İordaniya portalında
akademik Zərifə Əliyeva haqqında məqalə dərc olunub
İordaniyada
geniş oxucu auditoriyasına malik www.nayrouz.com xəbər
portalında ölkənin tanınmış
yazıçı-publisisti, tarixçi Ömər əl-Armutinin
“Mərhum həkim Zərifə Əliyeva Azərbaycanın
müasir tarixinin tanınmış simalarından biridir”
adlı məqaləsi dərc edilib. Bu
barədə AZƏRTAC-a Azərbaycanın
İordaniyadakı səfirliyindən
məlumat verilib.
Məqalənin müəllifi aprelin
28-də Zərifə Əliyevanın
anadan olmasının
97-ci ildönümünün qeyd edildiyini diqqətə çatdırır,
incə qəlbli ana və sadiq
həyat yoldaşı
olmuş akademikin tibb elminə mühüm töhfələr
verdiyini vurğulayır.
O, Azərbaycan xalqının
akademik Zərifə Əliyevanın xatirəsinə
ehtiramla yanaşdığını
qeyd edir və onun həyat
və fəaliyyətinə
nəzər salır.
Bildirir ki, 1923-cü il aprelin 28-də Naxçıvanın
Şahtaxtı kəndində,
Azərbaycanın tanınmış
dövlət və ictimai xadimi Əziz Əliyevin ailəsində anadan olmuş Zərifə Əliyevanın yaşadığı
dövr ərzində
oftalmologiya elmi sahəsində apardığı
möhtəşəm tədqiqatları
hazırkı dövrdə
bu elmlə bağlı aktual məsələləri
ehtiva edir və Azərbaycan oftalmologiya tarixində əlamətdar yer tutur.
Zərifə Əliyevanın 1960-cı ildə oftalmologiya sahəsi üzrə tibb elmləri namizədi dərəcəsinə
yiyələndiyi, 1968-ci ildən
başlayaraq sözügedən
sahə üzrə aktual problemlər üzərində tədqiqatlar
apardığı və
onun sayəsində dünyada ilk görmə orqanının
peşə patologiyasının
araşdırılması üzrə
ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının
yaradıldığı oxucuların
diqqətinə çatdırır.
1977-ci ildə Zərifə
Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsinin verildiyi barədə məlumat verən müəllif onun Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafatı olan “Averbax” mükafatına layiq görüldüyünu qeyd
edir.
Ömər əl-Armuti vətənpərvərliyi,
insanlığı, qəlbinin
təmizliyi və insanlara qarşı hədsiz məhəbbəti
ilə seçilmiş
Zərifə xanımın
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin sadiq ömür-gün yoldaşı olduğunu, onun Ümummilli Liderə bütün işlərində dayaq və dəstək olduğunu vurğulayır. “Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev bu ailədə tərbiyə alıb. Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
ilə sürətlə
inkişaf edir, parlaq gələcəyə
can atan müasir dövlətə
çevrilib. Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın təməlini
qoyduqları işləri
davam etdirirlər”, – deyə müəllif məqaləsini yekunlaşdırır.
İki sahil.- 2020.- 30
aprel.- S.3.