O GÜN GƏlDİ
Elə anlar var ki, yalnız onları
yaşayanda həmin anlara nə qədər dərin,
böyük bir ehtiyac duyduğunu hiss edirsən. Uzun illər ərzində
məhz həmin anları həsrətlə, iztirabla gözlədiyinin
fərqində olursan.
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin qətiyyəti, uzaqgörən
siyasəti, ağlı, zəkası, cəsarəti sayəsində
rəşadətli ordumuzun qazandığı şanlı Qələbə
bizi nəhayət ki, 30 ilədək intizarını çəkdiyimiz,
ürəyimizin başında qanı kəsilməyən
yaraya çevrilmiş o əfsanəvi anlara qovuşdurdu.
Tarixi reallıqlar cənab Prezidentimiz İlham
Əliyevin zəmanəsinin parlaq milli liderlərindən və
qeyri-adi qüdrətli sərkərdələrindən biri
olduğunu isbat etdi. Ali Baş Komandanın qətiyyətli
siyasəti və ordumuzun gücü ilə Vətən
müharibəsi zəfərlə başa çatdı.
Tarixin heç bir dönəmində, dünyanın heç
bir ölkəsində görünməyən nadir bir hadisə,
- işğal edilmiş torpaqların yenidən hərb yolu ilə
geri qaytarılması dünyada misli-bərabəri
olmayan bir hadisədir. Azərbaycanın son bir neçə əsrdəki
tarixi nailiyyətlərinin zirvəsində hər zaman iftixar,
qürur rəmzinə çevriləcək bu şərəfli
qələbə heç zaman unudulmayacaq.
Qələbə ruhu
Bu zəfəri bayram edən,
bir-birinə gözaydınlığı verən,
küçələrini, evlərini, iş yerlərini,
avtomobillərini üçrəngli bayraqlarımızla bəzəyən
insanların sevinci, qüruru, - bütün ölkədəki
bayram ovqatı mühüm bir tarixi hadisənin canlı
şahidləri olduğumuz bu günlər möhtəşəm
tarixi dövr olduğu üçün bizi xoşbəxt edir.
Bu, taleyin bizə ən gözəl
lütfüdür.
Hərdən adama elə gəlir ki, aradan
keçən bu 28 illik acıları, həsrəti sanki biz
heç yaşamamışıq. Sanki bu gün
düşməndən təmizlənən doğma
yurdlarımızdan heç ayrı düşməmişikmiş.
Elə bil, o nisgil, qubar heç bizimki deyilmiş. Bütün
bu baş verənlər 28 ilədək sürən qorxulu bir
röya imiş.
Qələbə ruhu da elə budur, əslində.
O ruh nisgilləri ovudur, yaralara məlhəm
qoyur, keçmişin dərslərindən nəticə
çıxararaq gələcəyə ümidlə yönəlməyə,
qələbəni qoruyaraq tərəqqi arzuları ilə onu
həqiqətə çevirməyə, möhkəmləndirməyə,
Qələbədən yeni başlanğıclara doğru
mətin addımlar atmağa sövq edir, ilham verir.
Əslində, bu gün azadlığa
çıxan torpaqlarımızdan guya heç zaman ayrı
düşməməyimizlə bağlı təəssüratlarımızda
müəyyən həqiqət payı da var. Biz doğma
yurdlardan didərgin düşəndə o torpaqları da
beynimizdə, qəlbimizdə, xatirələrimizdə
özümüzlə götürüb gəlmişik. Onlar hər
birimiz üçün doğma ocaqlarda, hər
anımızda, hər günümüzdə yaşayıblar.
Bizimlə birgə olublar. Unutmamışıq və
unudulmağa qoymamışıq. Ona görə
bu gün o torpaqlara qayıdışımız həm
möcüzə kimi görünür, həm də
inanılmaz həqiqət kimi! Çünki hətta ən
ümidsiz vaxtlarımızda belə, bir gün bunun həqiqətə
çevriləcəyinə hər birimiz bütün
varlığımızla inanırmışıq.
Və o gün gəldi...
