İşğaldan azad edilmiş ərazilərdə yeni quruculuq dövrü başlayır
Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Silahlı Qüvvələri
30 ilə yaxındır
davam edən işğala son qoydu. Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən Müharibəsi nəticəsində
rəşadətli ordumuz
işğalçı Ermənistanın
ordusunu diz çökdürdü. Cəbrayıl,
Füzuli, Qubadlı, Zəngilan, Şuşa daxil olmaqla, ümumilikdə 300-dən artıq
yaşayış məntəqəsi
erməni işğalından azad edildi. Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanata
uyğun olaraq ötən ayın 20-də
Ağdam, 25-də Kəlbəcər,
dekabrın 1-də Laçın
boşaldılaraq Silahlı
Qüvvələrimizə təhvil
verilibdi. Bununla da işğala son qoyularaq ölkəmizin
ərazi bütövlüyü
təmin olundu.
Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş
ərazilərinin azad
edilməsi əməliyyatı
daha bir vacib məsələni aktuallaşdırdı. Həmin
ərazilər tam azad olunduqdan sonra dağıdılmış
infrastrukturun, xaraba qoyulmuş şəhər
və kəndlərin
bərpası dövlətimizin
qarşısında duran
əsas məsələlərdən biridir.
Xatırlatmaq yerinə
düşər ki, təkcə Ağdam rayonunun Azərbaycan dövlətinin nəzarətində
olan ərazisində son illər ərzində böyük
abadlıq və quruculuq işləri aparılmışdır. Prezident İlham
Əliyevin göstərişi
ilə Ağdam rayonunun mərkəzinə
çevrilmiş Quzanlı
qəsəbəsində sosial
obyektlər tikilib istifadəyə verilmiş,
sənaye müəssisələri,
insanlar üçün
iş yerləri yaradılmış, infrastruktur
layihələri icra olunmuş, Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər,
Muğam Mərkəzi inşa edilmişdir. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün
şəhərciyi salınmış,
rayona 93 min köçkün yerləşdirilmişdir.
Görülmüş işlər
və investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45% -i bu rayonun ərazisində
yaşayır.
Beləliklə, Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən dağıdılan,
xarabalığa çevrilən
yaşayış məntəqələrimizi
yenidən dirçəldəcək.
Azad olunmuş ərazilərə
həyat qaytarılacaq,
yeni yaşayış
binaları, məktəblər,
tibb ocaqları və sair obyektlər
tikiləcək, bütün
lazımi infrastruktur yaradılacaq. Şuşa şəhərinə Füzuli
istiqamətindən yeni
yolun təməlinin qoyulması buna əyani misaldır. Füzuli-Şuşa avtomobil
yolunun təməlqoyma
mərasimi Qarabağa
həyatın qaytarılmasının
rəmzidir. Eyni zamanda, bu yol
işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.
Aparılan təhlillərə əsasən, 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə
nəqliyyat infrastrukturu
və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki
bazanın demək olar ki, məhv
edilməsi aşkarlanıb.
22 avtonəqliyyat müəssisəsi
(bu müəssisələrə məxsus qarajlar,
idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular),
10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə
məxsus Ağdamda
160, Laçında 70, Füzulidə
60, Cəbrayılda 15, Zəngilanda
40, Şuşada 90, Xocalıda
70, Qubadlıda 50, Xankəndidə
350, Kəlbəcərdə
70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd,
ümumilikdə 1015 ədəd
nəqliyyat vasitəsi
talan edilib, yararsız hala gətirilib. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür.
Lakin dövlətimizin başçısının xüsusi
tapşırığına əsasən, işğaldan
azad edilmiş ərazilərdə, o cümlədən
Şuşa şəhərində
həyat əhəmiyyətli
infrastrukturların, həmçinin
içməli su təchizatı sistemlərinin
bərpası işləri
həyata keçirilir.
Bu da o deməkdir ki, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqı müharibədən
sonra vətəndaşlarımızın
öz doğma yurdlarına qayıtmaları
üçün müəyyən
edilmiş Dövlət
proqramlarını uğurla
həyata keçirəcək.
Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da bildirib ki,
bərpa mərhələsindən
sonra qısa zamanda həmin rayonlarımızda məhsul
istehsalının 8 dəfəyədək
artacağı proqnozlaşdırılır.
V.Bayramovun fikrincə,
bu o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə
yeni iş yerlərinin yaradılmasını
və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.
Lakin Prezident İlham Əliyevin xalqa müraciətində
vurğuladığı kimi,
bizim ölkəmiz üçün yeni dövr başlayır: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin
bərpası dövrü.
Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək,
güclü iradə göstərəcək. Azərbaycan
xalqı yenə də birləşərək
dağıdılmış bu şəhərləri,
kəndləri bərpa
etmək üçün
əlindən gələni
edəcəkdir. Biz bundan sonra böyük
və qürurlu xalq kimi yaşayacağıq.
Beynəlxalq müstəvidə,
bölgədə öz
sözümüzü demişik.
İstədiyimizə nail
olmuşuq və əminəm ki, bundan sonra bizim
xalqımızı təhlükəsiz
və xoşbəxt həyat gözləyir”.
Orucova Nigar
İki sahil.- 2020.- 3 dekabr.- S.21