Azərbaycan Prezidenti İlham Əliyev Zəfər
yürüşünün bayraqdarıdır
Milli Məclisin Əmək və
Sosial Siyasət Komitəsinin sədri, YAP Siyasi
Şurasının üzvü Musa Quliyev
-Musa
müəllim, hazırda Azərbaycan xalqı tarixi günlər
yaşayır. 30 ilə yaxın erməni
işğalı altında olan torpaqlarımız 44
günlük Vətən müharibəsi nəticəsində
azad olundu. Sizcə, qələbəmizi şərtləndirən
əsas amil nədən ibarətdir?
-Azərbaycan tarixinin ən şərəfli, ən
sevincli günlərini yaşayır. Artıq “Qarabağ
münaqişəsi” deyilən bir termin tarixə qovuşub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında rəşadətli Azərbaycan
ordusutorpaqlarımızı işğaldan azad edib, ərazi
bütövlüyümüz təmin olunub.
Müstəqilliyimizin ilk illəri
xalqımız üçün çox ağır illər
oldu, itkilər verdik, mərhumiyyətlər
yaşadıq, çox bərkə- boşa
düşdük, ağrıdıq, sızıldadıq, ağladıq,
dərd-qəm çəkdik, harayımızı dünya
eşitmədi, bir- birimizdən küsdük- incidik. Doğru olan yolu isə
bizə 1993-cü ilin iyunun 15-də yenidən ölkə
rəhbərliyinə qayıtmaqla
dövlətiçiliyimizi xilas edən Ümummilli Lider
Heydər Əliyev göstərdi, söylədi və inandırdı ki, uğurumuz bir
yerdə yumruq kimi birləşərək güclü dövlət
qurmaqdan, qüdrətli ordu yaratmaqdan keçir. Xalq Ona inanırdı, çünki öz Liderini
çox yaxşı tanıyırdı, ona görə də
dara düşəndə Xilaskar kimi Onu
çağırdı, o gəldi, dövləti
dağılmaqdan, milləti məhv olmaqdan qorudu, məmləkətin
özü kimi tikə- parça olmuş ümidlərimizi
bir yerə yığdı, məlhəm qoydu, sarıdı,
sağaltdı. Eynən mahir bağbanın qasırğadan qəddi
sınmış fidan tingini sarıyıb təzədən
bitişdirib böyüdən kimi böyütdü milləti
Böyük Xilaskar. Sonra tamamlayıb başa çatdıra
bilmədiyi işləri özü kimi inandığı
varisinə- cənab İlham Əliyevə həvalə etdi.
Cənab Prezident İlham Əliyev 2003- cü
ildə Prezident kimi ilk andiçmə mərasimində
bütün dünyaya bəyan etdi: Bizim yolumuz Heydər
Əliyev yoludur! Bu yol bizi işıqlı, xoşbəxt,
firavan günlərə aparacaq.
17 ildir cənab Prezidentin müəyyən
etdiyi kursla uğura doğru, işığa doğru, haqqa
doğru gedirik.
Bu yolda qarşımıza nələr
çıxmadı, hansı maneələri dəf etmədik,
hansı aysberqləri adlamadıq?
Biz bütün maneələri adlayaraq bir xalq
kimi daha da mətinləşdik, bütövləşdik, bərkidik,
böyüdük! Biz bu illər ərzində başqa
xalqların bəlkə də 100 illərlə keçə
bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk,
milli- psixoloji transformasiya yolu keçdik.
Bizi bu yolda qətiyyətlə, mətin
addımlarla inamlı qələbələrə aparan cənab
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında müasir dövlət qurduq, özümüzü
dünyaya sübut etdik, güclü, modern ordu yaratdıq, BMT Təhlükəsizlik
Şurasının iclaslarına sədrlik elədik,
Kosmos Klubunun üzvü olduq, Avroviziya mahnı müsabiqəsinin
qalibi olduq, Avropa Oyunlarına, İslam Olimpiya oyunlarına,
onlarla beynəlxalq iqtisadi,
siyasi, humanitar tədbirlə ev sahibliyi etdik, uğur
qazandıq, uğurumuzu bölüşdük.
Bu illər ərzində milli-psixoloji transformasiyamızda
heç şübhəsiz ki, Birinci Vitse-prezidentimiz hörmətli
Mehriban xanım Əliyevanın böyük xidmətləri
mütləq qeyd olunmalıdır. Məhz hörmətli
Mehriban xanım müstəqil Azərbaycan dövlətində
Birinci xanım institutunu yaratdı, formalaşdırdı və
mühüm dövlətçilik atributuna çevirdi.
Məhz Mehriban xanım Əliyevanın
yaratdığı və rəhbərlik etdiyi Heydər
Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də
ölkə hüdudlarından kənarda humanizm, xeyirxahlıq,
şəfqət, sosial dəstək ünvanına
çevrildi.
Ulu öndər Heydər Əliyev böyük
uzaq görənliklə deyirdi ki, mənim görüb başa
çatdırmadığım işləri azərbaycan
xalqının dəstəyi ilə İlham Əliyev başa
çatdıracaq. Ulu öndərin arzusunda olduğu, lakin
başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması,
torpaqlarımızın işğaldan azad edilməsi idi.