Əvvəlcə bir sıra cəbhə
ətrafı kəndlərimiz, ardınca o müqəddəs
Suqovuşan, sonra Cəbrayıl rayonu, Hadrut qəsəbəsi,
Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər,
Laçın müzəffər Ordumuzun qüdrəti ilə
işğaldan azad edildi. Dövlətçilik tariximizin
Dövlət Bayrağı Günü, Milli Dirçəliş
Günü kimi şərəf salnamələrinə bələdçilik
edən noyabr ayı yeni qələbələrlə həyatımıza
yeni əlamətdar tarixi günlər gətirdi. Noyabrın 8-də Azərbaycanın dillərdə
dastan olmuş tarixi keçmişinin canlı şahidi,
Ağa Məhəmməd Şah Qacarları məğlub edən,
xalqımızın unikal mədəniyyətinin ülviyyət
məbədi, milli musiqisinin beşiyi, gülüstanlar
diyarı əfsanəvi xarıbülbülün doğma vətəni
Şuşa 28 illik işğaldan sonra igidlərimizin sücaəti
sayəsində azadlığa çıxdı.
Azərbaycan övladları
müqəddəs şəhərimiz olan Şuşanı
orta əsrlərimizin cəngavərləri kimi, demək olar
ki, qol gücünə, ağır silahlardan istifadənin
mümkün olmadığı sıldırım
qayalıqlar şəraitində, əsl alpinistlər kimi
qayalara dırmanaraq, düşmənlə əlbəyaxa
mübarizədə azad etdilər.
Bu, dünyanın hərb tarixində əbəqi
qalacaq və igidlik, qorxmazlıq, Vətənə sevgi
nümunəsi kimi daim xatırlanacaq bir qələbədir.
Dünya mediası Azərbaycan əsgər və zabitlərinin
qəhrəmanlıqlarından böyük heyrətlə
söz açır. Əsrlərlə milli ruhumuzu
böyütmüş, ucalarda saxlamış Babək,
Cavanşir, Koroğlu artıq bizim üçün uzaq bir
tarix, əfsanə deyil. Onların nəsillərinin
davamçıları olan Azərbaycan igidləri bu qəhrəmanlıqları
XXI əsrdə bir daha bütün dünyaya bəyan etdilər.
Ermənistan kapitulyasiyaya məcbur edildi
Şuşanın fəthindən
sonra artıq yolun sonuna gəldiyini, ağır məğlubiyyətdən
qaçmağın mümkünsüzlüyünü
görən Ermənistan noyabrın 10-da faktiki kapitulyasiya
aktına imza atmaq məcburiyyətində qaldı. Beləliklə,
Azərbaycan 44 günlük Vətən müharibəsində
ordumuzun qələbəsini rəsmiləşdirmiş oldu.
Noyabrın 10-da Azərbaycan və Rusiya
prezidentlərinin, habelə Ermənistanın baş nazirinin
imzaladığı üçtərəfli bəyanat
işğalçının kapitulyasiyasının
hüquqi-rəsmi təsdiqinə çevrildi. Azərbaycan
düşmənin burnunu elə ovdu, ona elə bir tarixi
qınaq və utanc yaşatdı ki, (əgər bu hisslər
onda varsa...) işğalçı Ermənistanın rəhbərliyi
sənədi göz qarşısında, kameralar önündə
imzalamağa özündə təpər tapa bilmədi.
Düşmənin üzə çıxası halı
qalmamışdı.
Bu bəyanatla Azərbaycan Ermənistanı
ölkəmizin ərazi bütövlüyü ilə razılaşmağa
faktiki məcbur etdi. Bəyanatın şərtlərinə əsasən,
noyabrın 20-də Ağdam rayonu tamamilə Azərbaycan
Ordusunun nəzarəti altına keçdi. Ağdam şəhərinin
mərkəzində Dövlət bayrağımız
ucaldı. Dövlət himnimiz səsləndi. Bunun
ardınca düşmən əsgərləri 25 noyabrda Kəlbəcərdən,
1 dekabrda isə Laçından çıxarıldı. Azərbaycan
bayrağı bu qədim yaşayış məskənlərində
də dalğalandı. Beləliklə, 27 illik işğaldan
sonra Ağdam, Kəlbəcər, Laçın öz
azadlığına, öz doğmalarına qovuşdu.
