Sığallı xatirələrbizi  xatirələr dünyasına aparır

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Adəm Asnın yenidən oxucularının görüşünə gəlib

 

  Dünyagörüşümüzün formalaşmasında, mənəvi dünyamızın, söz xəzinəmizin  zənginləşməsində, mövqeyimizin, həyata baxışımızın formalaşmasında, Vətən, torpaq sevgisinin, vətənpərvərlik hissinin aşılanmasında əhəmiyyətli rol oynayan kitablar, eyni zamanda, onun müəllifinin mənəvi aləminin, məqsəd məramının nədən ibarət olduğunun, oxucu ilə nəyi  bölüşmək istədiyinin təqdimatıdır. Yeni nəşrin geniş oxucu auditoriyası qazanmasını şərtləndirən əsas amil məhz bu  özəlliyi qoruması, yeni mövzu ilə diqqəti çəkməsidir.

 

  Təxəllüsünü başlanğıcını doğulub böyüdüyü Qarabağlar kəndindən alan, bol sulu olduğu üçünAsnı çayıadlanan bulağın adından götürmüş Adəm Asnı (Adəm Əkbərov) ədəbi mühitə həyatın özündən gələn o həyatı ədəbiyyata gətirməyə çalışan yazıçılardandır.

 

  Hekayələri şeirləri toplanmışSığallı xatirələrkitabı ilə dördüncü dəfə  oxucuları ilə  görüşə gələn A.Asnı, həmçininOvqatadlı təmsillər, satirik hekayələr lətifələr, “Duyğuların ifadəsiBir röya həsrətindəşeirlər kitabının müəllifidir. A.Asnının kitablarının  oxucusu, yaradıcılığının izləyicisi kimi qeyd edə bilərəm ki, hər bir kitabda yer alan hekayələr, şeirlər həyatın müəyyən dövrləri ilə bağlı çağırışlar, şeirlərdə  mənəvi dünyamızı daha da zənginləşdirmək üçün dəyərlərimizə rəğmən bir öyüd-nəsihət öz əksini tapıb. Şeirlər ailəminə baş vurduqda şeiriyyətin içində bir mənəvi rahatlıq tapır, xoş ovqat bəxş olunur, sakitliyə çəkilərək  insanların fərqli olduqları qədər fərqli düşüncəyə sahiblikləri fonunda özünə aid, özünü necə görmək istədiyin  məqamları mənimsəməyə imkan yaranır. Adəm Asnı yaradıcılığını oxucuya sevdirən məhz bu düşüncələrin bolluğu əsasında həyatda uğur qazanmağın, düzgün formalaşmağın yollarını axtarmaqdır.

 

   Sığallı xatirələr”də son dövrlərdə qələmə alınmış hekayə, şeir bir bənddən ibarətdördmisralıqlartoplanmışdır.  Bəzi yazıların altında  tarixin son dövrlərə aid olmadığı diqqət çəkir. Müəllif bildirir ki,  həmin yazılar bir neçə il  əvvəl yazılmağa başlansa da, son dövrlərdə tamamlanıb. Kitabda hekayələrin  mövzusu digər nəşrlərdə, xüsusiləOvqatkitabında olduğu kimi,  əsasən müasir dövrdə qarşılaşdığımız hadisələri əhatə edir. Belə hadisələr  müxtəlif olduğundan hekayələr öz qəhrəmanları,  mövzusu süjet xətti ilə tamamilə fərqlidir.

 

  Hər yeni nəşrinÖn söz”ü seçilən mövzu barədə ümumi təsəvvür yaradır, bir sözlə, onun kitabının təqdimatçısı kimi çıxış edir.

 

   Xalq şairi  Nəriman Həsənzadə  Həyata-işığa çağırışlaradlıÖn söz bildirir ki, Adəm Asnı həyatı, insanı həssas müşahidə etmək qabiliyyətinə malik  ürək qələm sahibidir. N.Həsənzadə  Adəm Asnının iki hekayəsinin timsalında  oxucuları  onunfikir təəssüratları, həyata baxışıilə tanış edir. “Mişkahekayəsində Alxanı oxucuya təqdim edir. Bu obrazın ümumiləşdirilmiş mənzərəsi budur ki, özündən başqa heç kimi düşünmür, cəmiyyət arasında olmaqdan çəkinir, heç kimə faydası olmur, yalnız əlindəki dəyənəkdən başqa dayağı yoxdur. Bu obrazın timsalında ümumilikdə  dövrün bəlalarından olan, özündən  başqa heç kimi sevməyən kimi dəyərləndirmə apardığımız insanların toplusunu görürük.