Həmin dövrdə Ermənistan rəhbərliyinin
təkəbbürlü nadanlığı, beynəlxalq
güclərin iki üzlülüyü, imperialist dövlətlərin
Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin
diplomatik yolla həllinə imkan vermədi.
Müharibə yolu ilə məsələnin
həlli üçün qüdrətli dövlət,
güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq
ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq
üçün uzun zaman, məqsədyönlü fəaliyyət,
dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət
lazım idi.
Tanrı bu şərəfli
missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə
yazmışdı. Cənab İlham Əliyev öz xalqı
ilə birlikdə bu işi bacardı və müasir
bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları
işğaldan azad edən və ərazi
bütövlüyünü təmin edən sərkərdə
kimi öz şərəfli adını qızıl hərflərlə
tarixə yazdırdı.
Yəqin ki, tədqiqatçılar Azərbaycanın
44 günlük zəfər yürüşü fenomeninin
müxtəlif aspektlərini araşdıracaq, nəticələr
çıxaracaq, nümunə kimi göstərəcəklər.
Lakin indidən bir həqiqət gün kimi aydındır: Qələbənin
uğur formulu çox sadədir: müzəffər Komandan+
müzəffər Ordu+ müzəffər Xalq. Qələbənin
uğur simvolu isə heç şübhəsiz ki, Dəmir
Yumruqdur- xalq, ordu, rəhbər birliyini əks etdirən və
düşmənin başını ilan başı kimi əzən
dəmir yumruq!
Azərbaycanın tarixi qələbəsinin
şəksiz və şəriksiz qəhrəmanı isə Cənab
Ali Baş Komandandır!
Cənab Prezident bu 44 gündə həm hərbi,
həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat
cəbhəsində mübarizə apardı, öz dövlətinin
və xalqının
maraqlarını ləyaqətlə qorudu və təmin
etdi. Həmişə də inamlı danışdı, cəsarətli
danışdı, bir dəfə də olsun təmkinini
pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik
peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir
daha dünyaya tanıtdı, hər kəsə də öz
yerini göstərdi.
Cənab Prezidentin qələbə müjdəli
çıxışları xalqı və ordunu
ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi.
Cənab Ali Baş Komandan
oktyabrın 4 də Cəbrayılın işğaldan azad
edilməsi müjdəsini böyük sevinc və qürur
hissi ilə xalqına çatdırdı, bundan sonra isə Zəngilan,
Qubadlı, Fizuli rayonları, Suqovuşan və Horadiz qəsəbələri
və digər yurdlarımız işğaldan azad edildi.
Heç
şübhəsiz ki, Şuşanın işğaldan azad
edilməsi düşmənin belini qırdı və məğlub
ölkənin rəzil olmuş rəhbəri təslim
aktını imzalamağa vadar oldu.
" Qarabağ münaqişəsi" deyilən
bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar
olunması üçün münbit şərait yarandı.
Ən qiymətlisi isə odur ki, üç
böyük rayonumuz - Ağdam, Kəlbəcər və
Laçın bir güllə atılmadan işğaldan azad
olundu. Bu tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi
qələbədir!
İndi artıq bölgədə yeni dönəm
başlamışdır. Bu reallığıAzərbaycan
yaratdı - prezident İlham Əliyev və onun Xalqı
yaratdı.
-Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində
sosial ədalət prinsipi də mühüm faktorlardan biridir.
Bu barədə nə deyə bilərsiniz?
- Müasir Azərbaycan dövlətinin müstəqillik
tarixinin yarıdan çoxu cənab prezident İlham
Əliyevin rəhbərliyi ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin memarı və
qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik
məktəbinin layiqli davamçısı olan cənab
İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən
ilk prezidentlik inaqurasiyasında "mən hər bir azərbaycanlının
prezidenti olacağam", - söyəldi və arxasında
böyük məna və məsuliyyət yükü
olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq
etdi, əmələ çevirdi və dövlət idarəçiliyində
bir meyar səviyyəsinə yüksəltdi.
Təbii ki, hər bir
yaxşı rəhbər kimi, cənab İlham Əliyev də
prezidenti olduğu hər bir vətəndaşın və
bütövlükdə azərbaycan xalqının əmin-amanlıq
şəraitində, güvənli maddi təminat və sosial
rifah içərisində yaşamağını istəyir və
bu istəyi reallığa çevirmək
üçün ən mütərəqqi
proqramlar qəbul etmiş, ən mütərəqqi qərarlar,
fərman və sərəncamlar vermiş, qanunlar
imzalamışdır.
Prezident İlham Əliyevin sosial siyasəti iki
klassik prinsipə əsaslanır: sosial ədalət və
sosial rifah!
