Milli Qəhrəman
adın mübarək,
igid qazimiz!
Azərbaycan
Prezidenti İlham Əliyevin Fərmanı ilə kəşfiyyatçı
İbad Hüseynova Azərbaycanın Milli Qəhrəmanı
fəxri adı verilib.
Haqqında
sğhbət açdığımız İbad Hüseynov
1970-ci ildə Xocavənd rayonunda dünyaya gəlib.
Dağlıq Qarabağda ilk hərbi toqquşmaların
başlandığı zaman İbad Hüseynov Rusiyanın
Amur vilayətindəki hərbi hissələrdən birində qulluq edirdi. Burada o, Sovet dövlətinin
rəhbəri Mixail Qorbaçovun 1990-cı il yanvarın 20-də
Bakıya xaincəsinə qoşun yeritdiyini və çoxlu
sayda günahsız soydaşlarımızın
öldürüldüyünü eşidəndə
rahatlığını itirib Vətənə
qayıtmağa can atır. Azərbaycandan olan digər hərbçilərlə
birlikdə onların da Vətənə buraxılması məqsədilə
müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə
rəhbərlik İbad Hüseynovu və aclıq
aksiyasında iştirak edən dörd nəfər əsgər
yoldaşını dörd ay əvvəl tərxis etməli
olur.
Vətənpərvər
soydaşımız doğma Xocavənd rayonuna
qayıtdıqdan dərhal sonra yerli özünümüdafiə
dəstəsi yaradır. Həmin dövrdə Dağlıq
Qarabağ münaqişəsinin kəskin mərhələsi
başlamışdı. Ermənilərin xaricdən gətirdikləri terror qrupları yerli Azərbaycan əhalisinə
qarşı xüsusi qəddarlıqları ilə
seçilirdilər.
Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış silah- sursat, maddi təchizat və hərbi texnika vardı. Bütün Qarabağ əhalisində olduğu kimi, Xocavənd rayonu əhalisinin də müdafiə üçün silah-sursatının çatışmadığına baxmayaraq qorxmaz İbad kəşfiyyat-diversiya dəstəsi yaradır və gözlənilmədən erməni tərəfə keçərək onları məhv edir. Baş çavuş İbad Hüseynov düşmənin silah-sursatını ələ keçirərək dəstəsini gücləndirirdi.
Erməni tərəfinin danışıqlarını radiostansiya vasitəsilə izləyəndə məlum olur ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə Suriyadan “Abo” ləqəbli məşhur erməni terrorçusu və təcrübəli səhra komandiri gəlir. Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Ancaq onu Abo kimi tanıyır və bilirdilər ki, ermənilər Abonun əmrlərinə danışıqsız tabe olur və ona hörmət edirlər. Sonralar məlum oldu ki, o, bir neçə Yaxın Şərq müharibəsində vuruşub, Avropada, Suriyada və İraqda terror dəstələrinə rəhbərlik edib. Həmçinin o da məlum idi ki, Abo Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğınında, Xocalı soyqırımında amansızlığı ilə fərqlənib. Digər yaşayış məntəqələrində də Abo qətliamlarda erməni quldur dəstələrinə rəhbərlik edib. Əsir tutulmuş azərbaycanlıların ağlagəlməz işgəncələrə məruz qoyulmasına özü göstərişlər verib.
İgid İbad günahsız azərbaycanlıların tökülmüş qanı üçün şəxsən Abodan qisas almağı özünə söz verir və terrorçunun bütün hərəkət planları və əməliyyatları haqqında məlumatlar topmağa başlayır və onu məhv etməyə hazırlıq görür. Eyni zamanda Abo da ermənilər qarşısında lovğalanaraq İbadı əsir götürməyə və onu cəzalandırmağa söz vermişdi. Nəhayət, rəqiblər çay kənarında qarşı-qarşıya gəlirlər. Abo hiylə işlətməyə çalışsa da İdad onun şirnikdirici təkliflərinə uymur və əlbəyaxa döyüşdə Abonu məhv edir.
Yadımızdadır ki, Abonun öldürülməsi Ermənistanda matəm kimi qeyd edildi, Azərbaycan torpağında göstərdiyi şərəfsizliklərinə görə ona Ermənistanın milli qəhrəmanı adı verildi və İrəvanda Monte Melkonyanın meymuna oxşayan heykəli qoyuldu. Bununla murdar ürəkləri soyumayan ermənilər kəşfiyyatçı İbad Hüseynovun başı üçün külli miqdarda pul mükafatı da təyin etdilər. Çünki o, hər yerdə erməni yaraqlılarına ciddi zərbələr vurmaqda davam edirdi.
26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başını, əllərini və ayaqlarını ağır zədələyir və o, koma vəziyyətinə düşür. İyirmi səkkiz gün komada qalır. Moskvadan gəlmiş məşhur cərrah onun vəziyyətininin ağır olduğunu görüb heç nəyə zəmanət vermədiyini açıqlayır. İbad qoltuq ağaclarında gəzməli olur və xəstəxanalarda müalicə alır. İgid döyüşçünün müharibə zamanı aldığı zədələrə görə sağ ayağı və sağ qolu uzun zaman hərəkətsiz qalır. Ancaq möhkəm iradəli İbad Hüseynov uşaqlıqdan idmanla məşğul olduğu üçün qismən öz sağlamlığına qayıdır. Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır. İgid kəşfiyyatçı 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir. Atəşkəs illərində əfsanəvi kəşfiyyatçının döyüş yolları barəsində “Xüsusi təyinatlı İbad” çoxseriyalı bədii filmi də çəkilib və onun döyüş xidmətləri heç vaxt yaddan çıxmayıb.
Bir neçə
gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev I Qarabağ müharibəsinin
qazisi, baş çavuş İbad Hüseynova Azərbaycanın
Milli Qəhrəmanı
fəxri adının
verilməsi ilə bağlı Fərman imzalayıb. Bu xoş xəbəri igid qaziyə çatdıranda sevincinin
həddi-hüdudu olmayıb.
Yalnız həyəcan
keçirərək pıçıltı
ilə qısaca: “Mən bilirdim, inanırdım ki...” kəlmələrini söyləyib.
İki sahil.- 2020.- 16 dekabr.- S.29