Ruhun şad olsun, Ulu
Öndər, Qarabağ bizimdir!
«Mən
bu gün, eyni
zamanda, ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim , xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim. Şuşanı azad etdik. Bu,
böyük Qələbədir! Şəhidlərimizin,
Ulu Öndərin ruhu şaddır bu gün. Gözün
aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
söyləyən Prezident İlham Əliyev atasına yayiq olduğunu
«Qarabağ Azərbaycandır! sözləri
ilə doğrultdu
Ümummilli
Lider adını
siyasi bacarığı, zəkası ilə
doğruldan, Azərbaycan dövlətçiliynin siyasi,
iqtisadi əsaslarını yaradan, xalqının müstəqil
və güclü dövlətə sahib olmaq arzusunu
reallaşdıran, sağlığında canlı əfsanəyə
çevrilən ulu öndər Heydər Əliyev ağlı, uzaqgörən siyasəti ilə
dahilik zirvəsinə qalxmışdır.
1969-cu ildə Azərbaycana
rəhbərliyə başladığı dövrdə zəngin
idarəçilik təcrübəsi sayəsində Azərbaycanı keçmiş
İttifaqın inkişaf etmiş respublikası kimi tanıtsa da, xalqının
müstəqillik arzusunu heç vaxt unutmayan Ulu Öndərin ən
müqəddəs arzusu Azərbaycanı
müstəqilliyinə qovuşdurmaq idi. Siyasi fəaliyyəti
dövründə respublika iqtisadiyyatının bütün
sahələrində ciddi dönüş yaratsa da, ölkənin
inkişafını suverenliyin qazanılmasında
görürdü.
Siyasi fəaliyyətinin
bütün dövrlərində
başqa liderlərin öhdəsindən gələ bilmədiyi
sınaqlardan mətinliklə çıxan böyük şəxsiyyət Heydər Əliyev totalitar sistemin
dağılması, dövlət müstəqilliyinin bərpa
edilməsi, suveren, demokratik hakimiyyətin formalaşması
prosesinin fəal iştiakçısı olmaqla, zəngin
bilik və təcrübəsini Azərbaycanın qüdrətlənməsi,
xalqının firavan yaşaması naminə sərf etdi.
Amma tərəqqiyə aparan yol heç də asan, hamar
olmur.
1990-cı ildə
Kremlin əsarətindən qurtararaq Azərbaycana
dönən fərdi pensiyaçı Heydər Əliyev o dövrdə respublikaya rəhbərlik edən səriştəsiz
başçıların səbatsızlığı
üzündən doğma yurdu Naxçıvana gəldi. Az
müddətdən sonra Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatı, sonra isə Ali Məclisin Sədri seçilən
Heydər Əliyev siyasi fəaliyyətinin
bu dövründə bütünlükdə Azərbaycanın
müstəqilliyinin əbədiliyi naminə çox
mühüm xidmətləri ilə tariximizin yeni səhifəsini
yazdı. Ermənistanın ölkəmizə təcavüzü
nəticəsində insanlarda yaranan ictimai
inamsızlığın dərinləşdiyi, hakimiyyəti qeyri-qanuni yolla ələ keçirən
diletant qüvvələrin yaratdığı sosial-iqtisadi tənəzzülün
dərinləşdiyi bir zamanda
Naxçıvanda həyata
keçirdiyi islahatlarla
xalqımızın demokratik və hüquqi dövlətdə
yaşamaq istəyini də gerçəkləşdirdi.
