Gəncədə şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
yeni mənzillərlə
təmin edilib
Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun əldə
etdiyi möhtəşəm qələbənin sevincini
yaşadığımız bu günlərdə şəhid
ailələri və Qarabağ müharibəsi əlillərinin
mənzillə təminatı sahəsində də
mühüm addımlar atılır.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, noyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 107 mənzil
və fərdi ev, o cümlədən Gəncə şəhərində
50 mənzil və müxtəlif bölgələrdə
57 fərdi ev şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinə
verilib.
Gəncədə mənzillərin təqdim
edilməsi tədbirində
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə Şəhəri
Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz
Xudiyev iştirak ediblər.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Ordumuz erməni silahlı birləşmələrini
torpaqlarımızdan qovmağa
başladı və ərazilərimiz bir-birinin
ardınca işğaldan
azad edildi. Bu zəfər, Azərbaycan əsgər və zabitlərinin şücaətlərlə
zəngin uğurlu hərbi əməliyyatları,
düşmənə sarsıdıcı
zərbələr endirməsi
və qısa bir vaxtda qələbəni
təmin etməsi dünya hərb tarixinə həkk olunub. Azərbaycan təkcə hərbi sahədə deyil, eyni zamanda, diplomatiya,
siyasət sahəsində
də qalib ölkə oldu.
Bu qələbə
ovqatlı günlərimizdə
şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinə
qayğı da davam edir. Həmin
kateqoriyadan olan vətəndaşlar üçün
cari ildə rekord sayda, 1500 mənzil və fərdi ev verilməsi
nəzərdə tutulub.
Onlardan artıq 1000-i təqdim edilib və proses davam edir. İndiyədək
isə 8558 mənzil və fərdi ev bu kateqoriyadan
olan vətəndaşlara
verilib.
Yeni mənzil alan
şəhid ailələrinin
üzvləri, Qarabağ
müharibəsi əlilləri
bu gün qalib dövlətin vətəndaşları olaraq
hər birinin sonsuz fərəh və qürur içində olduqlarını,
Ali Baş Komandanımızla fəxr
etdiklərini deyib, azad edilmiş ərazilərimizdə Azərbaycan
bayrağının
dalğalanmasından iftixar
hissi keçirdiklərini
qeyd ediblər. Bildiriblər ki, Azərbaycanın bu qələbəsinə, doğma
Vətən torpaqlarının
mənfur erməni faşizmindən xilas olmasına görə şəhidlərimizin ruhu
da sevinir.
Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri
xalqımıza möhtəşəm
qələbə sevinci
bəxş etdiyinə
və hər zaman həssas qruplara xüsusi qayğı göstərdiyinə,
bu gün isə onlara yeni mənzillər təqdim olunduğuna görə Prezident, Ali Baş Komandan
İlham Əliyevə
dərin minnətdarlıqlarını bildiriblər.
Səs.-
2020.- 12 dekabr.- S.15