Dövrün tələbi: Sağlam gələcək üçün sağlam mübarizə

 

 

Xəbər verildiyi kimi, iyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında  Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena karantin rejimləri dövrü üçün nəzərdə tutulan cərimələr artırılıb. Belə ki, bundan sonra karantin hallarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

Koronavirus pandemiyası yayılan ilk vaxtlardan etibarən Azərbaycan dövləti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə yoluxma halı minimum həddə idi. Lakin təəssüflər olsun ki, mərhələli şəkildə həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstələyin yayılma sürətinin artmasına səbəb oldu.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən statistik məlumatlara nəzər salsaq görərik ki, gündəlik yoluxma sayı kifayət qədər yüksəkdir. Bu isə onu deməyə əsas verir ki, insanlar hələ karantin qaydalarına lazımi səviyyədə əməl etmirlər.

 

Bir neçə aydır davam edən COVID-19 pandemiyasının qarşısının alınmasında bütün dünya mübarizə aparır. Odur ki, təhlükəli epidemiyanın miqyasının genişlənməməsi üçün ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına bir nəfər kimi əməl etmək vacibdir. Koronavirusla mübarizədə ən zəruri tələb,  önəmli qayda məhz tibb maskalardan istifadə olunmasıdır. Tibbi maskaları xüsusilə , qapalı məkanda, ictimai nəqliyyatda, mağazalarda taxmaq lazımdır. Tibbi maskadan istifadədə əsas məqsədin özünü, sağlamlığı qorumaq olduğunu nəzəra alsaq  qeyd etməliyik ki, maskanı taxmaqla yanaşı, ondan  düzgün istifadə qaydası da labüddür.

 

Tibbi maskalardan istifadə qaydalarını hər kəs bilirmi? Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi maskalardan düzgün istifadə qaydalarını açıqlayıb.

 

Maska taxmazdan öncə əllərinizi spirt əsaslı məhlulla təmizləyin ya sabun su ilə yuyun.

 

 Ağız burnunuzu maska ilə bağlayın, üzünüzlə maska arasında boşluq olmadığından əmin olun.

 

 Maskanız nəm olarsa, onu yenisi ilə əvəzləyin, birdəfəlik maskaları yenidən istifadə etməyin.

 

 

 

Maskanı necə çıxarmalıyıq? İplərindən tutaraq çıxarın (maskanın ön hissəsinə toxunmayın) dərhal qapalı zibil qutusuna atın; əllərinizi spirt əsaslı məhlulla təmizləyin ya sabun su ilə yuyun.

 

Maskalar sırf bir şəxs üçün nəzərdə tutulub.  Eyni maskadan müxtəlif şəxslər istifadə etməməlidir. Bundan başqa, tibbi maskaların yuyulub yenidən taxılması da yolverilməzdir. Tibbi maskanın keyfiyyətində olmayan, adi parçadan hazırlanmış maskalardan da istifadə isə qətiyyən  tövsiyə olunmur. Çünki bu cür sadə maskalar virusdan qoruma imkanı malik deyil.

 

Tibbi maskalar birdəfəlik istifadə üçün nəzərdə tutulduğundan mütləq dəyişdirilməlidir. Eyni maskanın saatlarla, günlərlə hətta aylar istifadəsi yanlışdır. İnsanların əksəriyyətinin  bu cür səhv hərəkəti dəfələrlə etməsi,  bunu kimlərəsətövsiyə etməsi ya   bu haqda qəhrəmanlıqmış kimi sosial şəbəkələrdə status paylaşımları etmək, insanlara belə bir kritik dönəmdə dezinformasiyalarla, riskli məlumatlarla  çaşdırmaq olmaz.

 

Bu faktları sadalamağımızın heç əbəs yerə deyil. Çünki  mən tibb maska taxıramdeyərək maskanı burundan ağızdan aşağıda saxlayaraq dolaşırlar. Nəzərə alsaq ki, koronavirusun yayım yollarından biri sırf hava-damcıdır,  o zaman maskanı düzgün formada taxmamaq, görüntü naminə, nəyəsə görə, hər nədisə çəkinərək, ehtiyat edərək taxmağa lüzum yoxdur. Tibbi maskadan düzgün istifadə edilmədikdə sizi qoruyacağını düşünmək isə sadəcə absurddur.

