Şuşanın işğaldan azad edilməsi hərb tarixində ən mükəmməl taktiki döyüşdür

 

 

Hərbi ekspertlər heyrətdə: Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlə Şuşanın azad edilməsi əfsanəyə bənzər reallıqdır

 

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi.  Xüsusilə alınmaz qala olan sərt relyefə malik olan Şuşanın işğaldan azad edilməsi isə hələ nəin ki, erməniləri, hətta dünyanın  hərbi ekspertlərini belə heyrətləndirir.

 

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: « Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar

 

Bəli, Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşada Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişlər.

 

Rus mediası: «Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan Ordusu. yaralını, şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...»

 

 

 

Azərbaycanda «Qarabağın döyünən ürəyi» «Sən tarixin özüsən, Azərbaycanın gözüsən» deyə bəhs etdikləri Şuşa şəhərinin işğaldan azad olunması xəbərinin Ali Baş Komandan tərəfindənelan edilməsi xalqımızı dostlarımızı çox sevindirdi. Çoxlarına görə, bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 44 gün davam edən döyüşlərdə həlledici üstünlük verdi. Bəzilərinə görə isə bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə tam qələbəsidir.

 

Fransanın «Le Monde» nəşri Şuşa uğrunda döyüşlərdə erməni qüvvələrinin darmadağın olduğunu yazmışdı. Rusiya mediası isə yazıb: «Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu? Demək çətindir! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan Ordusu. yaralını, şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...»

 

Ukraynalı hərbi ekspert  Aleksey Arestoviç isə vurğulayıb ki, «Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-larsız, tanksız, artilleriyasız şəhər aldılar

 

Ermənistanın sabiq qatil prezidenti Robert Koçaryan: «Hələ   başa düsə bilmirik ki, Azərbaycan Ordusu Şuşanı topsuz - tüfəngsiz necə ələ keçirdi? biz, hərbi ekspertlərimiz bunun necə baş verdiyini hələ anlaya bilmirlər»

 

Bəli,  Şuşanın qısa müddətdə azad edilməsi şokundan Ermənistanın keçmiş indiki hərbi-siyasi rəhbərliyi hələ ayılmayıb.  Torpaqlarımızın işğal edilməsində «xüsusi rol oynayan» Ermənistanın sabiq prezidenti Robert Koçaryan Azərbaycan Ordusunun həyata keçirdiyi Şuşanın azadedilmə əməliyyatından şok keçirdiyini etiraf edib. O, erməni mətbuatına müsahibəsində bunun necə baş verdiyini hələ anlamadığını deyir: «Hələ   başa düsə bilmirik ki, Azərbaycan Ordusu Şuşanı topsuz - tüfəngsiz necə ələ keçirdi? Cəbrayıldan piyada daxil olub Hadrutdan çıxdılar, oradan Füzuliyə  keçdilər, Füzulidən bütün Əsgəranın alt bölgəsini ətraf kəndləri ələ keçirdilər. Bir an belə dayanmadılar heç yerdə müqavimət göstərə bilmədik. Şuşaya daxil olmaları isə möcüzə  kimidir. biz, hərbi ekspertlərimiz bunun necə baş verdiyini hələ anlaya bilmirlər

 

Təbii ki, Şuşa uğrunda mübarizədə seçilən taktika dünya hərb tarixinə yazılası bir hadisədir. Hətta NATO generalları da etiraf edirlər ki, Şuşa əməliyyatı hərb tarixində tamamilə yeni bir dönəmdir. Ermənilərin əsas hərbi qüvvəsi Şuşada idi Azərbaycan Ordusu kiçik bir qüvvə ilə 6-7 min erməni hərbçisini tərksilah edib hərb tarixinə düşəsi hadisə yaratdılar.

 

Təbii ki, bütün bunlar ilk  növbədə, hərbçilərimizin peşəkarlığından, Şuşa əməliyyatına başçılıq edən hərbi rəhbərliyin yüksək döyüş taktikası seçməsindən hər şeyin başında isə vətənpərvərlik hissi dayandığından xəbər verir. Şuşaya hücum edərək onu düşmən əsarətindən qurtaran oğullar bilirdilər ki, doğma torpaq uğrunda, müqəddəs üçün vuruşurlar.

