Naxçıvanın şəhid oğlu baş leytenant Fuad Əlizadə
Bu gün Azərbaycanın
hər bölgəsində millətimizin başını göylərə
ucaldan və xalqımızın şərəfini
qoruyan qəhrəman
oğulların məzarları ziyarət yerinə
çevrilib
Vətən uğrunda müharibədə
igidlik göstərən, döyüş
nümunəsi ilə öyünüləsi,
fəxr ediləsi və gələcək nəsillərə Vətən,
torpaq, millət sevgisində örnək olan qəhrəmanlarımız minlərlədir.
Hər birinin döyüş yolu bir tarix, böyük əsərlərin
mövzusudur...
Sentyabrın 27-dən başlanan Vətən müharibəsində Naxçıvanın
Şahbuz rayonunun Kolanı kəndindən 20-yə yaxın
mərd övladımız
iştirak edirdi.
Savaşın ən qaynar yerlərində, ən təhlükəli nöqtələrində
yer alan bu mərd oğullardan biri də 26 yaşlı baş leytenant Fuad Nazim oğlu Əlizadə idi. Fuad qısa ömür yaşasa da, əsl Vətən oğlunun ən çətin məqamlarda
edə biləcəyi
son borcu şərəflə yerinə
yetirdi. Həmkəndlisi Elxan Şükürlü
təəssüflə qeyd
edir ki, ərəbcədən tərcümədə
adı “ürək” mənasını verən
bizim 26 yaşlı Fuadı elə döyüşçü dostları
da məhz cəsur ürək sahibi olduğundan “Laçın dəhlizi”ni ələ keçirmək uörunda
döyüşlərə
yollanan ilk xüsusi əməliyyat qrupunun tərkibinə almışdılar.
Silah yoldaşları Fuadı cəsur ürək sahibi kimi tanıtmaqda yanılmamışdılar.
Baş leytenant
Fuad Əlizadə hər an elinin-obasının
adını ən yüksəklərə qaldıracaq
qədər
cəsur zabit idi. Cəsarətinə görə
hər zaman döyüşlərin ön
xəttində idi, düşmənə qan udduran belə igidin ya şəhid, ya qazi olacağı sanki alnına yazılmışdı.
Bir neçə
gün əvvəl Fuadın həmkəndlisi,
kəşfiyyatçı İman Alməmmədovun
nəşi
Naxçıvanda böyük
izdihamla qarşılanaraq
son mənzilə yola salınmışdı.
Noyabrın 30-da
Naxçıvan ictimaiyyəti Beynəlxalq Hava Limanında öz canlarını Vətənə
qurban verən daha 4 şəhidini böyük izdihamla qarşıladı.
Vətən
müharibəsində öz şücaətləri ilə
yaddaşlara həkk olunan Əlizadə Fuad Nazim oğlu
Naxçıvan şəhərində,
Nuriyev Cavid Əşrəf oğlu Şərur Şəhidlər
xiyabanında, Hacıyev
Şükür Bayram
oğlu Babək şəhərində, Vəlizadə
İbrahim Malik oğlu Babək rayonunun Yarımca kəndində son mənzilə yola salınıblar.
Azərbaycan Respublikasının Dövlət Himninin sədaları və fəxri qarovul dəstəsinin yaylım atəşi altında torpağa tapşırılandan sonra
şəhid zabitimizin tabutu üzərindəki Azərbaycanın
üçrəngli bayrağı
atası Nazim kişiyə təqdim edildi. Şəhidimizin məzarı
üstünə tər
qərənfil və qızılgüllər
düzüldü. “Şəhidlər
ölməz, Vətən
bölünməz!”, “Başını
dik tut, şəhid atası!” şüarları
və alqışlar səsləndi. İzdihamlı
mərasimdə çıxış
edənlər şəhid
zabitimizin ailə üzvlərinə başsağlığı
verib, Vətən uğrunda canlarından keçən qəhrəman
övladlarımızın qisasının artıqlamasıyla
alındığını və onların uğrunda canından keçdiyi hər qarış Vətən torpağının
mənfur düşmən
tapdağından azad edildiyini bildiriblər. Vurğulanıb ki, qədim Naxçıvan diyarı hər zaman igid, mübariz qəhrəmanları ilə
tanınıb. Tarix boyu Naxçıvanın vətənpərvər övladları istər bu qədim diyarın
müdafiə olunmasında,
istərsə də digər cəbhələrdə
öz şücaətləri
ilə bu hərb tariximizi daha da zənginləşdiriblər.
Baş
leytenant Fuad Əlizadənin qardaşı
Fərid Əlizadə 44 günlük
Qarabağ savaşında
həlak olanların xatirəsinin unudulmayacağını dilə
gətirdi: “Vətən uğrunda canlarını fəda edən Fuad kimi oğullar bilirdilər ki, Vətənin-Azərbaycanın ərazi bütövlüyü
uğrunda qəhrəmanlıqlar
göstərirlər. Şəhid
qanları ilə suvarılan torpaqlarımızın hər
qarışı
bizə müqəddəsdir.”
Baş leytenant
Fuad Nazim oğlu Əlizadənin şəhid olması və dünən Naxçıvanın
Şəhidlər xiyabanında torpağa tapşırılması xəbərini redaksiyamıza şəhid ailəsinin yaxın qohumu Nəzifə xanım xəbər verdi. Biz də redaksiyamızın
kollektivi adından Fuad Əlizadə başda olmaqla Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyirik.
N.Muğanlı.
İki sahil.- 2020.- 2 dekabr.- S.23.