1992-1993-cü
illərdə iqtidarda olan, törətdikləri
qanunsuzluqları, vəzifə uğrunda çəkişmələri «demokratiya bayrağı» altında
gizlədən, xalqı hərc-mərcliyə, xaosa, siyasi
qapşıdurmaya sürükləyən AXC-Müsavat hakimiyyətinin
səbatsız başçılarının uğursuz idarəetmə
metodu ölkəni parçalanmaya, vətəndaş
müharibəsinə aparırdı. Məhz o illərdə
Naxçıvan MR Ali Sovetinin sessiyasında təcrübəli dövlət
xadimi Heydər Əliyevin dövlət atributlarının-
üçrəngli bayrağımızın, gerbimizin,
Dövlət himnimizin bərpası ilə bağlı təşəbbüsü
Azərbaycanın müstəqilliyinin, əbədiliyinin təminatı
oldu. Sonrakı illərdə həyata
keçirdiyi islahatlarla suverenliyimizin möhkəmlənməsi
naminə tarixi xidmətlər göstərən ulu öndər
Heydər Əliyev ölkədə baş verən siyasi
qarşıdurmanın ağır nəticələrindən
də narahat idi. AXC-Müsavat
iqtidarının qeyri-peşəkar idarəçiliyi və
yaranan hakimiyyət böhranı nəticəsində
respublikada artan təhlükənin qarşısının
alınması labüd idi. O dövrdə Azərbaycanda
baş verən qarşıdurmaları, hərc-mərcliyi,
torpaqlarımızın zəbt olunmasını «Kəlbəcər
rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə
olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir» sözləri
ilə bildirən cənab İlham Əliyev 1992-ci ildə hakimiyyəti zorla, qeyri-qanuni yolla zəbt edən
AXC-Müsavat iqtidarının, rayonlarımızın
işğalında əli olan daxili səbatsızların hakimiyyət uğrunda
davasını o dövrdə çıxılmız vəziyyətdə
qalan xalqa xəyanət adlandırdı.
Ermənistanın
torpaqlarımızı işğal etdiyi o ağır günlərdə
dövlət çevrilişi edərək, özlərinin
etiraf etdikləri kimi, tanklar üstündə iqtidara gələn
AXC-Müsavat
cütlüyünün səriştəsizliyindən Şuşa və
Laçının ermənilər tərəfindən
işğalı ölkədə
vəziyyəti daha da gərginləşdirdi. İqtidarda
olduqları qısa müddətdə antidemokratik hərəkətləri
ilə respublikanı uçuruma aparan həmin güvvələrin
bacarıqsızlığı üzündən digər
torpaqlarımız da
işğala məruz qaldı. Ermənistan silahlıları tərəfindən doğma yurdlarından zorla qovulan, təhqirə
məruz qalan, öldürülən insanların taleyi ilə
maraqlanmayan AXC-Müsavat başçılarının şəxsi maraqlarından
qaynaqlanan daxili çəkişmələr üzündən ölkə
iqtisadiyyatı dağıldı,
ulu öndər Heydər Əliyevin min bir zəhmətlə
yaratdığı iri sənaye müəssisələrinin
qiymətli avadanlıqları
ucuz qiymətə xarici ölkələrə
satıldı, ölkədə ərzaq
qıtlığı
yarandı. «Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi
ancaq bir məqsədi güdürdülər ki, ciblərini
doldursunlar, öz yaxın adamlarını vəzifələrə
təyin etsinlər və öz hakimyyətlərinin
ömrünü uzatsınlar» sözləri ilə Azərbaycanı
uçuruma sürükləyən
o dövrdə yaranan qarşıdurmaya səbəb
olanların xəyanətlərini, yaranan vəziyyəti təhlil edən Prezident İlham
Əliyev idarəçilik təcrübəsi olmayanların
ölkəyə vurduqları siyasi, iqtisadi zərbəni xalqa xəyanət
adlandırdı.Vəzifə hərisliyi xəstəliyinə
tutulan, şəxsi
maraqlarının əsirinə çevrilən « rəhbərlərin»
qeyri-peşəkarlığı üzündən ölkədə
yaranan xaos, hərc-mərclik Ermənistana
işğalçılıq siyasətini daha da genişləndirmək
imkanı yaratmışdı. «Baxın, görün, Azərbaycanı
o vaxt kimlər idarə edirdi? Parlamentin sədri kiçik elmi
işçi idi, özü də uğursuz bir elmi
işçi. Dövlət katibi komsomoldan
çıxmış karyerist, özü də sonrakı mərhələdə
öz liderinə xəyanət
etmiş, onun kürsüsünə, kreslosuna göz
dikmiş, onun ölməyinə hamıdan çox sevinmiş
və ondan sonrakı həyatını, sadəcə olaraq,
xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan
hansı vətənpərvərlik
gözləmək olar» söyləyən Prezident
İlham Əliyevin vurğuladığı kimi, heç bir
xarici dil bilməyən fizika müəlliminin həmin
iqtidarda «xarici işlər
naziri» vəzifəsini tutması, riyaziyyat müəlliminin
müdafiə naziri, elmi kommunizm üzrə
yarımçıq mütəxəssis olan bir şəxsin hakimiyyəti idarə edən
baş nazir postunu tutması bu səbatsız
iqtidarın idarəçilik təcrübəsinin
yarıtmazlığını göstərirdi.