 

 Aylardır ki, mütəxəssislər, ekspertlər tərəfindən səslənən çağırışlara, edilən tövsiyələrə məhəl qoymadan məsuliyyətsizlik laqeydlik sərgiləyərək tibbi maskadan istifadə etməyən vətəndaşlara görə yoluxma sayı artdı. Karantin rejimi sərtləşdirildi, lazımi yerlərdə maskadan istifadə edilməməsinə görə cərimələr artırıldı. Bəzilərinin məsuliyyətsizliyi toplumu, kütləni  uçuruma aparırBirini səhvinə görə təkcə özü deyil, digər insanlar da  yarana biləcək fəsadlardan az ya çox dərəcədə əziyyət çəkmiş olur.

 

Baş infeksionist Cəlal İsayev sözügedən problemlə bağlı dəfələrlə vətəndaşlara çağırışlar edir ki, Operativ Qərargahın tövsiyələrinə ciddi yanaşın,  tibbi maskadan istifadə edin sosial məsafəni qoruyun. Maska taxmayanlar özlərindən çox ətrafdakılar üçün təhlükə mənbəyi rolunu oynayır, onların yoluxmasına səbəb olurlar: “Gərək maska taxmayanlara digər vətəndaşlar qınaqla yanaşsın, onlara iradlarını bildirsinlər. Hava-damcı infeksiyasından qorunmağın əsas yolu maskadan istifadə sosial təcriddir.  Gəlin birlikdə görülən tədbirlərin səmərə verməsinə nail olaq. Hər gün bir neçə ölüm hadisəsi qeydə alınır. Hazırda reanimasiyada kritik vəziyyətdə olan xəstələrin sayı az deyil. Hətta elə bir vaxt gələr ki, süni tənəffüs aparatı çatmaya bilər. Ona görə həm məsuliyyətli olaq, həm ətrafımızdakıları məsələyə məsuliyyət hissi ilə yanaşmağa dəvət edək.”

 

Məlumdur ki, mayın 29-dan Azərbaycanda karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə( fərdi maska, parça maska, respirator sair)  ilə bağlı tələblərin pozulmasına görə cərimələr tətbiq olunur. Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət xidmət obyektlərində, vətəndaş qəbulu vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə,  bilet kassalarının, bankomatların (ATM) ödəniş terminallarının, ticarət, xidmət obyektlərinin qarşısında növbələr, tarix mədəniyyət abidələri hesab edilən qapalı məkanlar, ibadət yerləri həmçinin insanların toplaşdığı yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə, sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır.

 

 Karantin rejiminin tətbiq olunduğu dönəmdə mütəmadi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sakinlərin karantin qaydalarına  əməl etməsi yoxlanılır. Sakinlərin ictimai yerlərdə tibbi maskalardan istifadə etmələrinə ciddi nəzarət olunur. Belə ki, sərnişinlərin dayanacaqlarda, avtobuslarda, bankomatlar önündə, ticarət mərkəzlərində, qapalı məkanlarda maska taxması yoxlanılır. Reydlər zamanı karantin qaydalarını pozaraq maska taxmayan şəxslərə cərimə edilir, onlara protokollar yazılır. Bundan başqa polislər  həmin şəxslərə koronavirusla mübarizədə  sağlamlığın qorunması üçün tibbi maskadan istifadənin zəruriliyi haqqında maarifləndirici çağırışlar edirlər.

 

Əgər  tezliklə  karantinin bitməsini, qadağaların aradan qaldırılmasını istəyiriksə o zaman mövcud qanunvericiliyə, tövsiyələrə, çağırışlara çevik adekvat reaksiya verməyi bacarmalıyıq.  Məsuliyyətsizlik, səhləkarlıq, laqeydlik sərgilənən bir mühitdə uğurlu nəticə almaq mümkünsüzdür.

 

Koronavirus var aramızda dolaşır. vaxt bitəcəyi isə hər kəsə, bütün bəşəriyyətə müəmmadır. Bizim üzərimizə düşən əsas öhdəlik isə sadəcə sağlam gələcək üçün, sağlam yaşam üçün sağlam mübarizə aparmaqdır.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2020.- 3 iyul.- S.14.