İlham Əliyev. İnkişaf - məqsədimizdirçoxcildliyinin 102-ci kitabı işıq üzü görüb

 

 

 

 

Bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşib. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır o cümlədən, neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıb. Koronavirus xəstəliyi, əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməli, məsuliyyət göstərməli, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik bunu dünyaya təqdim etməliyik.

 

İlham Əliyev. İnkişaf - məqsədimizdirçoxcildliyinin yenicə çapdan çıxmış 102-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il martın 18-də Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikindən götürülüb.

 

Çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin mart-may aylarını əhatə edir.

 

Yeni kitabda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videobağlantı formatında müşavirənin materialları, Azərbaycanın pravoslav xristian icmasına, bir sıra dövlət başçılarına məktubların mətnləri toplanıb.

 

Bu cilddə oxucular Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidən qurulmadan sonra açılış mərasimi, Sumqayıt şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikini işlərinin gedişi ilə tanışlıq, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin, “Yeni klinikatibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye ParkındaBakı Tekstil Fabriki” MMC tərəfindən yaradılmış tibbi maska istehsalı müəssisəsinin, “Azərenerji” ASC-nin yenidən qurulmuş Baş İdarəetmə, Elm, Tədris Laboratoriya Kompleksinin, Abşeron rayonu ərazisində Xızı rayonunun Ağdərə kəndindən çəkilmiş magistral qaz kəmərinin, Bakıda modul tipli xəstəxananın açılış mərasimləri barədə materiallarla da tanış ola bilərlər.

 

Bu ilin aprelində Türk Şurasının, may ayında isəQoşulmama hərəkatı”nın təmas qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyikmövzusundakı onlayn formatda zirvə görüşləri keçirilib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan bu tədbirlər, həmçinin bir sıra ölkələrin dövlət başçıları ilə videobağlantı vasitəsilə aparılan danışıqlar barədə materiallar da nəşrdə yer alıb.

 

Dövlətimizin başçısı bütün görüşlərində apardığı danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb, habelə koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığa çağırış edib.

 

Azərnəşrtərəfindən buraxılan çoxcildliyin 102-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) materiallarından istifadə olunub.

 

 İki sahil.- 2020.- 23 dekabr.- S.4.