Sosial ədalət hər bir cəmiyyətin
demokratikliyinin lakmus kağızıdır, sosial ədalət
pozulan cəmiyyətin digər dəyərləri də
deformasiya olunur, fərdlər və qruplar arası gərginlik
daim münaqişə ocağına çevirilir. Sosial ədalətin
çərçivəsi cəmiyyətin tələblərinə
uyğun dəyişir və təkcə qanunlar və
proqramlarla deyil, eyni zamanda mənəvi dəyərlər, ənənələr,
liderin humanizmi və şəxsi nümunəsi ilə təmin
olunur.
Sosial ədalət müəllifi Ümummilli
Lider Heydər Əliyev olan Konstitusiyamızda da əsas prinsiplərdən
biri kimi təsbit edilmişdir.
Sosial ədalət ölkənin maddi və mədəni
sərvətlərinə bütün vətəndaşların
əlçatanlığını təmin etmək siyasətidir. Elə bir
siyasət ki, imkansıza, gücsüzə, köməyə
ehtiyacı olana dövlət dəstək verir, eyni zamanda cəmiyyəti
də bu xoş mərama təşviq edir. Azərbaycan sosial
dövlət olaraq bütün vətəndaşların
sosial müdafiəsini təmin etməyi öhdəlik kimi
öz üzərinə götürmüşdür.
Bununla yanaşı, xüsusi sosial müdafiəyə
ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və
proqramlar vasitəsi ilə onlara daim dəstək verilir. Bizim
qanunvericilik yaşayış minimumu, ehtiyac meyarı, minumum əmək
haqqı, minimum pensiya kimi hədlər müəyyən eləmişdir
ki, vətəndaşımızın yaşam şərtləri
o həddən aşağı səviyyəyə enməsin.
Sosial dövlət vətəndaşlara
uyğun şərtlərlə sağlamlıq, təhsil, məşğulluq
imkanları yaratmaqla, müəyyən proqramlarla ehtiyacı
daha çox olan təbəqənin bu imkanlara əlçatanlığını
dəstəkləməklə sosial ədaləti təmin
etmiş olur.
Cənab Prezident İlham
Əliyev 2003 - cü ildə
öz seçki proqramında qarşıdakı beş il ərzində
600 min yeni iş yeri açılmasını təmin edəcəyini
söyləyəndə bu cəsarətli
çağırış çoxları üçün
fantastik bir arzu kimi görünürdü. Çünki o
zaman ölkədə işsizlik 50%, yoxsulluq 49% təşkil
edirdi. Ən ədalətli hakim olan zaman göstərdi ki, cənab
İlham Əliyev nəinki uzaqgörən və praqmatik bir
siyasətçidir, o eyni zamanda müdrik və realist bir
dövlət xadimidir. Cənab İlham Əliyev
600 min yeni iş yeri açacağıq söyləyəndə
həm də 600 min ailənin həyat səviyyəsinin
yüksələcəyini düşünürdü. Beş
il ərzində ölkədə vəd olunan 600 min iş yeri
əvəzində 900 min yeni iş yeri açıldı ki,
bunun da 700 mini daimi iş yerləri idi.
-Əhalinin məşğulluğunun təmin
olunması istiqamətində atılan addımlar bu siyasətin
tərkib hissəsidir...
-Əhalinin
məşğulluğunun təminatı sonrakı illərdə
də dövlət başçısının diqqəti mərkəzibdə
oldu və bu illər ərzində ölkədə 1 milyon 800
mini daimi olmaqla 2 milyon yeni iş yeri açıldı.
İşsizlik on dəfə aşağı düşdü.
İndi Azərbaycanda işsizlik 2003- cü illə müqayisədə 10 dəfə azalaraq , 4,9% təşkil
edir və ölkəmiz işsizlik göstəricisinə
görə dünyada ən öndə gedən ölkələrdən
biridir. İndi Azərbaycan vətəndaşları iş
yeri axtararkən daha geniş seçim imkanları əldə
etmişlər, 90- cı illərin əvvəllərində
metro girəcəyində "bakuş",
yaşayış binalarının həyətlərinfə
"xlor" qışqıran insanlar indi daha layiqli, rahat və daha çox əmək
haqqı təminatı verən iş tələbi irəli
sürürlər.
2003- cü ildən bu yana ölkədə
minimum əmək haqqı 10 dəfədən çox
artmış, 2019-cu ildən isə minimum əmək haqqı
250 manat olmaqla yaşayış minimumunu (190 manat) 31.5% üstələmişdir.
Prezident İlham Əliyevin sosial siyasət
kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı
insanların sosial müdafiəsinin daim diqqət mərkəzində
saxlanılmasıdır. Pensiyalar, müavinətlər,
təqaüdlər və digər sosial ödənişlər
ilbəil artırılır, ünvanlı sosial yardım və
özünü məşğulluq proqramları daha çox
ehtiyacı olan ailələri əhatə edir, sosial evlər
tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri,
Qarabağ müharibəsi əlilləri, məcburi
köçkünlər daha geniş şəkildə
dövlətin qayğısı ilə əhatə olunurlar.
