Düşmənin belini qıran
qəhrəman neftçilər
Azərbaycan tarixinin şanlı səhifələrindən olan
44 günlük Vətən
müharibəsi nəticəsində
28 illik həsrətə
son qoyularaq işğal
altındakı torpaqlar
azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında
aparılan əks-hücum
əməliyyatlarında Azərbaycan
hərbçiləri böyük
şücaət göstərib.
“Qarabağ Azərbaycandır!”
şüarı ilə
on minlərlə Azərbaycan
igidi, oğul və qızları silaha sarılıb işğal altında, erməni tapdağı altında olan torpaqlarını azad etməyə getdi. Müharibəyə yollananlar arasında dövlət qurumlarında
çalışan minlərlə
vətənpərvər şəxs
də oldu.
"Report"
İnformasiya Agentliyi qəhrəmanlarımızı xalqa təqdim etmək məqsədi ilə dövlət qurumlarına müraciətlərini
ünvanlayıb. Bu istiqamətdə 500-ə yaxın
əməkdaşı Qarabağın
azadlığı uğrunda
döyüşən Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) qəhrəmanlarının
təqdimatını davam
etdiririk.
Atalarının layiqli davamçısı
olan oğullar
II Qarabağ Müharibəsində
qələbəyə imza
atan əsgərlərimizin
bir çoxunun atası I Qarabağ müharibəsi veteranıdır. Atalarının layiqli davamçısı
olan oğullarımız
Qarabağda zəfər
çaldılar. 23 yaşlı
qəhrəmanımız Əmir
Cəfərov kimi...
Ə.Cəfərov SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma
İdarəsinin Qobustan
Regional Təlim Mərkəzində
qazmaçı peşəsinin
sirlərini öyrənib. Təcrübədə olmasına baxmayaraq, Qarabağ savaşı başlayan kimi könüllü Vətənin
müdafiəsinə yollanıb.
Daşaltı, Laçın,
Şuşa, Qırmızı Bazarda düşmənin qərargahı
və canlı qüvvəsinin məhv edilməsi, eləcə də bir sıra
yüksəkliklərin işğalçılardan
azad olunması əməliyyatlarında Xüsusi
Təyinatlı Qüvvələrin
tərkibində döyüşüb.
Əmir
Cəfərov
Əmir
Cəfərov
Təbii ki, qələbə sevincini bizə yaşadan, tarix yazan qəhrəmanlarımız
əbədi olaraq qəlblərimizdə yaşayacaq. I Qarabağ müharibəsi
veteranı Elşən
Abuşov II Qarabağ
savaşına da könüllü
yollanıb. Bu dəfə böyük oğlu Şahmarla düşmənə qarşı
eyni cəbhədə
- Füzuli-Xocavənd istiqamətində
gedən döyüşlərdə
çiyin-çiyinə vuruşublar.
Ehtiyatda olan zabit, baş
leytenant Elşən Abuşov döyüşlərin
birində top mərmisinin
partlaması nəticəsində
yaralanıb. Müalicədən sonra hospitaldan
yenidən ön cəbhəyə qayıdıb.
SOCAR-ın Kompleks Qazma İşləri Trestinin motorçusu Elşən Abuşov bölük komandirinin müavinidir. O, hazırda
da Ağdərədə Vətənin
keşiyindədir.
Elşən Abuşov
Elşən Abuşov
Yazdığı “Maştağa 1 N-li internat”
sözləri ilə məşhurlaşan əsgər
SOCAR-da çalışan və müharibədə
fəxrlə iştirak
edən döyüşçülərdən
biri də Heydər Əliyev Fondunun təşəbbüsü
ilə uşaq evlərindən SOCAR-da təhsilə
və işə cəlb edilmiş, mənzillə təmin olunmuş Rüfət Rüstəmovdur.
10 ildən çoxdur ki, Heydər Əliyev adına
neft emalı zavodunda 55-ci qurğuda
operator işləyən vətənpərvər
döyüşçü Qarabağın işğaldan
azad edilməsi üğrunda döyüşlərdə
iştirak etmiş könüllü əsgərdir.
II Qarabağ müharibəsi
başlayan ilk gündən
əks-hücum əməliyyatlarında
peşəkar topçu
Rüfət ağır
döyüşlərdə düşmənin qənimi
olub. Ağdam, Füzuli, Hadrut, Şuşa uğrunda
döyüşlərdə qəhrəmanlıq göstərən
qardaşımız cəbhə
yoldaşları ilə
Kəlbəcərə qədər
gedib. O, bu gün də silahı yerə qoymayıb və Kələbəcərdə vətənin
keşiyindədir.
Elçin Əhmədov
Elçin Əhmədov
II Qarabağ müharibəsi
başlayan gündən
ön cəbhədə
olan əsgərlər
sırasında 2008-ci ildən
SOCAR-ın Neft-qaz tikinti
Trestində çilingər
işləyın Elçin
Əhmədov da var.
Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov “Anasız böyümüşəm. Anam Vətənimdir
və canımı qurban verməyə hazıram”, - deyir. O,
Hadrut və Şuşanın işğaldan
azad edilməsi əməliyyatlarında qəhrəmanlıq
göstərib.
