İtaliyanın dövlət katibi Ağdama səfəri ilə bağlı: "Məscidlər tövləyə
çevrilib"
İtaliya
Respublikasının Xarici İşlər və Beynəlxalq
Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan
Respublikası və İtaliya Respublikası arasında
İqtisadi Əməkdaşlıq üzrə birgə
Hökumətlərarası Komissiyanın həmsədri Manlio
Di Stefano işğaldan azad olunmuş Ağdam şəhərinə
səfəri ilə bağlı təəssüratlarını
özünün “Facebook” səhifəsində paylaşıb.
Yeniavaz.com xəbər verir ki, dövlət katibi vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın indi “ruhlar şəhəri” kimi tanındığını yazır. O, bir zamanlar on milərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzülün müşahidə olunduğunu, qəbirlərin dağıdıldığını, məscidlərin tövləyə çevrildiyini diqqətə çatdırır.
Manlio Di Stefano imzalanmış üçtərəfli Bəyanata əsasən bu torpaqların Azərbaycana geri qaytarılmasından bəhs edir. O, İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirir.
Dövlət katibi Ağdam şəhərində çəkdiyi
şəkilləri “Facebook”
səhifəsində paylaşıb.
İki sahil.- 2020.- 10 dekabr.- S.21.