2008 - ci ildə cənab Prezident İlham
Əliyev daha bir cəsarətli və humanist təşəbbüslə
çıxış etdi: "Qarşıdakı beş il ərzində
Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi
qalmayacaq, bir nəfər də məcburi köçkün
vaqonlarda, yeraltı qazmalarda yaşamayacaq! "
Yenə şübhələr, tərəddüdlər
oldu; yüz minlərlə insanın məskunlaşması
üçün milyonlarla kvadrat metr mənzil tikilməlidir,
onlarla şəhər, qəsəbə
salınmalıdır, milyardlarla manat vəsait xərclənməlidir.
Lakin zaman yenə də göstərdi ki, cənab
Prezidentin bütün qərarları
kimi, bu qərarı da ölçülüb
biçilmiş, zamanında verilən düzgün qərardır.
Növbəti illərdə nəinki
çadır şəhərcikləri tarixə qovuşdu,
yüzlərlə qəsəbələr salındı,
yüz minlərlə qaçqın və məcburi
köçkünün mənzil- məişət şəraiti
yaxşılaşdı, məşğulluğu təmin
edildi, biz Qarabağın qayıdış simvolu olan
Cocuq Mərcanlını bərpa edib orada həyata yeni nəfəs
verdik.
Cənab Prezidentin məcburi köçkünlərə
qayğısı təkcə bir rəhbər məsuliyyətindən
doğan qayğı deyil, eyni zamanda yüksək mənəviyyatlı
insana və vətəndaşa məxsus humanistlik hissindən
qaynaqlanır.
Hər kəsə məlumdur ki,
dövlətimizin başçısı sadə həyat tərzinə
üstünlük verir, təm-tarağı sevmir, daim məmurları
da sadə və təvəzökar olmağa
çağırır. Özününün əlli illik
yubileyini ailə üzvləri, şəxsi dostları, yaxınları
ilə deyil Taxtakörpü qəsəbəsində məskunlaşan
məcburi köçkünlərlə birlikdə qeyd etməsi
həm prezident İlham Əliyevin humanizminin və
qayğıkeşliyinin ifadəsi idi, həm də cəmiyyətə
bir mesaj idi. Cəmiyyət də, dost da, düşmən də
bir daha gördü ki, Azərbaycan prezidentinin ən yaxın
dostları elə Azərbaycanın ən sadə vətəndaşlarldır.
Bu ənənə indi də davam edir, cənab
Prezident ad günlərində, bayramlarda, əlamətdar
günlərdə sosial müdafiəyə ehtiyacı olan
insanlarla birlikdə olur, onlara mənzillər, minik avtomobilləri
hədiyyə edir, parklar, körpülər, yollar
açır, müəssisələri, yeni iş yerlərini
işə salır.
Neft gəlirlərini insan kapitalına
çevirmək! Bu da cənab prezident İlham Əliyevin irəli
sürdüyü və uğurla həyata keçirdiyi onlarla
tarixi ideyalardan biridir!
Alimlər ölkələrin
inkişafının əsasında digər faktorlarla
yanaşı, 3 mənbənin olmasını vacıb hesab
edirlər: zəngin təbii sərvətlər, o cümlədən
karbohidrogen ehtiyatlarının
olması, müasir texnologiyalara malik olmaq və onların
istehsalında öncüllük, dərin elmi potensiala
malik insan kapitalının olması.
Bunlardan biri gec- tez tükənən, digəri
isə köhnələn sərvətdir. İnsan kapitalı
isə tükənmir, köhnəlmir, əksinə, münbit
şəraitdə daha da inkişaf edir.
İkinci dünya müharibəsindən sonra
Yaponiyanın, iyirminci əsrin sonlarından isə, Cənubi
Koreyanın, Sinqapurun inkişafı məhz insan kapitalı,
süni intellektlə bağlıdır.
Müstəqilliyinin ilk illərində
torpaqları işğal olunan, iqtisadiyyatı çökən,
bir milyona yaxın qaçqın və məcburi
köçkünü olan, sovetdən qalma təhsil sistemi
süqut edən, onsuz da zəif
olan maddi texniki bazası köhnələn təhsil və elm
sahəsini gücləndirmək, köhnəlmiş
zərərli stereotipləri qırmaq, yeni kadrlar hazırlamaq
milyardlarla manat vəsait, gərgin əmək, güclü
siyasi iradə tələb edirdi, lakin cənab Prezident qısa
vaxt ərzində bunu da bacardı. Təhsil sisteminin modernləşdirilməsi
siyasəti ilə yanaşı olaraq təhsilin maddi-
texniki bazası demək olar ki,
yenidən quruldu, 3500 dən çox məktəb
və uşaq bağçası yenidən tikildi, müasir
avadanlıqla təchiz edildi, yeni kolleclər, universtetlər
yaradıldı, xaricdə təhsil proqramı qəbul edildi,
5 mindən çox azərbaycanlı gənc bu proqram vasitəsi
ilə dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərində təhsil
aldılar. İndi o gənclərin bir qismi Vətənə
dönərək Azərbaycan dövlətinin idarə
olunmasında yaxından iştirak edir, xaricdə qalanlar isə
diaspor təşkilatımızı gücləndirərək
Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər.
