İqor Korotçenko: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi Dağlıq Qarabağda separatçı qiyamı yatırtdı

 

 

İkinci Qarabağ müharibəsi Ermənistan rəhbərliyinin son onilliklər boyu münaqişə siyasəti ilə bağlı idi, onun başa çatması isə Azərbaycan Ordusunun yüksək qələbə əzmini müəyyən etdi.

 

AZƏRTAC xəbər verir ki, “Nasionalnaya oboronajurnalının baş redaktoru İqor Ko­rotçenko bu fikirləri Bakıdakı Zəfər paradınıVestnik Kavkazaagentliyinə şərh edərkən bildirib.

 

O deyib: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmaması Ermənistan rəhbərliyinin, özü təkcə Nikol Paşinyanın yox, bu ölkənin bütün əvvəlki liderlərinin mövqeyi ilə bağlı idi. Onlar Ermənistan- Azərbaycan münaqişəsinin dinc yolla, beynəlxalq vasitəçilər tərəfindən işlənib hazırlanmış, Madriddə Kazanda aparılan danışıqların gedişində müzakirə edilən detallaşdırılan prinsiplər (Madrid prinsipləri) şərtlər (Kazan formulu) çərçivəsində həllini qətiyyən istəmirdilər”.

 

Ekspertin fikrincə, Nikol Paşinyan əlindən gələni edib ki, İkinci Qarabağ müharibəsi reallığa çevrilsin. O deyib: “Paşinyan məqsədyönlü şəkildə Azərbaycanı təhrik təhqir edir, erməni generallarına müdafiə naziri David Tonoyana yeni aqressiya barədə siyasi tapşırıqlar verirdi. Biz Tonoyanın ABŞ-da məşhur bəyanatını xatırlayırıq. O demişdi ki, əgər yeni müharibə başlayarsa, o halda Azərbaycan daha çox ərazilərini itirəcək, erməni ordusu Bakıya çatacaq. Paşinyan siyasi, ideoloji hərbi planda əlindən gələn hər şeyi etdi ki, müharibə başlansın”.

 

İ.Korotçenkonun qeyd etdi­yi kimi müharibə erməni ordusunun məğlubedilməzliyi, erməni döyüşçülərinin misilsiz fədakarlığı, Dağlıq Qarabağda müdafiə xəttinin sarsılmazlığı barədə 30 illik miflərin küy-kələk olduğunu göstərdi. Azərbaycan döyüş əməliyyatlarının düz­gün taktikasını seçməklə, cənub cinahda əsas dəfetmə istiqamətini müəyyən edib 44 gün ərzində şəxsi heyətdə az itkilərlə hərbi əməliyyatı elə təşkil etməyi bacardı ki, Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində kapitulyasiyanı, Rusiyanın işti­rakı ilə siyasi cəhətdən tərtib edilən üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bundan sonra həmin kapitulyasiya sayəsində üç rayonun ərazisi döyüşlər aparılmadan azad edildi”, - deyə ekspert bildirib.

 

Nasionalnaya oboronajurnalının baş redaktoru deyib: Azərbaycanın müharibədə texniki üstünlüklərə görə, xüsusən zərbə pilotsuz uçuş aparatlarının mövcudluğuna görə qalib gəldiyini deyirlər, amma bu, yalnız qismən doğrudur. Şuşa uğrunda gedən real döyüşlərdə Azərbaycanın bütün xüsusi təyinatlıları yalnız şəxsi silahı ilə döyüşərək, “küçə vuruşmaları”nda işğalçıları darmadağın ediblər. Bu onun göstəricisidir ki, Azərbaycan Silahlı Qüvvələri bu müharibəyə motivasiya olunmuşdu, onların döyüş ruhu çox yüksək idi. Əslşəhər vuruşmaları”nda Ermənistan Şuşadan çıxarıldı. Beləliklə, müharibəyə son nöqtə qoyuldu bundan sonra aşkar göründü ki, erməni ordusunun müqavimət göstərməsinin mənası yoxdur”.

 

Ekspertin fikrincə, müasir beynəlxalq si­yasi reallıqlar baxımından, bu, görkəmli hərbi qələbədir, bu gün tarix məhz belə yaranır. Korotçenko vurğulayıb: “Müasir tarixdə başqa belə bir nümunə yoxdur ki, ərazilərinin 20 faizinin praktik olaraq 30 illik işğalından sonra dövlət öz suverenliyini bərpa etməyi bacarsın qonşunun təcavüzünə son qoya bilsin. Dağlıq Qarabağda separatçı rejim məhv edilib, “böyük məğlubedilməz Ermənistanbarədə mif gömülüb, Ermənistanın qonşula­rın ərazilərinə iddiasına son qoyulub. Çünki reallıqlar belədir ki, geosiyasi dəyişikliklərin geriyə qayıdışı olmayacaq”.

 

O deyib: “Azərbaycanın qələbəsinin nəticəsi - hər şeydən əvvəl, Cənubi Qafqaz­da sülh sabitlikdir. İndi ümumi turbulentlik dövründə belə qaynar nöqtədə sülhün təmin olunması çox mühüm məsələdir. Bu, üçtərəfli bəyanatın icrasında fəal iştirak edən Rusi­ya üçün sərfəlidir, çünki Rusiya sərhədinin perimetri boyunca yerləşən qeyri-sabitlik qövsü parçalanıb. Cənubi Qafqazın sabitliyi bizim üçün milli maraqlar nöqteyi-nəzərindən prinsipial əhəmiyyət kəsb edir”.

 

İ.Korotçenko əlavə edib ki, Prezident İlham Əliyev Prezident Vladimir Putin kimi, öz ölkəsinin ərazi bütövlüyünü bərpa etdi. “Nasionalnaya oboronajurnalının baş redak­toru sonda vurğulayıb: Vladimir Vladimiroviç Rusiyanın ərazi bütövlüyünü bərqərar etdiyi Şimali Qafqazda separatçı qiyamı yatırtdı­ğı kimi, İlham Heydər oğlu da Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi Dağlıq Qa­rabağda separatçı qiyamı yatırtdı. Bunlar bir qəbildən olan hadisələrdir. Ona görə bu gün Əliyev Azərbaycan demək olar bütün dünyada bu görkəmli geosiyasi hərbi qələbə ilə tanınırlar”,.

 

 İki sahil.- 2020.- 121 dekabr.- S.23