«Şuşa
əldən getsə başıma güllə
çaxacağam» söyləyən müdafiə naziri Rəhim
Qazıyevin satdığı Şuşanı bu gün yüksək ixtisaslı, hərb
elminin sirlərini, döyüş taktika və strategiyasını
dərindən mənimsəyən qüdrətli Azərbaycan
Ordusunun təcrübəli zabitləri, xalqına sadiq əsgərləri
azad etdi. Özü də dünyanın hərb tarixində
görünməmiş
qəhrəmanlıqla, üzbəüz
döyüşlə. O dövrdə
baş verən Gəncə hadisələrindən
çıxış yolunu belə tapa bilməyən, «idarəçilik
məharətləri» ilə xalqdan ayrı düşən,
insanların nifrətini qazanan, ölkəni vətəndaş
müharibəsinə sürükləyən AXC-Müsavat
iqtidarının respublikada
yaratdığı anti-demokratik şərait, diplomatiyada yol verilən səhvlər Azərbaycanı
dünya siyasətindən təcrid
etmişdi. İqtidarda təmsil olunan baş nazir səviyyəsində
onsuz da parçalanmaqda olan Azərbaycanın tərkib hissəsi,
qədim Naxçıvanın
muxtariyyat statusunun, Qars
müqaviləsinin ləğv olunması kimi xəyanətkar
təklifin səslənməsi,
sonrakı hakimiyyət rəsmiləri
tərəfindən Naxçıvanın «kor bağırsaq»
adlandırılması xəyanət, erməni dəyirmanına
su tökmək idi. AXC-Müsavat iqtidarı
dövründə dövlətçiliyimiz,
Azərbaycanın varlığı
üçün təhlükə olan xəyanətlər
biri-birindən təhlükəli idi. 1993-cü ilin iyun
ayında ölkədəki ciddi siyasi böhranın,
anarxiyanın hökm sürməsi, Ermənistanın
torpaqlarımızı işğal etməsi insanlarda ümidsizlik yaratmışdı.
Belə
bir məqamda adları Azərbaycanın tarixinə «91-lər»
kimi yazılan
ölkə ziyalıları yenə də üzərlərinə düşən vəzifələrini yerinə
yetirdilər. Ölkəni böhrandan, vətəndaş
müharibəsindən xilas etmək gücünə,
bacarığına qüdrətinə malik Ulu Öndərə
müraciət edərək ölkəni düşdüyu
ağır vəziyyətdən çıxarmaq gücünə
malik liderə ehtiyac duyulduğunu bildirdilər. Həmişə azad fikrə, vətəndaş
təşəbbüsünə, təklifinə hörmətlə
yanaşan böyük şəxsiyyət Heydər Əliyev
bu müraciəti dəyərləndirməklə, onu da
bildirdi ki, demokratiya, çoxpartiyalı sistem, xalqın birlik və
həmrəyliyi olmadan siyasi,
iqtisadi, sosial tərəqqi
mümkün deyil.
1993-cü
ildə ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə Gəncəni bombalayan, öz əsgərlərini
əsir götürən belə dönük, satqın ünsürlərin hakimiyyətinə
son qoyuldu, ölkədə sabitlik, inkişaf, tərəqqi
dövrü başladı. «Ona görə də siyasi hikkələrdən
uzaqlaşmaq lazımdır, bir-birinə hörmət
lazımdır, bir-birinə kömək etmək
lazımdır»
söyləyən
Ulu Öndərin bu sözləri bütün respublika vətəndaşlarını
milli həmrəyliyə, birliyə
çağırış oldu. Partiyanın Proqramında
göstərilən demokratik prinsiplərə sadiqlik, bazar
iqtisadiyyatı, iqtisadi inkişaf prinsiplərinin həyata
keçirilməsi, insanların sosial müdafəsinin yüksəldilməsi
ilə bağlı vəzifələrin yerinə yetirilməsi
sayəsində YAP-a rəğbət
artdı. 1994-1995-ci
illədə daxili və xarici bədxahların
planlaşdırdıqları dövlət çevrilişlərinə
cəhdlərin qarşısı ümummilli lider Heydər
Əliyevin xalqla birliyi nəticəsində alındı. Xilaskarlıq missiyasını yerinə
yetirən Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin əbədi
qarantı oldu.