Azərbaycan dövləti bir güllə belə atmadan, bir
şəhid vermədən, bir əsgərimizin
sağlamlığına xələl gəlmədən
Ağdam, Kəlbəcər, Laçın kimi strateji ərazilər
düşməndən təmizlədi. Ermənistanın
kapitulyasiyası düşmən üzərindəki
şanlı hərbi qələbəmizin nəticəsidir. Azərbaycan
dövlətinin döyüş meydanındakı bu qələbəsi
həm də siyasi qələbəmizin rəhnidir.
Bir Qələbənin üç müəllifi
Həmişə dünyanı sərgərdan
dolaşan, özgələrinin torpaqlarına əxz edilməli
obyekt kimi baxıb özününküləşdirməyə
çalışan, tarixboyu öz torpaqları, öz
yurdları, öz ocaqları olmadığından yurd
düşüncəsindən də məhrum olan ermənilər
Azərbaycan insanının doğma yurda nə qədər
qırılmaz tellərlə bağlılığını
unutdular. O torpaqların Azərbaycan xalqının ürəyində
əbədi yaşadığını duya bilmədilər,
anlamadılar. Fərqində olmadılar ki, bizim bütün məcburi
köçkünlərimiz bu illər ərzində yalnız
bir ülvi arzu ilə yaşayıblar: öz doğma
torpaqlarına qayıtmaq, illərlə arzusunda olduqları həyata
qovuşmaq.
Azərbaycan Prezidenti uzaqgörən siyasəti,
Ordumuzun gücü ilə bu intizara son qoydu.
Vətən savaşında
qazandığımız Qələbənin üç
müəllifi var: Azərbaycan dövlətinin
bu illər ərzində formalaşdırdığı
güclü ordu, bu orduda döyüşən igidlərimizi
yetişdirmiş və milli həmrəyliyi ilə onlara mənəvi
ruh vermiş xalqımız və yenilməz Ordumuzun yenilməz
sərkərdəsi, xalqımızın comərd oğlu
milli Lideri, bu qüdrətli birliyi bir araya gətirərək
Azərbaycanın tarixi qələbəsinə imza atan
Silahlı Qüvvələrimizin yenilməz sərkərdəsi,
Ali Baş Komandanı cənab İlham Əliyev.
Qurtuluşdan başlanan zəfər
Bu Qələbə ötən əsrin
90-cı illərinin ortalarından Azərbaycanın
böyük inkişaf yolu keçdiyini göstərdi.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidi ilə ölkə rəhbərliyinə
qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməsinin
dövlətimizə böyük tarixi şans qazandırdığını
bir daha isbat etdi. Tutduğumuz yolun
düzgünlüyünü, Ulu Öndərin gələcəyə
müdrik baxışlarını, ölkənin taleyini cənab
İlham Əliyevin şəxsində nə qədər
güvənli əllərə əmanət etməsini
sübuta yetirdi. Xalqın seçiminin bir daha
doğruluğunu təsdiq etdi.
Müstəqilliyimizin ilk illərində
Ermənistanın öz havadarlarının köməyi ilə
torpaqlarımızı işğal etməsi Azərbaycanın
yaşadığı siyasi-iqtisadi böhranın, hakimiyyət
uğrunda mübarizənin, ölkə rəhbərliyinin
siyasətdə təsadüfi, naşı insanların əlinə
düşməsinin nəticəsi idi.
