Arxeologiya və jurnalistika:
onu uğurlara aparan qoşa qanad
Arxeoloqun işi təkcə tarixi abidələri aşkarlamaq deyil, həm də yuxusuz gecələrə qatlanıb ürəyinin istəyi ilə xalqına layiq əsərlər yaratmaqdır. Bu baxımdan tarix elmləri doktoru Qafar Cəbiyevin əməyi və gərgin fəaliyyəti qibtəyə layiqdir.
Alimin yüz əllidən çox elmi məqaləsi və bir sıra kitabları
çoxəsrlik tariximizə
layiqli xidmətdir.
Onun gərgin əməyinin, səmərəli
axtarışlarının məhsulu olan və bu günlərdə
çapdan çıxan,
həm də yeniliyi, əhatəliliyi, dərin məzmunu ilə seçilən “Girdiman tarixi”, “Girdimanın tarixi və tarixi coğrafiyası”, “Azərbaycan
arxeologiyasının əsasları”
adlı irihəcmli,
fundamental monoqrafiyaları arxeologiya
və tarix elmimizə əvəzsiz töhfədir. İlk orta əsrlər dövrünün bir sıra öyrənilməmiş
və qaranlıq qalan məsələlərinə
işıq saçan
bu əsərlər həm də ermənilərin yalançı
uydurmalarına tutarlı
cavabdır.
Bu fikirlər akademik Teymur Bünyadovun tanınmış arxeoloq alim Qafar Cəbiyevin
70 illik yubileyinə həsr etdiyi “Arxeologiya və jurnalistika: onu uğurlara aparan qoşa qanad” sərlövhəli məqaləsində
yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Qafar Cəbiyev
1950-ci ildə İsmayıllı
rayonunun “ormanlar içində duran” o məşhur Talıstan kəndində dünyaya göz açıb. Atası Cəfər
kişinin gözləri
gülüb, qəlbi
sevinib. Anası Gül xanımın arzuları kama
yetib, diləyi hasil olub.
Ali məktəbi fərqlənmə
diplomu ilə bitirən Qafar 1975-ci ildə arxeologiya üzrə aspiranturaya daxil olub. O, 1985-ci ildə
namizədlik, 2007-ci ildə
doktorluq dissertasiyası
müdafiə edib, sanballı tədqiqatları
ilə elmimizə yeni nəfəs gətirib. Alim 1985-ci ildən Qəbələ,
Ağsu, Kürdəmir,
İsmayıllı, Şamaxı
arxeoloji ekspedisiyalarına
rəhbərlik edib.
Onun ölkəmiz və tariximiz üçün olduqca böyük əhəmiyyət kəsb
edən tapıntıları
var.
Qafar müəllim
2010-cu ildə Ağsu
rayonu ərazisində
Azərbaycan arxeologiya
elmində nadir hadisə
sayılan XVIII əsrə
aid geniş bir qazıntıya başladı. Hamımıza
qeyri-adi görünən
və sonsuz marağa səbəb olan işlə tanış olmaq qərarına gəldik. Akademiyanın sayılıb-seçilən tarixçi, arxeoloq və etnoqraf alimləri ilə birlikdə oraya yollandıq. Orta əsr
Ağsu şəhəri
yerində Qafar müəllimin rəhbərliyi
ilə aparılmaqda olan qaynar işin
şahidi olduq. Hava dözülməz dərəcədə
isti idi. Sanki günəş göydən
od ələyirdi.
Amma hamının diqqəti Qafar müəllimdə idi. O, ekspedisiyanın
əldə etdiyi maddi mədəniyyət qalıqları ilə bizi tanış
edir, məna və məzmununu izah edirdi. Söhbət təkcə Azərbaycanda
deyil, bütövlükdə
Cənubi Qafqazda son orta əsr şəhər
mədəniyyətinin tədqiqi
baxımından etalon sayıla
biləcək abidədə
aparılan genişmiqyaslı
qazıntılardan, orada
həyata keçirilməsi
nəzərdə tutulan
konservasiya tədbirlərindən
gedirdi.
Qafar müəllim
alnı tərli, əliqabarlı olsa da, böyük eşqlə, bir ayrı həvəslə
qazıntıdan və
tapıntılardan həvəslə
danışır, bu gərəkli işin hələ başlanğıc
olduğunu bildirirdi.
Arxeoloq olmaq son
dərəcə çətin,
həm də olduqca şərəfli bir işdir. Arxeoloq cəfakeş
fəhlə, yuxusuz gecələr keçirən
alim, ayağı dəmir çarıqlı
dərviş, səyyah,
əqidəli, dözümlü
inşan, kəşfiyyatçı,
tarixçi və həm də bərpaçıdır. Hərtərəfli biliyə, geniş
erudisiyaya, güclü
məntiqə, dərin
müşahidə qabiliyyətinə
malik, ürəyi Vətən tarixi ilə döyünən insandır. Bütün bu yüksək
keyfiyyətləri özündə
birləşdirən, arxeoloqların
ön sıralarında
gedən Qafar müəllim də bax beləcə hər cür ehtirama, minnətdarlığa
layiq bir insandır.
