Maksim Şevçenko:
İkinci Qarabağ müharibəsində Azərbaycanın
Böyük Qələbəsi
bəşəriyyətin tarixini
dəyişəcək
Azərbaycan
xalqı Ermənistan döyüşçüləri tərəfindən
30 ilə yaxın bundan əvvəl işğal edilmiş
Qarabağ torpaqlarını azad etdi. Ermənistan
erməni xalqının
mənafeyinə əsla
uyğun olmayan müharibədə məğlub
oldu. Müharibə olmasaydı, dinc
yolla, o cümlədən
Qarabağda daha artıq nəticələr
əldə etmək olardı. Azərbaycan bu müharibədə ədalətli qələbə
qazandı. İkinci Qarabağ müharibəsində
Azərbaycanın Böyük
Qələbəsi bəşəriyyətin
tarixini dəyişəcək.
AZƏRTAC xəbər verir ki, rusiyalı
məşhur jurnalist və politoloq Maksim Şevçenko bu fikirləri dekabrın 11-də Bakıda,
Azərbaycanın aparıcı
KİV nümayəndələri ilə görüşdə
söyləyib.
Onun sözlərinə
görə, Qarabağda
döyüş əməliyyatları
aparılan 44 gün ərzində Azərbaycan
Ordusu ən müasir silahlardan istifadə etməklə ən mürəkkəb məsələləri həll
etməyə qabil olduğunu göstərib.
Rusiyalı jurnalist deyib: “Azərbaycan qoşunları onilliklər
boyu ermənilər tərəfindən möhkəmləndirilmiş
müdafiə xətti
boyunca mövqe tutmağa nail oldu. Bu ordu
ilə hesablaşmamaq
olmaz”.
Məşhur politoloq vurğulayıb
ki, problem özlüyündə həll
edilib, “amma mənim fikrimcə, Qabrielyan kimi oliqarxların və digər şovinist təbliğatçıların sözlərindən belə
çıxır ki, ermənilərin Böyük
Tiqran dövrünə
aid sərhədlər
daxilində hansısa
qlobal müqəddəs imperiyanı bərpa etmək iddialarına düşməsi
problemi əsla həll edilməyib. Hesab edirəm ki, bu, erməni
xalqının mənafelərinə
uyğun deyil. Azərbaycan, Türkiyə,
Rusiya, Gürcüstan,
İran və digər dövlətlərlə
qarşılıqlı faydalı
mehriban qonşuluq münasibətləri erməni
xalqının mənafeyinə
uyğun olardı”.
Ekspert vurğulayıb
ki, Rusiya Qarabağ məsələsinin
nizamlanmasında mühüm
rol oynayıb. O, Rusiya ilə Türkiyə arasında tarixi dostluq münasibətlərini də
vurğulayaraq bildirib ki, Rusiya bu
ölkə ilə münasibətlərə böyük
əhəmiyyət verir.
M.Şevçenko deyib:
“Bu dostluğun əsası ötən əsrin iyirminci illərində, Türkiyəyə
Mustafa Kamal Atatürk rəhbərlik edən dövrdə qoyulub.
İki sahil.- 2020.- 12 dekabr.- S.9.