Bəhruz Quliyev: "Erməni tərəfi gec, ya da
tez ədalət və hərbi gücümüz qarşısında
diz çökəcək"
“SƏS”
qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “BBC-nin
“HARD Talk” proqramında Ermənistanın baş naziri Nikol
Paşinyanın verilən suallar qarşısında aciz vəziyyətə
düşməsi və rüsvay olması ilə bağlı
açıqlama verib. SİA "İki Sahil"ə istinadən xəbər verir ki, baş
redaktor sözügedən
məsələyə münasibətini
açıqlayarkən deyib
ki, bu, Nikol
Paşinyanın həyatında
yaşadığı ən
ağır fiaskolarından
biri oldu və bundan sonra beynəlxalq aləmdə, siyasi dairələrdə ona olan münasibət
daha çox qeyri-ciddiliyi ilə seçiləcək.
Bəhruz Quliyevə görə,
erməni baş nazir ölkəsinin işğalçı və
təcavüzkar olduğunu
ciddi-cəhdlə, suallardan
yayınmaq vasitəsi
ilə ört-basdır
etməyə çalışdıqca,
bu fakt özü-özünü
daha açıq şəkildə isbatladı,
sübut olundu ki, onun bəhanələri
əbəsdir və
BMT-nin qətnamələri də daxil olmaqla, beynəlxalq aləm Ermənistanı işğalçı
kimi tanıyır: “Xüsusilə, Tovuz
istiqamətindəki məlum
təxribat, mülki obyektlərimizin, fərdi evlərin atəşə
tutulması, dağıdılması
və vətəndaşımızın
öldürülməsi faktları
onu dalana dirədi və eyni zamanda, digər
danılmaz amillər Paşinyanın acizliyini daha qabarıq fonda sərgiləmiş oldu. Gəlin baxaq və bir
daha aydınlaşdıraq
ki, hansıdır həmin amillər..?”
O, növbəti misalları gətiib: “Baxın, ermənilərin
baş naziri iddia edir ki,
münaqişə tərəfi
Ermənistan deyil və guya ki,
qondarma, dünyanın
heç bir dövlətinin tanımadığı
“DQR”dir və Azərbaycan, məhz onlarla danışıq masasına oturmalıdır
və s. Sual yaranır, əgər tutaq ki, belədirsə
onda Ermənistan hansı səbəblərlə
işğal olunmuş
ərazilərimizdə magistral
yol çəkir? Ermənistan rəhbərliyi,
eləcə də güc strukturlarının
tez-tez Qarabağa səfərlərinin arxasında
başqa hansı məqsədlər dayanır?
Bu səfərlər söz yox ki,
sülh məqsədini
daşımır, bu səfərlər təcavüzkarlıq
siyasətinin davamıdır.
Yaxud, Ermənistan
bu münaqişədə
tərəf olmadığını
bəyan edirsə, çıxarılan qətnamələr
niyə məhz Ermənistana aid olunur? Avropa parlamentarilərinin bəyanatları
nəyə görə
birbaşa Ermənistan
rəhbərliyinə ünvanlanıb?
Bənzər suallar kifayət
qədər çoxdur
və onların hər birinə verilən cavablar da var – bu,
Ermənistanın işğalçı
dövlət olmasıdır
ki, hazırda Nikol Paşinyan yaxasını qurtarmaq üçün işıq
ucu tapa bilmir. Çünki işıq ucu ümumiyyətlə, yoxdur”.
Daha bir
xatırlatma edən Bəhruz Quliyev bildirib ki, bu,
Prezident İlham Əliyevin Nikol Paşinyana göndərdiyi
qətiyyətli və
sərt ismarıcı
ilə bağlıdır:
“Liderimiz öz çıxışında vurğulamışdı
ki, əgər Ermənistan bu qədər cürətlidirsə,
qorxmursa, o zaman “DQR”i dövlət olaraq tanısın. Görürsünüzmü, Ermənistan rəhbərliyi
buna cürət etmədi, qorxdu. Çünki haqqın, ədalətin və gücün Azərbaycan tərəfində olduğunu
yaxşı bilir, dərk edir. Əlbəttə ki, Paşinyanı sərrast sualları ilə güncə sıxışdıran
Stefen Sakur da bu gerçəklikləri
bilir və ona görə
də erməni baş nazirindən etiraf cavablarını almağa çalışırdı.
Amma gördüyümüz
kimi, Paşinyan sadəcə qaçdı
– qorxaq və suallar altında qalaraq əzilmiş şəkildə fiaskoya uğradı. Bundan isə təəccüblənməyə
dəyməz. Çünki
ortada işğalçılıq,
təcavüzkarlıq
sübutu dayanıb. Hesab edirəm ki, istər Paşinyan olsun, istərsə də bir başqası – erməni tərəfi gec, ya da
tez ədalət və həqiqət, eyni zamanda, hərbi
gücümüz qarşısında
diz çökməli
olacaq. Buna isə şübhə yoxdur”.
İki sahil.- 2020.- 18
avqust.- S.13