"Le Fiqaro" Laçının Azərbaycana qaytarılmasından yazıb

 

 

Ana səhifə Siyasət      12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Le Fiqaroqəzeti Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması barədə xəbəri dərc edib.

 

Axar.az xəbər verir ki, yazıda noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Laçın rayonunun Azərbaycana geri qaytarıldığı bildirilir. Qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçına daxil olub.

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına istinadən dərc olunan xəbərdə noyabrın 10-da imzalanan birgə bəyanatdan bəhs olunur, Kəlbəcər Ağdamdan sonra dekabrın 1-də Laçın rayonunun da Azərbaycanın nəzarəti altına keçdiyi qeyd edilir.

 

Altı həftə davam edən müharibədə Azərbaycan Ordusunun qazandığı uğurlar qeyd edilir, bir neçə rayonun məhz hərbi əməliyyatlar zamanı işğaldan azad edildiyi diqqətə çatdırılır.

 

Həmçinin bildirilir ki, birgə bəyanata əsasən Azərbaycana qaytarılan əraziləri tərk edən ermənilər evləri yandırıb bütün infrastrukturu dağıdıb.

 

 İki sahil.- 2020.- 2 dekabr.- S.16.