 

Əslində, Koçaryanın dilini-dodağını qurudan da Şuşanı işğaldan azad edən oğullarımızın gücü, iradəsi, vətənpərvərliyi, daxili inamı, torpağımızı düşməndən azad etmək uğrundakı qüsursuz mübarizəsidir. Azərbaycan əsgəri Şuşanı öz ürəyinin təpəri, içindəki böyük  Vətən sevgisinin işığı ilə düşməndən aldı, kökləndiyi güclü mənəvi-ruhi əhvalı ilə düşmənə qələbə çaldı.

 

Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçüOnların (Azərbaycan əsgərlərinin E.Z) gəlişi sanki ölüm mələyinin gəlişi kimi idi. 3-4 nəfərlə gəlib, səngərdəki silahlanmış 20-30 erməni əsgərini öldürərək, gəldikləri kimi yoxa çıxırdılar. Gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları

 

Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçü döyüş xatirələrində Azərbaycan Ordusunun möcüzəvi döyüşlərindən xatirələrini yazıb. O vurğulayıb ki, ən böyük qorxumuz dron PUA - lar idi. PUA - nın səsini eşitdinsə artıq ölmüsən: « Onlardan qaçış mümkünsüzdür. Vızıltı eşitdinsə demək artıq nişangahdasan etsən , hara qaçsan da ölümdən qurtuluşun yoxdur. Onlar ən çox gecələr, dumanlı çiskinli havalarda gəlirdilər. Əsgərlər səngərlərin qarşısına kartof çipsisi tökürdülər ki, onlar gələndə xışıltıdan bilsinlər. Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimi idi. 3 - 4 nəfərlə gəlib, səngərdəki silahlanmış 20 - 30 erməni əsgərini öldürərək, gəldikləri kimi yoxa çıxırdılar. Gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları.

 

Bir az real çıxmasa da, bəzən düşünürdük ki, onlar ümumiyyətlə, insan deyillər. Bəlkə ya zombi, ya da robot idilər. Üstümüzə gələndə avtomatla vururduq, yıxılırdılar, bir az yerdə eşələnib sonra yenə qalxıb üstümüzə şığıyırdılar. Hətta özüm dəfələrlə şahidi olmuşam ki, bu gün öldürdüyümüz əsgər sabah dirilərək yenə üstümüzə gəlirdi. Deyirlər ki, 1500 erməni əsgəri 5 - 6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq. Çünki qaçmasaydın ölümün mütləq idi. Yenə deyirəm, onlar insan deyildilər. Nəsə ölümsüz bir şeydilər. Öldürmək olmurdu, vurduqca yıxılıb, yenidən qalxırdılar. Şuşa döyüşləri daha dəhşətli idi. Biz onları yoldan gözləyirdik, amma bir ayıldıq ki, onlar artıq canavar sürüyə girən kimi içimizə giriblər, həm yalın əllə. Çox dəhşətli bir döyüş idi. Erməni əsgərlərini dişləri ilə parçalayırdılar. Xankəndinə gətirilən meyitlərin əksəriyyətinin boyunlarındakı şah damarları dişlə qoparılmışdı. İnsan bunu edə bilərmi? Əlbəttəki yox. Bunu ancaq zombilər edə bilər. Deyirlər ki, Artsaxı azad etmək üçün yenidən müharibə edəcəyik. Bu zombiləri görən əsgər ya zabit bir daha Artsaxda döyüşmək istəməz

 

Bəli, düşmənin etiraf etdiyi kimi, məhz Azərbaycan Ordusu hərb tarixinə yeni bir şanlı səhifə yazmaqla, eyni zamanda Ermənistanın dişini elə qırdı ki, onlar bir daha ordumuza qarşı güc göstərməyə özlərində cəsarət tapmayacaqlar.

 

Elçin Zaman

 

İki sahil.- 2020.- 9 dekabr.- S.21.