Ulu Öndər
Qarabağı öz canı qədər sevirdi
Görkəmli şəxsiyyət və böyük dövlət xadimi, Vətəni, xalqı üçün misilsiz xidmətlər göstərən,
milli və bəşəri ideallara, dünyada dostluğa, sülhə və tərəqqiyə böyük
töhfələr verən, siyasətin kamil bilicisi, ulu öndər Heydər Əliyev Azərbaycanın ayrılmaz
parçası olan Qarabağı öz canı qədər sevirdi. Danılmaz həqiqətdir ki, Ümummilli Liderin Azərbaycana birinci dəfə rəhbərliyi dövrü
- 1969-1982-ci illər bütün Azərbaycanda olduğu ki, Qarabağın da intibah dövrü
kimi tariximizə silinməz hərflərlə
yazılıb. Məhz
o illər Qarabağın
sosial-iqtisadi və mədəni inkişafında
böyük töhfələr
əldə edilib.
Ümummilli Lider
respublikamıza birinci
dəfə rəhbərliyi
zamanı Dağlıq
Qarabağda tərəqqisində
danılmaz xidmətlər
göstərmiş, onun
iqtisadi-mədəni inkişafına
böyük töhfələr
vervişdir. Sonradan isə Kremldə yüksək vəzifə tutarkən daim ermənilərin məkrli Qarabağ iddialarının qarşısını
almışdır. Bu
haqda ümummilli lider Heydər Əliyevin aşağıdakı
fikirləri xüsusilə
maraqlıdır: “… 1969-cu ildən
Azərbaycana rəhbərlik
etmişəm. O zaman da bu məsələlər
qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı
hazırlamaq üçün
komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də,
o cümlədən mən
də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı
dövrdə, təxminən,
bir il müddətində
həddindən artıq
təkliflər gəlmişdi
ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir.
Hətta, bir-iki dəfə bu məsələnin komissiyada
baxılmasına cəhd
olmuşdu.” Ümummilli
lider Heydər Əliyev daha sonra deyirdi: “Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım.
Amma, qarşısını
almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının
milli mənafelərini
canımla, qanımla müdafiə edərək
qarşısını aldım”.
Ulu öndər
hələ Dövlət
Təhlükəsizlik Komitəsinin
(DTK) rəhbəri olduğu
zaman ermənilər
1967-ci il iyun ayının 24-də Xankəndidə
küçələrə erməni dilində 300-dək
vərəqə yapışdırmışdılar.
Saxta və uydurma şovinizmə söykənən,
yalan erməni tarixini əks etdirən bu vərəqələrdə Dağlıq
Qarabağın Ermənistan
SSR-in tərkibinə qatılması təbliğatı
gedirdi. Təbii ki, mükəmməl kəşfiyyatçılıq keyfiyyətləri olan DTK-nın milli təfəkkürlü generalı
Heydər Əliyev həmin vərəqələrin
müəlliflərini tapdırıb,
ciddi cəza verdirmişdi. Digər bir fakt, 1967-ci ildə erməni millətçiləri özləri
erməni əsilli birini öldürmüş
və bu ölümü iki azərbaycanlının üzərinə
qoymuş, onların məhkəməsində isə
həmin azərbaycanlıları
öldürmüşdülər. Məqsəd milli münasibətləri qızışdırmaq,
qarşıdurma yaratmaqla
yerli əhalini köçürüb, Qarabağın
Ermənistana birləşdirilməsinin
bünövrəsini yaratmaqdan
ibarət idi. Və... nə yaxşı ki, qismət böyük Heydər Əliyevi Azərbaycanın
taleyinə yazmışdı.
Ulu öndər 15 gün şəxsən Xankəndinə gedərək,
bu prosesin qarşısını öz
məharətli çevik
müdaxiləsi ilə
aradan qaldırmışdı.
Qarabağın inkişafı,
abadlaşdırılması istiqamətində bütün sahələr üzrə işlər aparırdı.
Ulu öndər
SSRİ rəhbərliyində-Sov. İKP MK Siyasi Bürosunun
üzvü, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi
müddətdə erməni
şovinistlərinin Dağlıq
Qarabağ Muxtar Vilayətinin Ermənistana
birləşdirilməsi haqqında
cəhdləri qətiyyətlə
dəf edilmişdi.
Bədnam “yenidənqurma”nın müəllifi, Sov İKP
MK-nın baş katibi, ermənipərəst
Mixail Qorboçovun məkrli siyasəti nəticəsində Ulu Öndər “səhhətinə
görə” ölkə
rəhbərliyindən uzaqlaşdırıldıqdan
sonra ermənilər öz məkrli planlarını gerçəkləşdirmək
üçün sözün
əsl mənasında
at oynatmağa başladılar. M.Qorboçovun
iqtisadi məsələlər
üzrə müşaviri,
bədnam akademik A.Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu “Humanite” qəzetinə Dağlıq
Qarabağ Muxtar Vilayətinin Azərbaycandan
alınıb Ermənistana
birləşdirilməsi barədə
müsahibə verdi. Bundan
sonra-1988-ci ilin fevralından
başlayaraq Dağlıq Qarabağ öz qara günlərini
yaşamağa başladı.
Məhz buna görə də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin
tarixinə nəzər
salarkən qeyd etmişdir: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri
kimi fəaliyyət göstərsəydi, Dağlıq
Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç
vaxt bizim torpaqlarımız işğal
altına düşə
bilməzdi”.
Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin Şuşanın işğaldan
azad edilməsi ilə münasibətilə
xalqımıza müraciətində
“Mən bu gün ulu öndər
Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim. Şuşanı
azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin,
Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın
olsun dünya azərbaycanlıları!” söyləməsi
onun Ümummilli Liderin ideyalarına, siyasi kursuna sadiqliyini bir daha təsdiq etdi.
İşğal olunmuş torpaqlarımızın
azad olunması uğrunda başlayan Vətən müharibəsi
Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Müzəffər Azərbaycan
Ordusu ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətinin layiqli davamçısı, qətiyyətli Sərkərdə, xalqımızın
iftixarı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə təcavüzkar
Ermənistanın silahlı
qüvvələrini 44 gün
ərzində darmadağın
edərək işğal
altındakı torpaqlarımızı düşmən
tapdağından azad etdi. Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Tarixi ədalət bərpa olundu.
Ulu öndər
Heydər Əliyev “Mənim başa çatdıra bilmədiyim
bütün işləri
İlham Əliyev başa çatdıracaq”
deyirdi. Zaman bir daha Ümummilli
Liderin dühasının
bənzərsizliyini sübut
etdi.
Bu gün
hər bir azərbaycanlı böyük
məhəbbət, ehtiram
və sədaqət hissi ilə deyir: Ruhun şad
olsun, ulu öndər-Qarabağ Azərbaycandır!
Iki sahil.- 2020.- 11 dekabr.- S.15.