Azərbaycan hərbi sahədə lider olduğunu dünyaya nümayiş etdirdi
Qüdrətli
respublikamızın təcrübəsi və müstəqilliyin
ilk illərində yaşanan tarixin acı dərsləri
göstərdi ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin,
müstəqilliyinin və ərazi
bütövlüyünün qarantıdır. 1993-cü ilin sonlarından
başlayaraq ölkəmizdə ordu quruculuğu
dövlətin prioritet
vəzifələrindən birinə çevrildi. Müasir hərb nəzəriyyəsinin
və praktikasının
tələblərinə cavab
verən güclü Azərbaycan Silahlı Qüvvələri quruldu,
zamanla sistemli, davamlı və dinamik şəkildə inkişaf etdirildi. Ən müasir texnikanı idarə etməyi bacaran peşəkar hərbçi
kadrlar yetişdirildi.
Azərbaycan Ordusunun nəzəri biliklərə
sahib zabit-əsgər
heyətinin formalaşmasında
qardaş Türkiyənin
hərb sahəsindəki
təhsilinin, təcrübəsinin
rolunu xüsusi qeyd etmək yerinə düşər.
Azərbaycan Ordusu
1994-cü ildən NATO ilə
Sülh Naminə Tərəfdaşlıq Proqramı
çərçivəsində əməkdaşlığa başladı.
Azərbaycan Sülhməramlı
Qüvvələri Kosovoda,
Əfqanıstanda və
İraqda beynəlxalq
əməliyyatlarda iştirak
etdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişaf
strategiyası böyük
iqtisadi layihələrə,
beynəlxalq və regional platformalara hədəfləndi. Azərbaycanın iqtisadi qüdrətinə
paralel şəkildə
diplomatik müstəvidə
də uğurlarımız
artdı. Bütün
bunlar hərbi sahədə əməkdaşlığa,
ordunun ən müasir, innovativ texnika ilə təmin olunmasına zəmin yaratdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin qeyd etdiyi kimi,
hərbi xərclərimiz büdcə xərcləri arasında ön plana keçdi.
Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycanın hərbi
büdcəsi 115 milyon
manat olduğu halda, 2010-cu ildə artıq 2,2 milyard manat idi.
30 illik münaqişə,
26 illik atəşkəs
xalqın qəlbindəki
Vətən həsrətini
səngidə bilmədi.
Azərbaycan Ordusu Aprel və Tovuz döyüşlərində,
Günnüt əməliyyatında
işğalçılıq siyasətinidən əl çəkməyib yeni ərazilər işğal
etmək istəyən
azğın düşmənin
təxribatlarının qarşısını
aldı. Əsgərlərimiz
yüksək vətənpərvərlik
nümayiş etdirdi, mübarizəmizin yeni səhifələrini tarixləşdirdi.
Bu döyüş salnamələri Ermənistana,
beynəlxalq təşkilatlara,
o cümlədən ATƏT-in Minsk qrupuna
göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğal
faktı ilə barışmayacaq.
Düşmən Azərbaycan Ordusundan
aldığı zərbələrdən
lazımi nəticələr
çıxarmadı, hərbi
təxribatlarına son
qoymadı. Ermənistanın
sentyabrın 27-də növbəti
hücumu işğalçı
ölkənin hərbi
və siyasi rəhbərliyinin beynəlxalq
hüquq normalarına
məhəl qoymamasının
növbəti təzahürü,
işğalçılıq siyasətinin yeni ifadəsi idi. Belə bir vaxtda düşmənin
hücumuna cavab olaraq, dövlətimizin
BMT-nin Nizamnaməsinə
uyğun özünümüdafiə
hüququndan istifadə
etməsi və əks-hücum əməliyyatına
başlaması zərurəti
yarandı. Sosial, siyasi statusundan asılı olmayaraq, hər kəs-bütün
xalq Prezidentimizin, Ali Baş Komandanın
ətrafında birləşdi. Ali Baş Komandanımızın
söylədiyi kimi, məhz birlik, əzm, iradə – güc böyük Qələbəmizi reallaşdırdı.
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun əsgər və zabitləri 44 gün davam edən müharibədə
hərb tariximizin
yeni şanlı səhifələrini yazdılar.