Azərbaycan övladları o zaman da indiki kimi qəhrəmanlıqla
vuruşurdular, fədakarlıq göstərirdilər. Birinci
Qarabağ müharibəsində şəhid olmuş ərənlərimizin
məzarları, o döyüşlərdə böyük rəşadət
göstərmiş igidlərimizin qəhrəmanlıq hekayələri
bunun sübutudur. Amma əsas fakt budur ki, onda indiki
güclü, dönməz vahid rəhbərlik yox idi. Nizami
ordu qurulmamışdı. Ayrı-ayrı siyasi qruplar cəbhə
bölgəsində düşmənlə
çarpışan, canını Azərbaycan yolunda fəda
edən vətənpərvər gənclərimizin taleyi ilə
oynayırdılar. Rayonlarımız, şəhərlərimiz
xəyanətlə düşmənə təslim edilirdi. Hakimiyyət uğrunda bir-biri ilə didişən,
ölkəni vətəndaş müharibəsi həddinə
çatdıran siyasi qrupların bədnam əməlləri
cəmiyyətdə gələcəyə böyük
inamsızlıq yaratmışdı. Qonşularla pozulan münasibətlər,
nəticəsi düşünülməmiş, düzgün
proqnozlaşdırılmamış addımlar,
ağılsız bəyanatlar, böyük güclərin mənafelərinə
zidd davranışlar Azərbaycanı xarici qüvvələrin
təxribat meydanına çevirmişdi. Ölkə
parçalanma təhlükəsi ilə üz-üzə
qalmışdı.
Belə çıxılmaz anda
xalq Ulu Öndər Heydər Əliyevi hakimiyyət rəhbərliyinə
dəvət etdi, onun ətrafında sıx birləşərək
öz taleyinə sahib çıxdı. Azərbaycanı
bugünkü möhtəşəm qələbəsinə gətirən
yol da əslində Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdış günündən başladı.
1994-cü ildə cəbhə
bölgəsində atəşkəsin əldə
olunmasının və Azərbaycanın bütün
imkanları demokratik, hüquqi dövlət quruculuğu proseslərinə,
diplomatik əlaqələrin gücləndirilməsinə,
sosial-iqtisadi inkişafa, o cümlədən, ordu
quruculuğuna yönəlməsinin nə qədər doğru
yol olduğunu illər sonra qazandığımız
bugünkü şanlı qələbə sübuta yetirdi.
Hədər olmayan zəhmət
Böyük dövlətçilik
təcrübəsinə malik Heydər Əliyev yaxşı
bilirdi ki, ölkənin həqiqi müstəqilliyini,
sosial-iqtisadi inkişafını, vətəndaşların
rifahını təmin etmədən xaricdə güclü
havadarları olan düşmənlə uzunmüddətli
müharibə aparmaq itkidən başqa bir şey deyil.
Azərbaycan o zaman atəşkəslə razılaşmadan
mövqe döyüşlərini illərlə davam etdirə
bilərdi. Amma bu döyüşlər bizə
yeni-yeni insan faciələrindən, dağıntılardan, əsas
inkişaf məqsədlərindən uzaq düşməkdən
və ölkədə yeni təxribat cəhdlərindən
başqa ciddi bir nəticə qazandırmayacaqdı. Müstəqilliyini
yenicə əldə edən, gələcəyinə doğru
ilk kövrək addımlarını atan ölkə
belə taleyüklü məqamda yeni yanlışlara yol verə
bilməzdi. Ən düzgün istiqaməti müəyyənləşdirib
gələcəyə doğru addım-addım irəliləmək
və ən ağrılı problemimiz olan bu münaqişənin
həlli üçün uyğun zamanın yetişməsini
gözləmək lazım gəlirdi.
Beləliklə, Ulu Öndər hər
zaman olduğu kimi, yenə də yolun ən doğrusunu
seçdi. 1994-cü ildə cəbhə bölgəsində
atəşkəsin əldə olunmasından az sonra imzalanan
"Əsrin müqavilə”si, ölkəmizdə gələcək
sosial-iqtisadi inkişafın möhkəm təməlini qoydu.
1995-ci ildə özünün ilk
Konstitusiyasını qəbul edən Azərbaycan demokratik
hüquqi dövlət quruculuğunun əsaslarını
formalaşdırdı. Qarşıya qoyduğu hədəflərə
doğru əzmlə irəliləməyə başladı. Cəmiyyətimizdə
milli vəhdət əldə olundu. İnsan hüquq və
azadlıqları, vətəndaş cəmiyyəti
formalaşdı. Söz və mətbuat azadlığına təminat
verildi. Azərbaycanın getdikcə genişlənən
sosial-iqtisadi imkanları vətəndaşların
rifahını yüksəltdi. İnsanlarımızda müstəqil
dövlətimizə inam yarandı. Müstəqilliyin nə qədər
böyük nemət olduğunu hər kəs dərk etdi.