Qəbələ ölkəmizin min illik paytaxtı olub. Yarım əsrdən
çoxdur ki, orada görkəmli alimlər tərəfindən
tədqiqat işləri
aparılır. İndi
həmin işləri
görkəmli arxeoloq
İlyas Babayevlə birlikdə Qafar müəllim davam etdirir. 2009-cu ildə ürəyim atlandı, mən də Qəbələ qazıntılarında iştirak
etmək həvəsinə
düşdüm. Dostların dəvəti
ilə oraya yollandım. Qafar Cəbiyevin
qazıntı sahəsində
işlədim. Tapılan
maddi mədəniyyət
qalıqları ilə
tanış oldum. İş nəticəsində naxışlı
küp parçaları,
boyalı qablar və metal əşyaları
görərkən ölməz
Səməd Vurğunun
bir məşhur qeydi yadıma düşdü. Necə də dəqiq, necə də sərrast deyilib: “Üzərində tarixi qeyd, təsvir olan hər bir
qədim daş vaxtilə canlı yaşayıb-yaradan insanın
donmuş ürəyidir;
o, insan tarixin odu və alovundan
keçərək gözəl
torpağımızı və
tariximizi qoruyub saxlamış, əsrlərboyu
elmin, mədəniyyətin
və incəsənətin
inkişafı üçün
nəhəng və münbit zəmin yaratmışdır; elə
bir zəmin ki, onun üzərində
biz hamımız doğulmuşuq,
yaşayırıq və
gələcək nəsillərin
sifətində həmin
mədəniyyətin ən
qabaqcıl ənənələrini
yeni tarixi şəraitdə inkişaf
etdirərək yaşadacağıq”.
Görkəmli alimin ürəyində döyünən qoşa qanadının biri arxeologiyadırsa, digəri
jurnalistikadır. Bu sahələr
bir-birini tamamlayır,
bir-birini təsdiqləyir.
Mənə belə gəlir
ki, bu, Qafar
müəllimin böyük
uğuru və yaradıcılıq xoşbəxtliyidir.
Onun müxtəlif mətbuat orqanlarında çap olunan beş yüzdən
çox elmi-publisistik
məqaləsi dediklərimizi
təsdiqləyən və
müəllifə şərəf
gətirən dəlil-sübutdur.
Qafarın ilk kitabı olan
“Arxeologiya və romantika” əsərində
elmlə jurnalistika qovuşaraq qoşa qanada çevrilib. “Can Azərbaycan” kitabında
vətənimizin, qədirbilən
xalqımızın zəngin
tarixi, adət-ənənələri,
mənəvi dünyası
böyük eşq və həvəslə tərənnüm edilir.
“Bura Vətəndir”
kitabı eyni hissin, həyəcanın,
Vətən sevgisinin,
torpaq qeyrətinin təzahürü, tərənnümü
və təsdiqidir.
“Yazılan qalacaq”
və “Düşüncələr”
kitablarında müəllif
tarix və mədəniyyət məsələləri
ilə bağlı düşüncələrini, arzu,
istək və hədəflərini oxucu ilə bölüşüb.
“Azərbaycan keramikası” monoqrafiyası
isə Azərbaycandan
çox-çox uzaqlarda
da dəyərli tədqiqat
əsəri kimi qəbul olunur.
Bütün bunlarla yanaşı, o, həm də həssas, qayğıkeş,
çalışqan bir
pedaqoqdur. Uzun illərdir ki, ali məktəblərimizdə
Azərbaycan tarixini və arxeologiyasını
tədris edir. Elmin müvafiq sahələrinə dair ali məktəblər
üçün proqram
və dərsliklərin
müəllifidir. Görkəmli alim, gözəl müəllim, tanınmış
jurnalist olan Qafar Cəbiyev həm də fəal ictimaiyyətçidir.
“Qızıl qələm” mükafatı
laureatıdır. Azərbaycan Respublikasının
Əməkdar jurnalistidir.
Qafar müəllim 2004-2018-ci illərdə
Azərbaycan Respublikası
Milli Televiziya və Radio Şurasının
üzvü və sədr müavini olub. Heç şübhəsiz, bütün bunlar Qafar Cəbiyevə olan ehtiram və
qayğının nəticəsidir.
Qafar müəllim
70-i haqladı. Mənalı ömür sürdü, Vətənimə, xalqıma,
dövlətimə hələ
çox borcluyam dedi. Yetmiş yaşın mübarək,
canın sağlam, ömrün uzun olsun, arzuların üzünə gülsün.
İki sahil.-
2020.- 12 avqust.- S.17.