Aqrar sektorun inkişafı prioritetdir
Dünyanı
ağuşuna alan COVİD-19 virusuna qarşı mübarizədə
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki milli həmrəylik və birlik
nümayişi, dövlət başçısının “Biz
birlikdə güclüyük”
çağırışı, bu çətin sınaq
günlərində atılan bütün addımlar öz
parlaq nəticələrini göstərməkdədir. Məhz dövlətimizin
başçısının uzaqgörən siyasətinin, düzgün strategiyasının, hadisələri
diqqətlə izləməyinin
və nəzarətdə
saxlamağının nəticəsidir
ki, Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) siyahısında Azərbaycan
ölüm hallarının
sayına görə
son pillələrdədir.
Bu gün ölkəmizdə
pandemiyaya qarşı
effektiv mübarizə
aparmaqla onun yayılmasının qarşısını
almaq, koronavirusun doğurduğu mövcud iqtisadi problemləri dəf etmək, postpandemiya dövründə
yaranacaq iqtisadi çətinlikləri aradan
qaldırmaq və iqtisadi artımı təmin etmək məqsədilə genişmiqyaslı
tədbirlər həyata
keçirilir. Bütün bunlar
Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı
nitqində bir daha vurğulandı. Ölkəmizin başçısı
videokonfransda bir daha bildirdi ki,
karantin rejimi kənd təsərrüfatı
işlərinə mane
olmamalıdır, bütün
şərait yaradılmalıdır
ki, kənd təsərrüfatı
sahəsində karantin
rejimi bu sahədə görülən
işlərə çətinlik
yaratmasın, insanların
gediş-gəlişi təmin
edilsin. Nazirlər Kabinetinin Operativ Qərargahı kənd təsərrüfatı işlərinin
canlandırılması üçün
təxirəsalınmaz tədbirlər
görməlidir.
Hazırda ölkəmizin
qeyri-neft sektorunda xüsusi çəkisi olan kənd təsərrüfatının inkişafı
istiqamətində davamlı
tədbirlər həyata
keçirilir. Bu sahədə fəaliyyət
bu gün xüsusi karantin rejiminin tələblərinə
uyğun qurulur. Bununla yanaşı, tətbiq edilən karantin rejiminin kənd təsərrüfatına
təsirinin minimuma endirilməsi üçün
ölkə başçısının
tapşırıqlarına uyğun olaraq zəruri tədbirlər görülür. Hazırkı
dövr kənd təsərrüfatı sahəsində
aqrotexniki tədbirlərin ən intensiv dövrünə təsadüf edir.
Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə
ölkəyə lazımi
miqdarda mineral gübrə idxal olunub. Bundan başqa, taxılbiçini
davam etdirilir. Hazırda zəmilərdə
yüzlərlə taxılbiçən
kombayn işləyir. Həmçinin dövlət
dəstəyi ilə özəl sektor tərəfindən lazımi
texnikalar alınmaqdadir.
Ümumilikdə, ölkədə
taxıl biçini zamanı tələbatı
tam ödəyə biləcək sayda kombayn mövcuddur. Bu ilin yanvarından
fermerlərə subsidiyalar
yeni mexanizmə uyğun verilməyə başlanıb. Subsidiyaların
ödənilməsi yalnız
elektron kənd təsərrüfatı sistemi
üzərindən həyata
keçirilir.
Ekspertlər qeyd edirlər ki, cari ildə
koronavirus pandemiyasının
təsiri ilə iqtisadiyyatın bəzi sahələrində zəifləmə
olacağı gözlənilsə
də kənd təsərrüfatı sahəsində
azalma olmayacaq. Bu ilin birinci
rübündə ümumi
kənd təsərrüfatı
məhsullarının istehsalı
əvvəlki illə
müqayisədə 3,7 faiz
artıb. Xüsusən
də bu ilin ilk 3 ayında
kənd təsərrüfatı
məhsullarının ixracı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
7 faiz artıb. O cümlədən tərəvəz
ixracı 55 faiz, pambıq mahlıcı ixracı 14,5 faiz artıb. Tədbirlər Planı çərçivəsində
görüləcək işlərdə
kənd təsərrüfatı
məhsullarının istehsalının
və ixracının
artmasına, ölkənin
ərzaq təhlükəsiliyinin
güclənməsinə xidmət
edəcək.
Təqdirəlayiq haldır ki,
postpandemiya dövründə
kənd təsərrüfatı
sahəsində çalışan
fermer və kənd əhalisinə müəyyən qədər
dəstəyin verilməsi
məqsədilə Kənd
Təsərrüfatı Nazirliyi
tərəfindən layihə
hazırlanır. koronavirus
böhranının kənd təsərrüfatına
mənfi təsirinin minimallaşdırılması üçün tədbirlər
görülür. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarına
əsasən, kənd
təsərrüfatı və
yardımçı sahələrdə
fəaliyyət göstərən
şəxslərin hərəkəti
ilə bağlı məsələləri tənzimləmək
üçün “Kənd
təsərrüfatı və
yardımçı sahələrdə fəaliyyət
göstərən şəxslərin
hərəkəti ilə
bağlı Təlimat”
təsdiqlənib. Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd
təsərrüfatı məhsullarının
istehsalı, emalı ilə məşğul olan şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir. Yəni, kənd təsərrütında məhsul
istehsalının davamlılığını
təmin etmək üçün iş görülür.
Göründüyü kimi, koronavirusun
Azərbaycanda geniş
yayılmasının qarşısını
alınması üçün
görülən bütün
tədbirlərin, eləcə
də postpandemiya dövründə yaranacaq
iqtisadi çətinlikləri
aradan qaldırmaq, iqtisadi artımı, əhalinin rifanını və ərzaq təhlükəsizliyini təmin
etmək məqsədilə həyata
keçirilən genişmiqyaslı
təsirli tədbirlər
nəticəsində ölkəmiz
qlobal pandemiya sınağından layiqincə
çıxacaq,
yeni tarixi şəraitdə yeni nailiyyətlər əldə
edəcəkdir.
Zahid Rza
İki sahil.- 2020.- 3 iyul.- S.17