Uşaq evində böyüyən
Elçin ön cəbhədə tikililərdən
birinin divarına yazdığı “Maştağa
1 N-li internat” sözləri
ilə məşhurlaşan
əsgərimizdir.
İşğalçı ordunu böyük itkiyə məruz qoyan neftçilər
SOCAR-ın
Ekologiya İdarəsinin
Monitorinq Departamentinin böyük mühəndisi,
SOCAR-ın Daxili Təqaüd
Proqramının 4 dəfə
qalibi olmuş Maarif Sadıqov işğaldan azad edilməsində xüsusi
əməliyyat taborunun
leytenantı kimi tarixə adını yazan qəhrəmanlardandır.
30 yaşlı neftçi
Hadrut və Şuşa istiqamətində
gedən xüsusi döyüş əməliyyatlarında
iştirak edərək
işğalçı ordunu
böyük sayda itkiyə məruz qoyan zabitlərimizdəndir.
Maarif yaralı cəbhə yoldaşlarının döyüş
bölgəsindən çıxarılmasında
da əsas qüvvə
olub.
Salman Kərimli
Salman Kərimli
Qarabağda 44 gün qələbə savaşında müzəffər
Azərbaycan Ordusu hərbi texnika ilə yanaşı, müasir rəqəmsal texnologiya ilə də təchiz edilib. SOCAR-ın İnsan Resursları
Departamentinin Testləşdirmənin
təşkili şöbəsinin
rəisi, Milli Ordunun ehtiyatda olan baş leytenantı
Salman Kərimli II Qarabağ
savaşının ilk günlərindən
ön cəbhədə
radio-rabitə tağım
komandiri kimi xidmətdədir. S.Kərimli cəbhə
xəttində rabitə
əlaqəsinin peşəkar
səviyyədə təşkil
edilməsində əməyi
keçən neftçilərdəndir.
Torpaqlarımızın işğaldan azad
olunması əməliyyatlarında
radio-rabitə əlaqəsinin
mükəmməl səviyyədə
qurulması qələbənin
əldə edilməsinə
bizi daha da yaxın edib.
Qayaya
“SOCAR Şuşada” sözlərini
həkk edən igid
Nicat Hüseynov
Nicat Hüseynov
İkinci Qarabağ müharibəsi
başlayan gündən
rəşadətli Ordumuzun
sıralarında azğın
düşmənə qarşı
əks-hücum əməliyyatlarında
iştirak edən minlərlə igid əsgərimizdən biri də Nicat Hüseynovdur. SOCAR-ın Təhlükəsizlik İdarəsində
çalışan Nicat
işğal tariximizlə
həmyaşıddır. 28 yaşlı Nicat Füzuli, Xocavənd, Hadrut və Şuşa istiqamətində
döyüşlərdə qəhrəmanlıq göstərib.
Yaralanıb, sağalan kimi
yenidən cəbhə
yoldaşlarının sıraslarına
qatılıb.
O, Qarabağın mədəniyyət
beşiyi Şuşanın
işğaldan azad olunduğu gün qaya parçasına “SOCAR
Şuşada” sözlərini
həkk etməklə
qələbə sevincini
bütün neftçilərlə
bölüşüb.
Qarabağda döyüşən “Azəriqaz” əməkdaşları
SOCAR-da çalışan rəşadətli igidlər
olduqca çoxdur. Hamısı barəsində yazmaq da mümkün deyil. Ancaq onlar Azərbaycanın şanlı qələbə
tarixini yazan oğullardılar. Buna görə də bir çoxlarının adlarını qeyd etmək yerinə düşər.
Qürurla adları çəkiləcək
igidlərin arasında
SOCAR-ın “Azəriqaz” İstehsalat
Birliyinin Tərtər
Regional qaz istismarı
İdarəsinin Bərdə
xidmət sahəsində
anbardar vəzifəsində
çalışan Ədalət
Süleymanov, “Azəriqaz”ın
əməkdaşı, Ordumuzun
igid döyüşçüsü
İltizar Quliyev, “Azəriqaz”ın Tərtər
Regional qaz istismarı
İdarəsinin Ağcabədi
xidmət sahəsində
çalışan Elşən
Quliyev, Şuşa uğrunda döyüşlərdə
iştirak edən Afik Tağıyevin də adlarını çəkmək olar. Afik “Azəriqaz”ın Şəmkir Regional qaz istismarı İdarəsində
böyük mühəndis
vəzifəsində çalışır.
Belə oğullar arasında Mənsur İsalı da
var. Mənsur Qubadlı
uğrunda gedən döyüşlərdə iştirak
edib. O, “Azəriqaz”da qaz
kəmərlərinin sökülməsi
sahəsində çalışır.
Bu gün bir çox SOCAR əməkdaşı
işğaldan azad edilmiş torpaqlarımızda
hələ də tarix yazmaqda davam edir. Müharibənin bitməsinə baxmayaraq, onlar hələ də Vətənin keşiyindədirlər. Vətənimiz
Azərbaycanın onlar
kimi oğulları ilə qüdrətlidir! Azərbaycan bu cür oğulları
ilə qürur duyur və onların
haqqı heç zaman qaytarılmayacaq.
Qarabağ Azərbaycandır!
Ağşin Rafiqoğlu
İki sahil.- 2020.- 5 dekabr.- S.19.