Bu müddət ərzində Heydər
Əliyev vətəndaşlarımızda gələcəyə
inamı gücləndirdi. İnsanları dövlətçilik
dəyərləri ətrafında bir araya gətirdi. Ölkədə
nizami ordu quruculuğu sistemli şəkildə həyata
keçirildi. Müasir hərb elminin incəliklərinə bələd,
Azərbaycana ruhən, qəlbən bağlı yeni hərbçi
nəsil, peşəkar zabitlərimiz yetişdi.
Heydər Əliyev ordunun, ümumilikdə
güc strukturlarının siyasi proseslərdən kənarda fəaliyyətini,
hər hansı qrupun təsirinə düşmədən
öz dövləti missiyasını yerinə yetirməsini təmin
etdi.
Ulu Öndər Azərbaycan gəncliyinə
sahib çıxdı. Onları ayrı-ayrı firqələrin,
təxribatçı qrupların ziyanlı təsirlərindən
qorudu. Dövlətin yeni nəslə diqqət və
qayğısı, davamlı dəstəyi, bu sahədə
apardığı məqsədyönlü işlə gənc
nəslin vətənpərvər ruhda yetişməsinə,
dövlətimizin gələcəyinə görə ictimai məsuliyyət
duyğusunun formalaşmasına şərait yaratdı.
Müstəqil dövlətimizin
yaxın və uzaq qonşularla, beynəlxalq qurumlarla
inkişaf edən əlaqələri, bir sıra təşkilatların
fəaliyyətində yaxından iştirakı, öz
qapılarını dünyaya açması səsimizin-sözümüzün
daha geniş miqyasda eşidilməsinə imkan yaratdı.
Tarixin möhtəşəm səhifəsi
Ermənistan 90-cı illərin əvvəllərində
torpaqlarımızı işğal edəndə biz demək
olar ki, təklənmiş vəziyyətdə idik. Müstəqilliyini yenicə qazanmış bu
keçmiş sovet respublikasını dünyada çox az
adam tanıyırdı. Ermənistanın ölkəmizə
qarşı ərazi iddiaları əksər hallarda
düzgün anlaşılmırdı. Biz bütün
dünyada çox böyük lobbiyə malik olan, xaricdən
güclü dəstək alan məkrli bir düşmənlə
qeyri-bərabər güclə mübarizə aparırdıq.
Ermənistanın xaricdəki adamları Azərbaycana
qarşı sistemli təbliğat işi qurmuşdular.
Böyük güc mərkəzlərindəki həlledici
adamları müxtəlif vasitələrlə ələ
almağı bacarmışdılar. Mahiyyətləri
başdan-başa saxtakarlıqdan ibarət olan ermənilər
bütün dünyanı öz yalanlarına inandıra
bilmişdilər.
Ulu Öndər Heydər
Əliyevin o illərdə regionun xəritəsi ilə
iştirak etdiyi beynəlxalq toplantıları, saatlarla xəritə
önündə verdiyi izahları, bu münaqişədə
kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirməkdən
ötrü çəkdiyi zəhməti heç birimiz
unutmamışıq. O toplantılardan çəkilmiş
fotolar, videokadrlar uzaq olmayan tariximizdir. Heydər Əliyev
bütün bu əziyyətlərə qatlaşarkən
işğal altındakı rayonlarımızın
üç-beş günün içində geri
qaytarılmayacağının fərqində idi. Amma çox
gözəl bilirdi ki, Azərbaycanın əvvəl-axır
öz ərazi bütövlüyünü bərpa etməsi
həm də bütün bu işlərdən keçir.
Ardıcıl şəkildə diplomatik iş, münaqişənin
həllinə göstərilən səylər, aparılan
danışıqlar da ordu quruculuğu qədər
mühüm önəm daşıyır. Ulu
Öndərin böyüklüyü və ən müdrik
addımı həm də bunda idi ki, bütün bu işləri
ondan sonra daha böyük əzmlə, qətiyyət və
inamla davam etdirə biləcək böyük dühalı
siyasi bir şəxsiyyət yetişdirə bilmişdi.
