Tarixdə qalan, tarixə dönən gün
Polis Günü münasibətilə təntənəli
mərasim keçirilib
Azərbaycan Polisi Günü - iyulun 2-də Daxili İşlər Nazirliyinin
(DİN) Polis Akademiyasında
2019-2020-ci tədris ilinin
buraxılışına həsr
olunmuş təntənəli
mərasim keçirilib.
DİN-in mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.
Tədbir iştirakçıları xalqımızın ümummilli
lideri Heydər Əliyevin, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü
uğrunda şəhidlik
zirvəsinə ucalmış,
xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan
Respublikasının dövlət
himni səsləndirilib.
Təntənəli mərasimdə çıxış
edən nazir Vilayət Eyvazov Akademiyanın müəllim
və müdavim heyətini əlamətdar
gün münasibətilə
təbrik edərək,
məzun gününün
yaddaşlarda dərin
iz qoyan unudulmaz hadisə, eyni zamanda, yeni
həyatın başlanğıcı
olduğunu, məzunları qarşıda
daha məsul və şərəfli bir fəaliyyətin gözlədiyini diqqətə
çatdırıb. Qeyd olunub
ki, Azərbaycanın dövlət müstəqilliyinin
bərpasından sonra
ali təhsilli polis kadrlarına tələbat bütün
ciddiliyi ilə gündəmə gəldiyindən
Bakı Xüsusi Orta Milis Məktəbinin
bazasında Polis Akademiyası yaradılıb
və ona birinci dərəcəli ali təhsil
müəssisəsi statusu
verilib. Akademiyanın sonrakı inkişafı Ulu Öndərin və Prezidentimiz İlham Əliyevin adı ilə bağlı olmaqla ötən illər ərzində onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə
güclənib, müasir
infrastrukturu formalaşıb.
Daxili işlər orqanlarında
peşəkarlığın artması ilə bağlı Azərbaycan Prezidentinin polisin 100 illik yubileyi münasibətilə təbrikində
qeyd olunan fikirləri xatırladan general-polkovnik Vilayət Eyvazov Akademiyada müasir düşüncəsi,
vətənpərvərliyi və digər mənəvi keyfiyyətləri
ilə seçilən,
yeni çağırışlara
adekvat cavab verən, qarşıdakı
hədəflərə çatmaq
üçün müasir
dünyagörüşünə malik Azərbaycan Polisinin yeni nəslinin yetişdiyini professor-müəllim heyətinin
uğuru adlandırıb.
Nazir hazırkı internet
əsrində, rəqəmsal
dünyada yüksək
bilik və bacarıq olmadan keçinməyin mümkünsüzlüyünü,
bunun üçün
Akademiyada kursantların
intellektual səviyyəsinin
yüksəldilməsindən ötrü hər cür şəraitin yaradıldığını, gələcəyin
polislərinin xüsusi
nəzəri bilik,
fiziki və psixoloji hazırlığında
pedaqoji kollektivin maksimum səy göstərdiyini, kursantlarda
yüksək peşəkarlıq
formalaşdırmaqla bərabər,
indiki dövrdə çox vacib olan milli ruh,
vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər
aşılamaq üçün
səylərini artırdıqlarına
da diqqət çəkib.
General-polkovnik Vilayət Eyvazov
pandemiya dövrünün
çətinliklərinə baxmayaraq, martın 14-dən
etibarən tətbiq olunan sosial izolyasiya
tədbirlərinin icrası
sahəsində daxili işlər orqanları əməkdaşlarının aidiyyəti
vəzifələri uğurla
yerinə yetirməsinin,
gücləndirilmiş iş
rejimində çalışmasına
baxmayaraq hər bir polis əməkdaşının
qanun çərçivəsində
hərəkət edərək
insanların köməyinə
çatmasının, onların
həyati problemlərinin
həllinə yardımçı
olmasının, müraciətlərə
həssaslıqla yanaşmasının,
habelə, qanunu pozanlara qarşı mübarizədə dönməzliyinin
ictimaiyyət tərəfindən
həssaslıqla və
minnətdarlıq hissi
ilə qarşılandığını
xüsusi vurğulayıb.
Daxili İşlər naziri
Vilayət Eyvazov təntənəli mərasim
iştirakçıları adından əminliklə bildirib ki, polis
sıralarına qoşulan
gənc zabitlər də xalqımızın
asayişinin, təhlükəsiz
həyatının etibarlı
qorunması işinə
layiqli töhfələr
verəñək, qanunla müəyyən edilmiş vəzifələri
və qarşıya qoyulmuş tapşırıqları
tam yerinə yetirəñəklər.
Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev bu ali polis təhsil
ocağında təlim-tədris
prosesinin təkmilləşdirilməsi
və maddi-texniki bazanın daha da möhkəmləndirilməsi
istiqamətində görülən
işlər barədə
məruzə ilə çıxış edib.
O, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi,
bu işə ixtisaslı mütəxəssislərin
cəlb olunması, informasiya texnologiyaları ilə peşəkarcasına
işləməyi bacaran
yeni nəsil polis əməkdaşlarının
yetişdirilməsi, bütövlükdə
müasir dövrün
çağırış və təhdidlərinə cavab verən ixtisaslı
kadr hazırlığının
həyata keçirilməsi
barədə qarşıya
qoyulan tələblərin,
əmr və göstərişlərin tam
və yüksək səviyyədə yerinə
yetirilməsi üçün
bundan sonra da əzmlə çalışacaqlarına, bilik
və bacarığımızı
əsirgəməyəcəklərinə Daxili İşlər
nazirini əmin edib.
Tədbirin sonunda
Daxili İşlər
naziri Polis Akademiyasını fərqlənmə
ilə bitirmiş məzunlara - Ata Vəliyevə, Məhəmməd
Rzayevə, Nurlan Yusifova diplomları və "polis baş leytenantı” xüsusi rütbələrinin
paqonlarını təqdim
edib.
Polis leytenantı
Nurlan Mirzəyev yaş kötüyünə
rəmzi xatirə lövhəsini vurub.
Daha sonra
döyüş bayrağı
dördüncü kurs
müdavimlərinə təhvil
verilib. Müdavimlər
"Azərbaycan Polisi”
marşını ifa ediblər.
Sonda şəxsi
heyət mətin addımlarla tribunanın qarşısından keçib.
İki sahil.- 2020.- 3
iyul.- S.9.