Daha 42 şəhid
ailəsi və Qarabağ müharibəsi
əlilinə fərdi
evlər verildi
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
daha 13 rayonda (o cümlədən Saatlı, Salyan,
İsmayıllı, Xaçmaz, Bərdə, Beyləqan,
Ağcabədi, Zaqatala, Yevlax, Şəmkir, Göygöl,
Ağsu, Şamaxı) 42 fərdi yaşayış evi şəhid
ailələrinə və Qarabağ müharibəsi əlillərinə
təqdim edildi.
Saatlı rayonunda
evlərin təqdim edilməsi tədbirində
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, rayonun İcra Hakimiyyəti başçısının müavini
Gündüz Səmədli
iştirak ediblər.
Şəhid ailələrinin üzvləri,
Qarabağ müharibəsi
əlilləri torpaqlarımızın
erməni faşizminin
işğalından azad
edilməsinə, həmin
torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanmasına
görə fərəh
içində olduqlarını
qeyd ediblər. Onlar bu möhtəşəm qələbəni xalqımıza
bəxş edən Prezident İlham Əliyevlə, şanlı
Silahlı Qüvvələrimizlə
fəxr etdiklərini bildiriblər. Şanlı
tarix yazan Azərbaycan Ordusunun rəşadəti ilə,
dəmir yumruğa çevilən sarsılmaz
birliyimizlə sonsuz iftixar hissi keçirdiklərini
vurğulayıblar.
A.Kərimov şəhid
ailələrinə, Qarabağ
müharibəsi əlillərinə
xüsusi diqqət və qayğı göstərilməsinin Prezident
İlham Əliyevin uğurlu sosial siyasətində mühüm
yer tutduğunu bildirib. Qeyd edib ki, dövlət
başçısının tapşırığına əsasən,
ölkədə bütün
sosial proqramlar ildən-ilə genişlənir.
Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşların
mənzil və fərdi evlə təmin edilməsi istiqamətində işlər
getdikcə geniş miqyas alır. Bu il də rekord
səviyyədə olmaqla azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə
verilməsi nəzərdə
tutulub, onlardan artıq 1100-dən çoxu
verilib. Ümumilikdə
ötən dövrdə
9000-ə yaxın şəhid
ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.
Nazir müavini
şəhid ailələri
və müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması
üçün digər
istiqamətlərdə atılan
mühüm addımları
da diqqətə çatdırıb.
Şəhid ailələri və
Qarabağ müharibəsi
əlilləri onlara göstərilən yüksək
qayğıdan razılıqla
bəhs edib, bu gün yeni
fərdi evlərlə
təmin edildiklərinə
görə dövlət
başçımıza dərin
minnətdarlıqlarını ifadə ediblər.
İki sahil.- 2020.- 16 dekabr.- S.22