Şuşa işğaldan azad
edildiyi gün Ali Baş Komandan cənab İlham Əliyevin
Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə bu sevinci
Şəhidlər xiyabanında xalqımıza
çatdırmazdan əvvəl Ulu Öndərin məzarını
ziyarəti, belə bir çox dəyərli müjdə ilə
bu böyük dövlət adamının ruhunu şad
etməsi tariximizin parlaq bir səhifəsi idi. Heydər
Əliyevin nigaran ruhu illərlə çəkilmiş əziyyətlərin
nurlu, uğurlu nəticəsinə şahid olurdu. Yerinə
yetirilən ən böyük vəsiyyətinin həyata
keçdiyini hamı üçün əziz ruhu hiss edirdi. Həmin
gün, həmin o anlarda milli dövlətçilik tariximizin
möhtəşəm bir səhifəsi yazılırdı.
Dostumuzu-düşmənimizi yenidən
tanıdıq
Dövlət üçün ən
mühüm olan dövlətçilik dəyərlərinin,
bu barədə ən böyük həqiqətlərin, ənənələrin
nəsillərdən-nəsillərə ötürülməsidir.
Ulu Öndərin sona çatdıra bilmədiyi amalların
onun ləyaqətli varisi tərəfindən
tamamlanmasıdır. Və yeni dövlətçilik
hədəfləri müəyyənləşdirilərək
ona doğru ardıcıl addımların
atılmasıdır. İlham Əliyevin yenilməz sərkərdəliyi
ilə qazandığımız parlaq zəfər,
böyük şəxsiyyət Heydər Əliyevin
yarımçıq qalmış arzularının yerinə
yetirilməsi Azərbaycanın necə ali məqsədli,
dönməz, ardıcıl milli inkişaf yolu ilə irəlilədiyini
bəyan edir.
Biz dünyanın heyrətlə
izlədiyi bu qələbəni Ordumuzun qüdrəti ilə
yanaşı, həm də diplomatiyamızın, Azərbaycan
Prezidentinin həyata keçirdiyi nadir dövləti
ağlı ilə fəth etdiyi xarici siyasət kursunun unikal
uğurları sayəsində əldə edə bildik. Hərbi
əməliyyatların ilk günlərindən Azərbaycana təzyiq
göstərmək, Ermənistanın ədalətsiz
mövqeyini müdafiə etmək istəyənlər yenə
fəallaşdılar. Amma onlar bu dəfə
qarşılarında ötən əsrin 90-cı illərinin
Azərbaycanını deyil, tamam başqa bir zirehli Azərbaycanı
gördülər. Prezident İlham Əliyevin polad qətiyyətini
duydular. Xalqın milli vəhdətindən,
öz Liderinə dəstəyindən, ən əsası isə
haqqın-ədalətin məhz bizim tərəfimizdə
olması faktından güc alan Azərbaycan Prezidentini haqq
mövqeyindən döndərməyin
mümkünsüzlüyünü nəhayət ki,
anladılar. Haqqa deyil, nahaqqa dəstək vermələri
ilə özləri özlərini ifşa etdilər. Münaqişənin həlli məqsədilə
yaradılmış ATƏT-in Minsk qrupunun 3 həmsədr
ölkəsindən biri kimi hər iki münaqişə tərəfinə
bərabər münasibət göstərən, Fransanın
nümayiş etdirdiyi biabırçı mövqe, Ermənistana
verdiyi açıq dəstək, Azərbaycana qərəzli
münasibəti Avropa dəyərlərinin gözdən
salındığını göstərdi. Eyni qərəzi
bölüşən başqa az sayda bir neçə ölkə,
o cümlədən Niderland da ədalətsizliyin yanında
olmaqla bədnam bir yol seçdiklərini nümayiş etdirdilər.
Bu, ədalətin, haqqın, reallığın
inkişafı deyil, tənəzzül yoludur. Vaxtilə o
ölkələrdən başlanmış intibahın
artıq tənəzzülə çevrilməsinin təsdiqidir.
Belə bir hal həmin ölkələrin cəmiyyətlərinə
normal bir gələcək vəd etmir.
