Azərbaycan Cüdo Federasiyası: Vətən
müharibəsində 18 cüdoçu
şəhid olub
Vətən müharibəsində Azərbaycan
cüdo ictimaiyyətinin
nümayəndələri - cüdoçular, məşqçilər
və cüdo hakimləri də iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyasının
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
44 günlük Vətən
müharibəsində iştirak
edən yüzdən çox cüdoçudan
18-i şəhidlik zirvəsinə
yüksəlib. Sumqayıt cüdo
məktəbinin yetirməsi,
adı dillər əzbəri olmuş 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadə
düşmənin bir
generalını və
polkovnikini təkbaşına
məhv etməklə
şəhid general-mayor
Polad Həşimovun və onun silahdaşlarının
qisasını alıb.
Ölümündən sonra
"Azərbaycan Bayrağı”
ordeninə layiq görülən qəhrəman
əsgər Müzəffər
Ali Baş Komandanın göstərişi
ilə ikinci Fəxri xiyabanda - general Polad Həşimovun
məzarının yanında
dəfn olunub.
Azərbaycan cüdo məktəbinin yetirməsi olan daha bir şəhid
idmançı tankçı
Vüsal Dəmirovdur.
O, İsmayıllı rayonunda
SSRİ idman ustası,
Fəxri bədən tərbiyəsi və idman işçisi Bəhman Əkbərovla Əməkdar məşqçi
Əkbər Şəfqətovun
rəhbərliyi altında
məşq edib. Vaxtilə bir çox region yarışlarının, klub
və cəmiyyətlərarası
cüdo birinciliklərinin
mükafatçısı, Bakı şəhər açıq birinciliyinin, Azərbaycan birinciliyi və çempionatının
iştirakçısı olub.
Bundan əlavə, o, texniki işçi kimi federasiyanın keçirdiyi yarışların
təşkil komitəsinin
üzvü kimi də çalışıb.
V.Dəmirov Füzuli uğrunda gedən döyüşlərdə igidliklə
vuruşaraq şəhid
olub. Ölümündən
sonra "Qarabağ” ordeninə layiq görülüb.
Masallı Rayon
Uşaq-Gənclər İdman
Məktəbinin cüdoçusu
kimi region və respublika miqyaslı yarışlarda
dəfələrlə medallar
qazanmış İntiqam
Əsgərli isə Şuşa uğrunda döyüşlərdə həlak
olub. Dörd il əvvəl
iştirak etdiyi
2016-cı il Aprel döyüşlərində qardaşı
Nurlan Əsgərli qəhrəmancasına şəhid
olduğu üçün
komandanlıq İntiqama
Şuşa uğrunda
döyüşlərə qatılmamağı tapşırsa
da, o, etiraz edib və sona
qədər qəhrəmancasına
vuruşub. O, doğulduğu
Kalinovka kəndində
böyük izdihamla dəfn edilib. Ölümündən sonra
"Vətən Müharibəsi
Qəhrəmanı" adına
layiq görülüb.
Vətən müharibəsində Cəbrayıl Dövlətzadə,
Vüsal Dəmirov, İntiqam Əsgərli ilə yanaşı, daha 15 cüdoçu - Rəşad Babayev, Zaur Mədətov, Röyan Hüseynov, Rüfət Əliyev, Araz Seyfullayev, Vüsal Hadıyev, Süphan Həsənov, İntiqam Əsgərli, Elvin Məmmədov, İsmayıl İrapov, Elvin Qədirov, Fəqan Məmmədov, Ehtiram Əhmədov, Rəsul Süleymanov, Novruz Həsənov, Ruhid İslamlı qəhrəmancasına
şəhid olublar.
Allah bütün
şəhidlərimizə rəhmət
eləsin!
İki sahil.- 2020.- 22 dekabr.-S.15.