Muxtar Auezovun yaradıcılığı: ənənədən
novatorluğa
Bakı Slavyan Universitetinin
professoru, filologiya elmləri doktoru Nizami Məmmədov
Tağısoyun “Muxtar Auezovun yaradıcılığı: ənənədən
novatorluğa” monoqrafiyasının təqdimatı
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı
Səfirliyində səfir
Serjan Abdukərimovun təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin (BSU) professoru, filologiya elmləri doktoru Nizami Məmmədov Tağısoyun “Muxtar Auezovun yaradıcılığı:
ənənədən novatorluğa”
monoqrafiyasının təqdimat
mərasimi keçirilib.Qeyd
edək ki, təqdimat mərasimi xüsusi karantin rejiminin tələblərinə riayət
olunmaqla reallaşıb.
Səfir təqdimata dəvət
olunanları salamlayıb,
professor Nizami Tağısoyun bu araşdırmasının Azərbaycan-qazax
ədəbi əlaqələrinin
inkişafına mühüm
təsirindən danışmaqla,
müəllifə minnətdarlığını
bildirib və sözü təqdimatın
aparıcısı, Azərbaycan
Milli Elmlər Akademiyasının
(AMEA) birinci vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyliyə
verib. Akademik İsa Həbibbəyli
Muxtar Auezov yaradıcılığının Azərbaycanda populyarlığını,
qazax ədəbiyyatının
flaqmanına və onun rəngarəng bədii nümunələrinə
verilən dəyəri
qeyd etməklə, həm də Nizami Tağısoyun türk xalqları ədəbiyyatları, qazax
ədəbiyyatı, o cümlədən ədəbi türkologiyada və ədəbiyyatşünaslıqda əzmlə tədqiqatlar aparmasından bəhs etdikdən sonra məruzə üçün
sözü AMEA-nın
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanova verib. Akademik Muxtar İmanov
professor Nizami Tağısoyun Azərbaycan
ədəbiyyatşünaslığı
və türk xalqları ədəbiyyatlarındakı
davamlı və konsepsiyalaşdırılmış tədqiqatlarından, monoqrafik
araşdırmalarının keyfiyyətindən və aktuallığından danışmaqla,
onun məhsuldar və məsuliyyətli alim olduğunu tədbirdə iştirak edənlərin diqqətinə çatdırıb.
Təqdimat mərasimində professorlar Yaqub Babayev və Firuzə Ağayeva, dosentlər Heydər Cəfərov və Fərrux Məmmədov, Heydər Əliyev adına Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti,
professor Eldar Günaydın Nizami Tağısoyun ədəbiyyatşünaslıqda
qazandığı uğurlardan
danışıblar.
Sonda tədbirin təşkilatçısı,
Qazaxıstan Respublikasının
Azərbaycan Respublikasındakı
fövqəladə və
səlahiyyətli səfiri
Serjan Abdukərimov məruzəçi və
çıxış edənlərə
minnətdarlığını bildirib, professor Nizami Tağısoya “Muxtar Auezovun yaradıcılığı: ənənədən
novatorluğa” monoqrafik
araşdırmasına görə ürəkdən
təşəkkür edib.
Təqdimat
zamanı M.Auezovun oğlu, professor Murad Auezovun Almatıdan etdiyi videomüraciət nümayiş etdirilib. O, qazax-Azərbaycan ədəbi
əlaqələrindən, M.Auezovun Səməd Vurğunla olan dostluq münasibətlərindən
danışıb və
kitab müəllifinə
uğurlar diləyib.
İki sahil.- 2020.- 23
dekabr.- S.27.