İnsan həyatının keyfiyyətli və
faydalı olması üçün vacib şərtlərdən
biri, bəlkə də birincisi sağlımlıqdır.
Heç təsadüfi deyildir ki, bütün dünyada
sağlam yaşamaq hüququ insanın ən fundamental
hüquqlarından biri kimi tanınır. Azərbaycan vətəndaşının
sağlam və xoşbəxt yaşamasının təmin
olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə
pasientlərin əlçatanlığı cənab prezident
İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən
biridir.
Ölkə başçımız vətəndaşların
sağlamlığının hər iki istiqaməti - tibbi
profilaktika və tibbi yardım üzrə tədbirlərə
ciddi önəm verir. Qədimdən məlum olan bir deyim bu
gün də aktualdır: sağlamlığı qorumaq onu
itirdikdən sonra bərpa etməkdən daha asan və daha ucuz
başa gəlir. Məhz bu baxımdan xəstəliklərin
qarşısının alınması üçün idman
sağlamlıq tədbirlərinin ekoloji çirklənməmiş
hava, su, qida təminatı hər bir ölkə üçün
önəmlidir. Azərbaycan prezidenti gənc nəslin sağlam və
güclü vətəndaş kimi böyüməsi
üçün məmləkətin bütün bölgələrində
Olimpiya İdman Komplekslərinin, üzgüçülük
hovuzlarının, stadionların tikilməsini təmin edən
proqramlar qəbul etmiş, gənclərin inkişaf mərkəzlərinin tikilməsi, parkların, istirahət
zonalarının açılması üçün sərəncamlar
imzalamışdır. Ölkə vətəndsşlarının
davamlı və keyfiyyətli su təchizatının həyata
keçirilməsi üçün görülən tədbirlərin,
qida , ərzaq məhsullarının bolluğu və təhlükəsizliyi
istiqamətində aparılan işlərin iqtisadi əhəmiyyəti
ilə yanaşı tibbi- sağlamlıq baxımından da
faydalı olduğu hər kəsə aydındır.
Vətəndaşlara göstərilən tibbi
xidmətin keyfiyyəti və əlçatan olması da cənab
prezidentin sosial siyasətində həmişə aktual
olmuşdur. Dövlət büdcəsinin vəsaiti ilə 700-
dən artıq xəstəxana və poliklinika əsaslı təmir
edilib, ən müasir avadanlıqla təchiz edilmiş, onlarla
yeni klinikalar açılmışdır.
Maddi- texniki bazanın yenilənməsi ilə
yanaşı, səhiyyənin idarə edilməsi və kadr təminatı
sahəsində də dərin islahatlar
aparılmışdır.
Xarici ölkələrin qabaqcıl tibb təcrübəsinin
ölkəmizə gətirilməsində Türkiyə,
Almaniya və digər ölkələrin universitetlərində
təhsil almış, klinikalarında təcrübə
qazanmış həkimlərimizin böyük xidməti
vardır.
Bu yeni nəsil tibb kadrlarının yetişməsi
də cənab prezident İlham Əliyevin səhiyyə siyasətinin
mühüm tərkib hissəsidir.
Azərbaycan Tibb Universitetində
tibbi rezidentura pilləsinin yaranması, Naxçıvan
Dövlət Universitetinin tibb fakultəsinin uğurlu fəaliyyəti,
Seçenov adına Moskva Tibb İnstitutunun Bakı
filialının açılması müasir biliklərə
malik tibb kadrlarının
hazırlanmasında xüsysi mərhələ kimi əhəmiyyətlidir.
Cənab prezident İlham
Əliyev vətəndaşların tibbi maariflənməsinə,
profilaktik dispanser müayinələrə cəlb olunmasına
həmişə qayğı ilə yanaşır, rayonlara səfərlərində
əhali ilə görüşlərdə hər kəsi ildə
azı iki dəfə tibbi müayinələrdən keçməyə
dəvət etməsi, dövlət vəsaiti hesabına
hər il beş milyondan çox vətəndaşın icbari
dispanserizasiyaya cəlb olunmasına təminat yaratması məhz
vətəndaşın sağlamlığına rəhbər
qayğısının ifadəsidir.
Tibbi xidmətlərə əlçatanlığın
təmin olunması, tibbi xidmətlərin vaxtında və
keyfiyyətli göstərilməsi üçün səhiyyə
idarəçiliyinin ən optimal forması sayılan icbari
tibbi sığorta sisteminə keçid prezident İlham
Əliyevin sosial sahədə apardığı ən
fundamental islahatlardan biridir. İcbari tibbi sığorta səhiyyə
xidmətlərinin keyfiyyətini artırmaq, sağlam rəqabət
mühiti yaratmaqla yanaşı, maliyyələşdirmə xərclərini
də dövlət, işəgötürən və işləyən
arasında paylaşmaqla daha mütənasib ödəmə
sistemi təklif edir.
