İsrailin “Jerusalem
online.com” saytı: Ermənistan
Azərbaycanın işğal
edilmiş ərazilərində
sistematik olaraq əsl ekoloji terror törədib
Ulu Tanrı,
ilk növbədə,
Cənnət bağında
ağaclar əkdiyi kimi, sionizm hərəkatının
da ilk əməllərindən
biri İsrail torpağında ağac əkmək olub. İudaizm dinində ağaclar üçün
Yeni il var.
Hər yeddi ildə bir dəfə
biz meyvə ağaclarına bir il istirahət veririk ki, onlar
çiçək açsın,
bərpa olunsun.
AZƏRTAC xəbər verir ki, israilli
məşhur jurnalist qadın Sivan Qamliel İsrailin ingilisdilli populyar “Jerusalem online.com” saytında
dərc olunmuş “Ekoloji terrorizmə yəhudi baxışı”
sərlövhəli məqaləsini
bu mövzuya həsr edib. Müəllif yazır ki, bu səbəbdən
adi terrorizm kimi ekoloji terrorizm
də bəşəriyyətə
qarşı ciddi cinayətdir.
Deniel Şvarts “The
Journal of Peace Research” nəşrində yazır
ki, aşağıdakı
məzmunda terror aktı törədən hər kəs ekoloji terrorist hesab edilir: ekoloji
terrorizmin vurduğu fiziki ziyan terror
aktlarının birbaşa
nəticələri ilə
məhdudlaşmır. Ekoloji dağıntı baş verəndə ətraf mühit qarşılıqlı əlaqəli
xarakter daşıdığı
üçün bu ziyan həmin hərəkətlərin çərçivəsindən
kənara çıxır”.
Qamliel yazır:
“Beləliklə, “HƏMAS” təşkilatı tərəfindən
İsrailin cənubunda
yerləşən meşələrə
yandırıcı şarlar
və hava çərpələngləri buraxılması, yaxud, ermənilərin məlum üçtərəfli bəyanat
çərçivəsində Azərbaycanın işğal
edilmiş ərazilərini
tərk etməzdən
əvvəl həmin rayonlardakı ağacları, evləri və mədəni irs obyektlərini məhv etməsi həqiqətən əsl
ekoloji terror aktıdır. Hər iki halda cinayətkarlar
öz əməllərinin
qurbanlarının ətraf
təbii mühitdən
zövq almalarını
istəmirlər”.
Müəllif qeyd edir ki, ermənilər Kəlbəcərdə olduqları
son günlərdə
ekoloji soyqırımı
törədiblər. 27 il
bundan əvvəl öz yurdlarından qovulmuş Azərbaycan sakinləri indi öz evlərinə qayıdan vaxt ermənilər ətraf mühitə vəhşicəsinə
ziyan vurublar.
İsrailli jurnalist
yazır: “Kəlbəcər
rayonu 1993-cü ildə
erməni qoşunları
tərəfindən işğal
edilib. Bu rayonun 128 kəndində yaşayan 60 minə yaxın azərbaycanlı
öz evlərini tərk etməyə məcbur olub və Azərbaycanın başqa ərazilərində
sığınacaq tapıblar.
Sənədlərdə göstərilir
ki, işğala qədər bu rayonda heç bir erməni olmayıb. Azərbaycanlılar
öz torpaqlarından
qovulandan sonra Ermənistan bu rayona erməniləri köçürüb və
onları orada məskunlaşdırıb.
Köçkün ermənilər Dağlıq
Qarabağı və Azərbaycanın ona bitişik yeddi rayonunu tərk edərkən “HƏMAS” təşkilatının
üzvləri kimi genişmiqyaslı ekoloji terror aktları törədib, azərbaycanlı
məcburi köçkünlərin
evlərini yandırıb,
heyvanları öldürüb,
ağacları kəsib, Azərbaycana məxsus olan Xudavəng Qafqaz alban monastır kompleksi kimi müqəddəs ziyarətgahları
qarət edib, mədəniyyət xəzinələri
yerləşən əraziləri
talan ediblər”.
Qamlielin fikrincə, bu
hərəkətləri törədən
ermənilərin məqsədi
həmin regionu
1990-cı illərin əvvəlində
oradan zorla qovulmuş və indi öz evlərinə
qayıtmaq istəyən
azərbaycanlı köçkünlərin
yaşaması üçün
yararsız vəziyyətə
salmaq olub.
Son 30 ildə
Ermənistan işğal
etdiyi ərazilərdə
təbii ehtiyatları
qarət edib, suları çirkləndirib,
flora və faunanı məhv edib, narkotik bitkilər yetişdirib və narkotik maddələr alveri edir, nəticədə ətraf mühitə çox ciddi ziyan vurulub.
İsrailli məşhur
jurnalist qadın Sivan Qamliel İsrailin
ingilisdilli populyar “Jerusalem online.com” saytında
dərc edilmiş məqaləsinin sonunda yazır: “Ətraf mühit və ağaclar bütün bəşəriyyət üçün
həlledici əhəmiyyət
kəsb edir. Ağaclar bizim nəfəs almağımız
üçün oksigen,
istirahət etməyimiz
üçün kölgə,
yemək üçün
meyvə verir, dünyamızı gözəlləşdirir.
İudaizmə görə
müharibə dövründə
ağacların kəsilməsi
qadağandır. Ağaclar
düşmən deyil,
deməli, bizim onları məhv etməyə və ya onlara əziyyət
verməyə haqqımız
yoxdur”.
İki sahil.- 2020.- 8 dekabr.- S.9.