 

  Ön sözmüəllifi  ötən əsrin böyük türk şairi Nazim Hikmətin  söhbətlərinin birində söylədiyiobrazı gərək gözünlə görüb, əlinlə tuta biləsənfikrinə istinad edərək Adəm Asnın  hekayələrindəki yaratdığı obrazların bu təəssüratı yaratdığını diqqətə çatdırır. Bildirir ki, Alxanın bir obraz, xarakter kimi açıqlanmasındadəyənəköz sözünü deyir. O, Alxanın qəzəbinin, kininin, hirsinin nümunəvi icraçısıdır. Hadisələrin sonrakı inkişafında  artıq Alxan dəyənəyi yox, dəyənək onu idarə etməyə başlayır. Müəllif hekayələrində yaratdığı belə obrazlarla sanki bütöv bir epoxanı görməyə göstərməyə çalışır, təəssüf etdiyi hadisələrin içərisində qovrulur, lakin yanıb kül olmur. Zülmətdə işıq görür.

 

 Adəm Asnının nəsri- onun təsviri, cümlələrarası nəfəsi əsl xalq dili olduğu üçün zəngindir, ifadəlidir. Yazıçı oxucuya köhnə tanışı, dostu, qələmə aldığı obrazı gözü ilə  baxıb həmsöhbət  olduğu üçün  hekayələrinin qəhrəmanlarını hansı şəraitdə danışdırsa da, onlar daxilən oxucuya  tanışdır. Məsələn, “Dəbhekayəsində  yazıçı Qulam dayının şəxsində  dəbə qarşı başqa bir dəbi, israfçı adətə qarşı başqa bir adəti mütərəqqi, səfərbəredici bir qüvvə kimi qoymaqla, nəinki hekayənin bədii həllini tapmış, həm onun təsir gücünü  artırmışdır.

 

    Bu reallıq hər kəsə aydındır ki, hər bir yeni nəşrin məqsədi həyat dərsidir. Əsas olan kitabı oxuduqca yazıçının çatdırmaq istədiklərini düzgün dərk etmək, bu dərsin bizə verdiklərindən sözün həqiqi mənasında dərs almaq, öyrənməkdir. Hər bir oxucu  oxuduğu hekayələrin, şeirlərin  qəhrəmanına çevrilərək özünü o hadisələrin içərisində hiss etməlidir. Düşündürücü, tərbiyəvi fikirləri özlərinin  yaddaş kitabına köçürməlidirlər.

 

  Adam var ki”, “Arzularım”, “Bumeranq qanunu”, “Dinlə ki, dinlənəsən”, “Əli qabarlı dost”, “İntiqam, qisas hissi”, “Kin-küdurət”, “Müdrik qadın”, “Nanəcibə, namərdə sair kimi şeirlərinin hər birində bir çağırış yer alıb.  Fərqli insanların fərqli dünyaları olmaqla yanaşı, cəmiyyətdə özləri barədə necə fikir formalaşdırdıqları, insani keyfiyyətlərdən uzaqlığın varkən yox kimi qəbul olunmaqda kimi rol oynadığı, edilən pisliklərin, əməllərin bumeranq effekti verməsi kimi həyati dərslər şeirlərdə öz əksini tapır.  Arzularımisə insanları arzuların qanadına alıb  çox-çox uzaqlara aparır. Vurğulanır ki, bitib- tükənməyən arzular insan ömrünün əsas dəstəkçilərindəndir.

 

   Müəllif oxucularının görüşünə bu fikirlə gəlir ki, hər bir kitabı oxuyandan sonra oxuduqlarının təsiri ilə  oxucuda   hər hansı fikir, duyğu, təəssürat yaranırsa, deməli, kitab əbəs yerə yazılmayıb əbəs oxunmayıb. Adəm Asnın, eyni zamanda, kitabı ən yaxşı yol yoldaşı kimi dəyərləndirərək bildirir ki, ərsəyə gələn hər yeni nəşrin hansı təəssüratı yaradacılığı onun necə dərk olunmasından qəbulundan asılıdır. Müəllif oxucularla görüşünün davamlı olması istəyini diqqətə çatdırır.

 

 Sıgallı xatirələr”in oxucular üçün maraqlı yol yoldaşı olacağı, Adəm müəllimin görüşlərinin qarşıdakı illərdə daha geniş  auditoriyanı əhatə etməsi  arzusu ilə

 

 Yeganə Əliyeva

 

İki sahil.- 2020.- 2 dekabr.- S.21.