Təbii ki, səhiyyə sistemini
uzun illər ərzində formalaşan sovet maliyyələşmə
və idarəçilik üsulundan birdən qoparıb yeni
sistemə keçirmək mümkün deyildi. İcbari tibbi
sığortanın qüsursuz və mükəmməl
çalışmasi üçün vacib olan şərtlər
həll olunmasa, ən mükəmməl bir sistem də
iflasa uğraya bilərdi. Məhz hər
hansı qərara kompleks yanaşan və qərar qəbulu
zamanı bütün amilləri
öncədən nəzərə alan cənab prezident
İlham Əliyev ilkin olaraq icbari tibbi sığorta sistemində
fəaliyyət göstərən klinikaların müasir tələblər
səviyyəsində qurulması və təchiz
edilməsini həyata keçirdi: həm dövlət ,həm
də özəl sektorda onlarla yüksək təchizatlı və
tibbi- sanitar standartlara cavab verən klinikalar yaradıldı,
müasir tibb texnologiyanı yaxşı mənimsəyən həkim
və orta tibb işçiləri yetişdi, tibbi heyətlər formalaşdı,
respublika üzrə minimum və orta əmək
haqqı yüksəldi, qeyri-leqal məşğulluğun
aradan qaldırılması üçün iqtisadi və
hüquqi nəzarət mexanizmləri formalaşdı.
İcbari tibbi sığorta3 il ərzində pilot şəklində
Mingəçivir , Yevlax və Ağdaş şəhərlərində
uğurla sınaqdan çıxandan sonra bu sistemin 2020- ci ildə bütün ölkə ərazisində tətbiq
olunmasına başlanıldı. Qrafik üzrə birinci
rübdə şimal bölgəsini
əhatə edən 20 rayonda icbari tibbi şığorta fəaliyyətə
başladı. Təəssüf ki, koronavirus
pandemiyasının aradan qaldırılması
üçün Səhiyyə sisteminin və TƏBİB- in
bütün resurslaının bu bəla ilə
mübarizəyə səfərbər olunması İTS- nin
bütün ölkədə tətbiqini ləngitdi. Heç şübhəsiz ki, koronavirus problemi həll
ediləndən sonra icbari tibbi sığortanın tətbiqi
ilə bağlı işlər tamamlanacaq, daha da təkmilləşəcək
və yaxın vaxtlarda Azərbaycanda
nümunəvi bir səhiyyə sisteminin və tibb xidmətinin
yaranmasının şahidi olacağıq.
-Bu gün Prezidentimiz cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə
koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində
sistemli tədbirlər həyata keçirilir. Bu istiqamətdə
görülən işləri necə dəyərləndirirsiniz?
-Yola salmaqda olduğumuz 2020-ci il bəşər tarixində yeni bir
bəla – koronavirus pandemiyası ilə mübarizə ili kimi
qalacaqdır. Heç kəsin gözləmədiyi bir zamanda
meydana çıxan və bütün yer kürəsini cənginə
alan bu dəhşətli virus epidemiyası həm də
dövlətlərin idarəçilik sistemini və liderlərin
siyasi iradəsini sınağa çəkmiş oldu.
"-Hər zərərin içində bir
xeyir var"-, deyiblər. Koronavirus pandemiyası bir tərəfdən
iqtisadiyyatımıza zərər vurdusa da, sosial ictimai həyatımıza
məhdudiyyətlər gətirdisə də, digər tərəfdən
dövlət idarəçiliyinin çevikliyinin və
operativliyinin, səhiyyə və sosial müdafiə
sistemimizin səviyyəsinin indikatoru oldu. Cənab
Prezidentin rəhbərliyi altında görülən kompleks tədbirlər
sayəsində qısa müddətdə pandemiyanı nəzarət
altına ala bildik.
Geridə qoyduğumuz
dövrü dünyadakı vəziyyətlə müqayisəli
şəkildə qiymətləndirərək deyə bilərik
ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə,
ən az itki vermiş, ən
uğurlu nəticələr əldə etmiş ölkələr
sırasındadır.
Pandemiyanın dünyada
tüğyan etduyi ağır günlərdə cənab
Prezident İlham Əliyev öz xalqının əsil
xilaskarı kimi mübarizənin
önünə çıxdı, bir Rəhbər
müdrikliyi ilə, bir Sərkərdə cəsarəti ilə,
bir Lider qətiyyəti ilə bütün resursları bir məqsədə
yönəldərək, kompleks mübarizə tədbirlərinin
həyata keçirilməsini təşkil etdi.
Cəmi 2 həftə ərzində ölkəyə
20 - dən artıq test- laboratoriya gətirildi, tibbi maska, qoruyucu kombinzon, dezinfeksiya
vasitələrinin istehsalı müəssisələri
quruldu.
46 xəstəxana koronavirusla mübarizə
üçün səfərbər olunmuş, 12 yeni mobil xəstəxananın
tikintisinə vəsait ayrılmış, 2 milyon 400 minə
yaxın insanda test analizi aparılmışdır.
Vətəndaşların
sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın
qorunması məqsədi ilə büdcədən 3,5 milyard
manata yaxın vəsait ayrılmış, Koronavirusla
Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan
çox vəsait toplanmışdır.
