Qəhrəmanlıq babalardan qalma mirasdır
44 günlük Vətən müharibəsində
əldə edilmiş şanlı Qələbə Azərbaycan
Ordusunun gücünü, əsgər və zabitlərimizin vətənpərvərliyini,
xalqımızın məğrurluğunu, yenilməzliyini, igidlik və
qorxmazlığını bir daha düşmənə
sübut etdi . Qızıl payızın bu
günləri ərzində Milli Ordumuzun generalından tutmuş sıravi əsgərinə qədər
hamı bir nəfər kimi doğma Vətən uğrunda canından keçməyə köklənmişdi.
Qanlı-qadalı döyüşlər bizə babaların mərdlik və qəhrəmanlıq kimi keyfiyyətlərini qanında,
ruhunda yaşadan neçə-neçə igid Vətən oğullarını tanıtdı. Cəsarəti,
mərdliyi ilə Azərbaycanın ən yeni tarixini qanı
ilə yazan belə igidlər cərgəsində Masallının
Lürən kəndindən
könüllü əsgər
Elşən Babayevin də adı var.
Elşənin babası Babayev Babaş Niftalı oğlu İkinci Dünya müharibəsində faşizm
üzərində qələbənin
qazanılmasına böyük
töhfələr vermişdi.
Müharibədən sonra
Cəlilabad rayonunda Novoqolovka (indiki Uzuntəpə) kəndindəki
dəmir yolu stansiyasında işləyən Babaş kişiyə ürək nahiyəsindəki
qəlpə yarası
ömrünün axırına
kimi əziyyət verdi.
Elşən Babayevin həmkəndlisi, yeddi il əvvəl təmas xəttində erməni snayperindən açılan
atəş nəticəsində həlak olan Namiq Nəcəf
oğlu Həmidovun da babası Rəfiəli Həmidov
1939 – cu ildə cəbhəyə yollanmışdı.
1944 –cü ildə döyüşlərdə böyük
qvardiya serjantı kimi qəhrəmanlıq
göstərdiyinə görə “İkinci dərəcəli” “Şöhrət”
ordeni ilə təltif olunmuşdu. Nəvələr yaxşı bilridilər ki, müharibənin çətin
sınaqlarına mərdliklə
sinə gərən, od-alovdan çıxan fədakar babaları döyüş
meydanlarında həm
də doğma Azərbaycanı faşizmdən
qorudular. Onların qəhrəmanlıq salnaməsi
nəvələr üçün
əsl vətənpərvərlik dərsi oldu.
Lürən kəndinin ziylısı Bahaddin Həmidovun dediyinə görə, Namiq də, Elşən də kənd orta məktəbində təhsil almışdı. Əlaçı şagird olmasalar da qəlblərinə
tükənməz Vətən sevgisi hakim kəsilmişdi, üçrəngli bayrağımızın
müqəddəsliyi önündə
diz çökən,
dövlətimizin atributlarına
hörmət edən say seçmə, qoçaq oğullardan olublar. İdmana maraq göstərib, hərbi bilikləri mənimsəyiblər. Vətəni
qorumağı, Vətən
naminə mübariz olmağı öyrəniblər.
Damarlarında böyük
qəhrəmanlıq və
hünər göstərmiş
babalarının qanı
axan, mayası vətənpərvərlik hisslərindən yoğrulan Elşən Babayev Tovuz hadisələrindən
sonra Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətininin Masallı bölməsinə gedərək könüllü kimi qeydiyyatdan keçmişdi. 24 yaşına
yenicə qədəm
qoyan Elşən subaydır. Müvəqqəti hərbi
xidmətdə olarkən
cnayper kursu keçmişdi. Aprel döyüşlərində iştirak etmişdi. Əsgər Namiq Həmidovun və onlarla mülki adamın, hətta uşaqların düşmən snayperi ilə qətlə yetirilməsi onu daim narahat
edirdi və daxilində düşməndən intiqam almaq hissi yaradırdı. Ona görə də senyabrın 27-dən Qarabağı və ətraf rayonları işğalçılardan
azad edən Milli Ordumuzun şərəfli missiyasına
o da snayperçi kimi qatıldı. Murovdağ uğrunda döyüşlərdə düşmən
gülləsinə tuş
gələrək ağır
yaralanan Elşən sağaldıqdan sonra yenidən ön cəbhədə döyüşlərə atılmış, Daşaltı, Qırmızı
bazar və Şuşa uğrunda döyüşlərdə
sücaət göstərmişdir. Hərbi əməliyyatlar zamanı Elşənin sosial şəbəkələrdə
paylaşılan şəkillərindən
biri Azərbaycana məxsus qızıl yataqlarını
talayaraq məşhur
"Frank Muller" firmasının
təsisçilərindən biri və baş
direktoru, İsveçrədə
yaşayan erməni əsilli Vartan Sirmakesə məxsus "Artsakhbank"ın binası
önündə
çəkilmişdir. Şəkilin altından
yazılmışdı: “Artıq belə bir bank yoxdur, gorbagor oldu...”
Qeyd edək ki, Vartan Sirmakes keçmiş Ermənistan prezidenti Serj Sarqsyanın fərmanı
ilə Ermənistanın
Fransadakı baş konsulu təyin olunaraq “Vətən qarşısında
xidmətlərinə görə”
ordeni ilə təltif edilmişdi. O, Azərbaycanın Zəngilan
bölgəsindəki Veynəli
və Kəlbəcərdəki
Söyüdlü qızıl
yataqlarında qanunsuz layihələr
həyata keçirib.
Onun adı çəkilən yataqlardan
2009-2017-ci illər ərzindəki
qanunsuz istismarından 300 milyon manatdan çox gəlir əldə etdiyi vurğulanır. Beynəlxalq
miqyasda bu cinayət, maliyyə fırıldaqçılığı və qanunsuz biznes sayılır...
Bəli, 44
günlük Vətən müharibəsi
Elşən kimi igid oğulların Vətənə sədaqətini
sınağa çəkdi.
Azərbaycan xalqı gələcəyə
belə cəsur və qeyrətli övladları ilə gedir. Şuşa şəhəri uğrunda əməliyyatda
iştirak edən Elşən kimi döyüşçülərimizin misilsiz qəhrəmanlığını
vəsf etmək üçün söz belə gücsüzdür.
Hazırda ölümdən qorxmadan,
sağlamlığını itirmək bahasına olsa belə Vətən, torpaq, uğrunda mübarizə aparan könüllü əsgərimiz Elşən Babayevin ailəsi, doğulduğu kənd Qələbə
paradından sonra onun yolunu gözləyir.
Eşq olsun qüdrətli ordumuzun cəsur zabit və əsgərlərinə!
Qələbə paradın
mübarək, Azərbaycan!
Nurəddin Muğanlı
İki sahil.- 2020.- 11 dekabr.- S.30