunan meyvənin
saxlanılmasıdır. Bu məqsədlə ötən
dövrdə muxtar respublikada
ümumi tutumu 15 min 945 tonolan 38 soyuducu anbar
yaradılmışdır. Görülən işlərin nəticəsidir
ki, bu gün Naxçıvan əhalisinin meyvə məhsullarına
olan tələbatı əsasən yerli istehsal hesabına
ödənilir.
Ümumiyyətlə, muxtar respublikada bu sahədə
əldə olunan nailiyyətlər onu göstərir ki,
dövlət qayğısı nəticəsində digər
sahələr kimi meyvəçilik də davamlı inkişaf
yolundadır.
Orxan BAĞIROV
AMEA
Naxçıvan Bölməsi
Aqrar elmlər üzrə
fəlsəfə doktoru, dosent
İki sahil.- 2020.- 29 aprel.- S.22.