Beynəlxalq təşkilatların
30 il ərzində edə bilmədiklərini
qüdrətli, müzəffər
Azərbaycan Ordusu qısa müddətdə
gerçəkləşdirdi. Müzəffər ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa
edərək regionun ən güclü ordusu olduğunu sübut etdi. Azərbaycan Ordusu göstərdi ki, qoşun növləri potensial rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır.
Müzəffər ordumuz
sübut etdi ki, dünya güclərinin regiondakı
reallıqlarla hesablaşacağı,
təkcə iqtisadi cəhətdən deyil, həm də hərbi-siyasi yöndən
güclü Azərbaycan
var.
Azərbaycan 44 günlük müharibə
dövründə Ermənistana
elə bir sarsıdıcı zərbə
vurub ki, artıq işğalçı
dövlətin mövcudluğu
sual altındadır. Belə ki, Ermənistanın
hərbi məğlubiyyəti
onun iqtisadi çöküşü ilə
nəticələnib. Hazıra işğalçı
dövlətin iqtisadiyyatı
tənəzzülə uğramaqla
yanaşı, xarici borclarının həcminin
də artması müşahidə olunur. Öz iqtisadiyyatının
böyük hissəsini
Dağlıq Qarabağ
hesabına formalaşdıran
Ermənistan artıq bu imkanlardan məhrum edilib. Heç şübhəsiz
ki, Ermənistanın ağır iqtisadi vəziyyəti sosial və siyasi müstəvidə də özünü büruzə
verir. Məhz bu səbəbdən ölkəni etiraz aksiyalar bürüyüb,
Ermənistanı tərk
edənlərin sayı
yüzminlərlə ölçülür.
Ermənistan dövlət
kimi məhv olmaq yolunu özü
seçib, bu ölkənin inkişaf perspektivləri Azərbaycandan
asılı olduğu
halda düşmənçilik
mövqeyi sərgiləyib.
Azərbaycana əsassız
olaraq torpaq iddiası irəli sürən, üstəlik
torpaqlarımızı illərlə
işğal altında
saxlayan Ermənistan nəticə etibarilə bütün regional və beynəlxalq layihələrdən kənarda
qalıb. Bununla kifayətlənməyərək ölkəmizə qarşı
yeni ərazi iddiasını nümayiş
etdirərək hərbi
təxribata əl atan Ermənistan bununla da öz
sonunu gətirdi. Ermənistan silahlı qüvvələrinin hücumlarını
dəf edən rəşadətli Azərbaycanın Ordusu işğalçı
ölkəni diz çökdürdü.
Bu zəfər
Aprel, Günnüt, Tovuz zəfərlərinin
məntiqi davamı, Silahlı Qüvvələrimizin
inkişafı ilə
bağlı son illərdə həyata keçirilən hərbi siyasətin döyüş
meydanında təcəssümü
idi. Bu qələbə
xalqımızın əzmini,
qəhrəmanlığını, vətənsevərliyini bir
daha bütün dünyaya nümayiş etdirdi. PUA-sız, topsuz, mərmisiz Azərbaycan əsgərlərinin
igidliyi, mərdliyi ilə Şuşanın azadlığı əməliyyatı
Qarabağ müharibəsi
tarixinin şərəfli
bir səhifəsinə
çevrildi. Tanksız, topsuz,
artilleriyasız, pilotsuz
kamikadzelərin müşayiəti
olmadan 1500-1800 metr yüksəklikdə döyüşlər
apararaq bu qala şəhərini işğalçılardan təmizləmək
Azərbaycan əsgərlərinin
cəsarəti, gücü,
qüdrəti hesabına
gerçəkləşdi.
Hərbi ekspertlərin də
fikirlərinə görə,
heç şübhəsiz
ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla reallaşdırdığı
işğaldan azadetmə
əməliyyatı dünya
hərbində müharibələrin
aparılması doktrinasında
ciddi dəyişikliklərə
səbəb olacaq. İkinci Qarabağ müharibəsinin qalibiyyət
səbəbləri,
zəfərimizin ən
real şərhini müdrik dövlət başçımız, Müzəffər
Ali Baş Komadanımız ifadə edib: “Biz qələbə
əldə etmək üçün bu illər ərzində məqsədyönlü şəkildə
güc topladıq. Qələbəmizi şərtləndirən
əsas amillər iqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik
və beynəlxalq səviyyədəki uğurlarımızdır”.
Nigar Orucova
İki sahil.- 2020.- 4 dekabr.- S.15.