Azərbaycan xalqının səfərbərliyi,
Azərbaycan Prezidentinin siyasətinə sarsılmaz inam bəsləyərək
heyrətamiz birlik nümayiş etdirməsi faktoru bu qələbəni
təmin edən inkaredilməz həqiqətlərdən
biridir.
Azərbaycanın dünyada mütərəqqi
bir ölkə kimi tanınmasında xüsusilə ölkəmizin
mədəniyyət diplomatiyasının uğurlarında, cəmiyyətimizdə
milli vəhdətin daha da möhkəmlənməsində
böyük əməyi, səyi və zəhməti olan, Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyevin qayğıkeş ömür-gün
yoldaşı, etibarlı məsləkdaşı, Azərbaycanın
Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım
Əliyevanın xalqımızın düşmən üzərində
qələbə qazanması naminə uzun illər həyata
keçirdiyi vətənpərvər, millətsevər fəaliyyət
olduqca təqdirəlayiqdir.
Apardığımız haqq
davası, qazandığımız qələbə
dostumuzu-düşmənimizi bizə yenidən tanıtdı.
Bu Qələbəmizdə payı olan, qardaş köməyini
heç zaman bizdən əsirgəməyən əziz,
doğma, munis Türkiyəyə xüsusilə daimi minnətdarlıq
borcumuz var. Azərbaycanın haqq işinə
mənəvi dəstək verən baqşa türkdilli
dövlətlər, islam dünyasından Pakistan,
Əfqanıstan, İsrail Dövləti, Ukrayna Respublikası
və digər ölkələr də bu günlərdə
xalqımızın yüksək sevgi və rəğbətini
qazandı. Regionda böyük təsir imkanlarına malik
Rusiyanın baş verənlərə münasibəti, Azərbaycanın
ərazi bütövlüyü prinsipləri çərçivəsində
sülhyaratma prosesində iştirakı da ədalətli bir
mövqe olaraq duruma adekvat oldu.
Yolumuz ədalət yoludur
Həm sosial-iqtisadi inkişaf nəticəsində
əldə etdiyimiz imkanlar, həm ordu quruculuğu istiqamətindəki
nailiyyətlərimiz, həm də diplomatik
uğurlarımız bizə imkan verdi ki, nəinki Ermənistanın
30 illik miflərini, dünyaya inandırdıqları
uydurmaları, eləcə də özlərini cəmi 44
günün içində darmadağın edək.
Onların ordusunu sıradan çıxaraq. Dünyaya
yaydıqları yalanların puçluğunu göstərək.
2020-ci ilin cəmi 44 günündə Azərbaycan Dövləti,
onun qətiyyətli, comərd Prezidenti təkcə
torpaqlarımızın işğaldan azad olunmasına nail
olmadı, düşmənin siyasi və hərbi rəhbərliyinə
diz çökdürdü. Yaranmaqlarına
peşman etdi. Öz düşünülmüş siyasəti
ilə məkrli ermənilərin tam 200 ildə
xalqımıza yaşatdıqları iztirabların, namərd
hücumların, soyqırımların, milləti lərzəyə
salan məşəqqətlərin, başsız qalmış
ailələrin, yaşanan dəhşətli fəryadların,
harayı kəsilməyən nalələrin, tökülən
qanların, kəsilən başların intiqamını,
qisasını aldı!
Həm də siyasi, iqtisadi, bəşəri
üstünlüyün, qanunlara hörmətin, dünya
birliyi ilə əlaqələrin, münasibətlərin sivil
formada qorunub saxlanması, bütün dünyanı öz həqiqətlərinə
inandırması yolu ilə.
Meydanda düşmənin rəzil, qorxaq, Vətən
təəssübündən uzaq ordusunu məhv etməklə;
Yalanlar üstündə qurulmuş siyasətinin
əsil mahiyyətini açıb dünyaya göstərməklə;
Bəşəri duyğulardan məhrum ermənilərin
leş qoxusu verən çürümüş ruhunu
bütün dünyada ifşa etməklə;
Ermənilərin irticaçı mövqeyini
biabır edən tarixi həqiqətləri dünyaya yaymaqla;
Bu proses təsdiqlədi
ki, ədalətin heç bir alternativi ola
bilməz!