Həmişə olduğu kimi bu proseslərdə də cənab
prezident İlham Əliyev və 1- ci vitse- prezident Mehriban
xanım Əliyeva xoşməramlı təşəbbüslərlə
çıxış edərək xalqa əsil vətəndaş
nümunəsi göstərdilər.
Azərbaycan həkimlərinin koronavirusla
mübarizədə göstərdiyi fədakarlıq dövlət
rəhbərlərimiz tərəfindən layiqincə qiymətləndirilmişdir.
Cənab preziden İlham Əliyevin fərmanı ilə onların
əmək haqları 3-5 dəfə artırılmış,
dövlət başçısı, ölkənin 1- ci vitse-
prezidenti, millət vəkilləri dəfələrlə tibb
işçilərimizi ayaq
üstə alqışlamışlar.
Koronavirusla mübarizə dövründə bir
çox ölkələrin rəhbərləri " öncə
iqtisadiyyat, yoxsa əhalinin sağlamlığı"
dilemması qarşısında qaldığı halda, Azərbaycan
xalqının lideri cənab İlham Əliyev birmənalı
və qəti şəkildə bəyan etdi: "
Mənim üçün birinci əhalinin
sağlamlığıdır!"
Bu mövqe öz xalqını ürəkdən
sevən ona bağlı olan, onun qayğıları ilə
yaşayan əsil liderin və rəhbərin mövqeyi idi.
Koronavirusla mübarizədə cənab
Prezidentin beynəlxalq miqyasda səyləri və töhfələri
onun bir dünya lideri kimi rolunun
və nüfuzunun yeni təntənəsi oldu. Azərbaycan güclü və humanizm prinsipləri
ilə yaşayan bir dövlət olduğunu növbəti dəfə nümayiş etdirərək,
koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon dollar vəsait
köçürtdü, 30-dan çox ölkəyə
humanitar yardım göstərdi.
Məhz cənab Prezident İlham
Əliyevin təşəbbüsü və sədrliyi ilə
keçirilən iki beynəlxalq konfrans–Türk Şurası
dövlətlərinin və Qoşulmama Hərakatının
Təmas Qrupunun zirvə toplantıları dünyada ilk dəfə
COVİD-19-la mübarizədə
beynəlxalq çağırışlarla yadda qaldı.
Məhz Azərbaycan xalqının Liderinin təşəbbüsü
ilə bu ilin dekabr ayının
3-4-də BMT-nin koranavirus pandemiyası ilə mübarizəyə
həsr olunmuş xüsusi sessiyası keçirildi.
Koronavirusla mübarizənin gərgin
və məsuliyyətli günlərində cənab prezident
İlham Əliyevin irəli sürdüyü “Biz Birlikdə
Güclüyük!” tezisi xalqımız tərəfindən
birmənalı dəstəkləndi, həyat tərzinə, mübarizə, inkişaf və tərəqqi
kredosuna çevrildi.
Bəli, biz birlikdə güclüyük! Zaqatala və Şamaxı zəlzələlərindədə,
Kür-Araz daşqınlarında da, 2016-cı ilin aprel qələbəsində
də, Avropa Oyunları və İslam Olimpiadasının təşkilində
də, Valday, Aşqabad, Münxen uğurlarında da,
Qarabağda Zəfər Yürüşündə də!
Biz birlikdə çox uğurlara imza
atmışıq, çox çətinlikləri dəf
etmişik, bütün sınaqlardan şərəflə,
üzüağ çıxmışıq. Birliyimiz sayəsində
koronavirus epidemiyasını da
aradan qaldıracağıq. Bu
mübarizədən qələbə ilə
ayrılacağıq.
-Müsa müəllim, dövlətimizin
başçısının Sərəncamı ilə
“YAŞAT” Fondunun yaradılmasının əhəmiyyəti
haqqında da fikirlərinizi bilmək istərdik...
-Yaratmaq Tanrının işidir. Ona şərik
qoşmaq olmaz. Tək hüceyrəli canlını da,
külli- aləmi də yaradan Odur. Tanrı öz
yaratdıqlarını yaşatmağı isə təbiətə-
günəşə, torpağa,
küləyə, suya həvalə
edir. Bir də seçdiyi insanlara. Tanrının seçdiyini
xalq da seçirsə, bu rəhbər adamın çiyninə
daha böyük missiya düşür: idarə etmək,
qorumaq, yaşatmaq.
Cənab Prezident İlham Əliyev məhz buna
görə söyləyir ki, bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı, onun sosial rifahı
dayanır. Cənab Prezident həmişə
çalışır ki, ölkəmizin maddi nemətləri
ədalətli bölünsün, sərvətlərimizdən
hər kəsə pay çatsın. Ona görə də
xüsusi proqramlar qəbul olunur, sosial müdafiə xarakterli sərəncamlar
verilir.
Heç şübhəsiz ki, Vətənin
müdafiəsində, torpaqlarımızın işğaldan
azad edilməsində canından və
sağlamlığından keçən insanların ailəsinə
xüsusi diqqət və qayğı göstərilməsi həm
dövlətin, həm də cəmiyyətin vəzifəsi ,
borcu və şərəf işidir. Dövlətin
gördüyü sosial müdafiə tədbirləri çox
şaxəlidir, şəhid ailələri 20 adda, müharibədə
əlil olan şəxslər 14 adda
təminat və sosial qayğı ilə əhatə olunublar.