Son 17 ildə bütün sahələrdə
Ulu Öndərin siyasətini uğurla davam etdirən, ölkəmizin
xarici siyasətinin əsasını təşkil edən Ermənistanın
Azərbaycana qarşı təcavüzünün aradan
qaldırılması ilə bağlı məqsədyönlü siyasət
aparan Prezident İlham Əliyevin səyi nəticəsində
ümummilli liderimiz Heydər Əliyevin arzusu gerçəkləşdi.
Sentyabrın 27-də başlanan Ermənistanın təxribatlarına
qarşı Azərbaycan Ordusunun apardığı uğurlu əks-əməliyyatlar
nəticəsində
azad olunan torpaqlarımız əsl sahiblərinə
qaytarıldı. Zəngilanda, Füzulidə, Cəbrayılda, Qubadlıda,
Ağdamda, Kəlbəcərdə, Laçında
Şuşada, Hadrutda, Xudafərin körpüsündə… dalğalanan üçrəngli
bayrağımız Prezident,
Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin liderlik
qətiyyətinin, Milli Ordumuzun rəşadətinin xalqla
iqtidarın birliyinin və həmrəyliyinin nəticəsidir.
Azərbaycan, Rusiya, Ermənistan tərəfindən
noyabrın 10-da imzalanmış
birgə Bəyanatda Naxçıvan Muxtar Respublikasına gedən,
Ermənistanın yaratdığı blokada üzündən
illərdən bəri istifadəsiz
qalan və barbarlar tərəfindən dağıdılan dəmir yolunun bərpası ilə
əlaqədar bəndin yer alması
Prezident İlham Əliyevin
göstərdiyi qətiyyətin nəticəsi, Ulu
Öndərin arzusunun gerçəkləşməsidir.
Prezident İlham Əliyevin «Nə oldu bəs?! Gəl tut o
işğal edilmiş torpaqları. Bəs,
verməyəcəkdin? Nə oldu verdin?
Nə oldu qaçdın? İndi
gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü
alçalda-alçalda öz xalqını
alçaldırsan. Öz ölkəni
sıfıra bərabər etmisən. Demişdi
ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən
soruşan, verəcəksən, ya verməyəcəksən?!
Gəldik götürdük, vəssalam. Götürəcəyik , nə qədər
lazımdır, istəsək artıqlaması ilə. Necə
ki, iyul ayında
götürə bilərdik» sözlərində müdrik insan
Heydər Əliyev məğrurluğu duyulur. Həmişə
nəyi, nə vaxt edəcəyini dəqiqliklə hesablayan Prezident İlham
Əliyev xalqa, güclü ordumuza arxalanaraq hamını heyrətləndirən
uğurlara nail oldu. Otuz il davam edən səmərəsiz, nəticəsiz
danışıqlarda müzakirə olunan məsələləri
44 gündə həll edən Azərbaycan Ordusu
işğalçıya tarixi dərs verməklə Ali Baş Komandan cənab
İlham Əliyevin atasına layiq oğul olduğunu təsdiqlədi.
«Mən bu gün, eyni
zamanda, ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə
dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim. Şuşanı azad etdik. Bu,
böyük Qələbədir! Şəhidlərimizin,
Ulu Öndərin ruhu şaddır bu gün. Gözün
aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
söyləyən Prezident İlham Əliyev atasına yayiq olduğunu «
Qarabağ Azərbaycandır! sözləri
ilə doğrultdu.
Xuraman İsmayılqızı
İki sahil.- 2020.- 11 dekabr.- S.18.