O gec-tez zəfər
qazanacaq!
Bu gün
də, gələcək də bizimdir
Hər zaman belə bir düşüncədə
olmuşam ki, dünya reallıqlar dünyasıdır. Beynəlxalq
ictimaiyyət hansısa məsələ barədə rəy
formalaşdırarkən reallıqlara istinad edir. Regiondakı reallıqlar isə göz önündədir.
Prezident İlham Əliyevin ötən onilliklərdə
həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi
Qafqazın əsas inkişaf mərkəzinə çevirib.
Ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini
müəyyənləşdirən qlobal layihələrin təşəbbüskarı
və icraçısıdır. Bu layihələr
regiona sülh, davamlı inkişaf, insanlara rifah gətirir.
Bu mənəvi dəyərlərdən
böyük bir coğrafiyada yaşayan insanlar faydalanır.
Azərbaycanın təklif etdiyi gələcək
hər kəsin maraqlarına xidmət edir. Hər kəs üçün daha gözəl bir
dünyanın qurulmasına töhfə verir.
Azərbaycan son illər bütün dünyada
sivilizasiyalar arasında dialoqu, fərqli mədəniyyətlərə
hörmət ruhunu, tolerantlığı yayan, təbliğ edən,
ümumbəşəri dəyərlərin hakimliyinə
çalışan ölkə kimi tanınıb.
Bəs Ermənistanın dünyaya verdikləri nədir? İşğal olunmuş
torpaqlarımızda yaratdıqları xarabazarlıqlardan,
keçmiş haqqında saxta nağıllarla dünyanı
bezdirməkdən, qonşuları ilə münaqişə
yaradıb yeni insan faciələrinə vəsilə olmaqdan,
etnik təmizləmədən, xarici ölkələrdən,
beynəlxalq təşkilatlardan dilənçi kimi sədəqə
ummaqdan, işğalçı mövqeyinə görə sərhədlərini
qapayıb geniş kommunikasiyalara, inkişafa mane olmaqdan,
regionun təhlükəsizliyini təhdid altında saxlamaqdan və
sadaladığımız onlarca mürtəce xüsusiyyətlərdən
başqa heç nə! Bunlar onilliklər boyu
işğalçı, mürtəce, irticaçı ölkənin
işinə yarayırdı. Amma yeni
dünyada daha bunların heç biri keçmir. Həqiqəti bilməməsi Ermənistan cəmiyyətinin
ən böyük məğlubiyyətidir. Nə qədər ki, işğalçı ölkədə
bu həqiqəti anlayan sağlam qüvvələr
formalaşmayıb, Ermənistan keçmişin sərsəm
nağıllarını, kini-küdurəti yeni dünyaya da
daşıyıb ətrafı zəhərləməklə
özünü və xalqını gələcəksizliyə
məhkum edir.
Bizim
dövlətimiz isə yaxın zamanlarda azad
yurdlarımızda yaradacağımız abadlıq mənzərəsi
ilə, dövlətçilik dəyərləri ilə, ərazi
bütövlüyümüzə hörmətlə
yanaşan bütün qonşularla mehriban münasibətlər
qurmaq arzusu ilə, ümumbəşəri dəyərlərə
xidmət amalı, regiona sülh, inkişaf, rifah gətirmək
əzmi ilə bu torpaqlarda yaradılacaq gözəl bir gələcəyin
qüdrətli müəllifidir. Bu, qüdrətli dövlətimizin
işıqlı, nurlu arzularının yaratdığı həyatımızdır!
Bu, həmin
işıqlı gələcəyə yol açan Qələbəmizdir!
Birliyimizin,
gücü ilə qazandığımız Qələbədir!
Ədalətin,
zəkanın Qələbəsidir!
Qələbən
mübarək, Vətən!
Qələbən
mübarək, Azərbaycan Ordusu!
Möhtəşəm
qələbəniz mübarək, bu qələbənin
sevincini xalqına yaşadan, Ali Baş Komandanımız!
Nurlana ƏLİYEVA,
YAP Qadınlar Şurasının sədri,
Bakı Slavyan Universitetinin rektoru, professor
İki sahil.- 2020.- 4 dekabr.- S.12-13.