Bu prosesə cəmiyyətin fəal
inteqrasiyası və göstərilən dəstəktədbirlərinin
sistemli, ardıcıl və məqsədyönlü
olmasını təmin etmək məqsədi ilə cənab
prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə YAŞAT
Fondunun yaranması həm də yeni humanist münasibərlərin
və yanaşmaların formalaşmasına xidmət edəcəkdir.
Məhz YAŞAT Fondu vasitəsi ilə həm
ölkə vətəndaşları, həm də ölkədən
kənarda yaşayan soydaşlarımız, eləcə də
Azərbaycanı sevən hər kəs öz xüyriyyəçilik
niyyətini çox asanlıqla və şəffaf şəkildə
həyata keçirə biləcəkdir. YAŞAT Fondunun
dəstəyi ilə bütün şəhid ailələrinin
və qazilərimizin bir çox sağlamlıq, məişət
və sosial problemləri davamlı
və şəffaf şəkildə öz əksini
tapacaqdır.
Prezident İlham Əliyev öz siyasətini
formaca çox sadə, lakin məna yükü çox
böyük olan dörd kəlmə ilə ifadə edir: Bizim
siyasətimiz, bizim işimizdir!
Məhz sözlə əməl bir olanda ölkədə
inkişaf olur, ədalət olur, xalqın öz sabahına
inamı olur, bu inamı yaradan Liderinə etibar, etimad və məhəbbət
olur.
Daha çox qayğıya
ehtiyacı və haqqı olan şəhid ailələrinə
, Qarabağ müharibəsində əlil olmuş şəxslərə,
qaçqın və məcburi köçkünlərə,
ahıl insanlara münasibətdə cənab Prezidentin
davranışı onlara dövlət
başçısının hörmətinin ifadəsi
olduğu qədər də, cəmiyyətə bir
xoş məram nümayişi, nümunə və
çağırışdır.
... Xatırlayaq,
Prezident Sarayındakı qəbulda tribunada
çıxış edərkən qəhərlənən
şəhid atasına Prezidentin kürsüdən qalxıb su
süzüb verməsi anını...
...Xatırlayaq, Şamaxıda zəlzələ
zamanı evi zərər çəkmiş ağbirçəyi
ölkə başçısının bir övlad
mehribanlığı ilə qucaqlayıb təskinlik verməsini...
...Xatırlayaq, Prezidentin ad gününü
Taxta körpü qəsəbəsində məcburi
köçkün ailəsi ilə birlikdə qeyd etməsini..
.... Xatırlayaq, 24 aprel 2014- cü ildə
Praqadakı "Türkiyə
burada yoxdur, mən buradayam" təəssübkeşliyini...
... Xatırlayaq 4 oktyabr 2019- cu ildə
Soçidə "Valday" Diskusiya Klubunda " Qarabağ Azərbaycandır
və nida işarəsi!" bəyanatını...
Xatılayaq, 11 oktyabr 2019 - cu ildə
Aşqabadda və 10 fevral 2020- ci ildə Münhen də
işğalçı və təcavüzkar Ermənistanın
baş nazirinə verilən tarix dərsini...
... Xatırlayaq
Milli Ordumuzun 44 günlük Zəfər
yürüşündə Ali Baş Komandanın mübarizə
əzminin simvoluna çevrilmiş “Dəmir yumruq” tezisini...
Xatırlayaq cənab Prezidentin və hörmətli
Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş
torpaqlarımızı, Xudafərin kürpüsünü,
Ağdam məscidini necə qürurla və məhəbbətlə
ziyarət etdikləri anları...
Bu addımların hər biri humanizm, insana
qaygı və fərdi qəhrəmanlıq nümunəsidir.
Bu addımların hər biri vətəndaşa
hörmət, təsəlli, vətənə sevgi və xidmət
mümunəsidir.
Bu addımlarınhər biri xarizmatik Liderin
öz xalqı və Vətəni üçün fədakarlığıdır!
Bu addımların hər biri tarixin
sınaqlarından çıxmış Lider- Xalq birliyini daha da möhkəmlədən,
daha da mətinləşdirən addımlardır!
Məhz bu birliyin sayəsində biz,
torpaqlarımızı da işğaldan azad etdik, ərazi
bütöblüyümüzü
bərpa etdik, tarixi yurdlarımıza
dönüşü reallaşdıra bildik.
Cənab Prezidentin irəli sürdüyü
"Biz birlikdə güclüyük!" şüarı isə
bütün dövrlərin birlik və həmrəylik himninə
çevriləcəkdir!
Hər günü gərgin keçən bu 44
günün içərisində biz Azərbaycanın
növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı
var: Azərbaycan xalqı və onun yenilməz Lideri cənab
İlham Əliyev!
İki sahil.- 2020.- 23 dekabr.- S.15.