Azərbaycan pandemiya ilə qlobal mübarizədə həmrəyliyin
və əməkdaşlığın
gücləndirilməsinə əhəmiyyətli töhfələr
verir
Azərbaycan
dövlətinin koronavirus pandemiyasına qarşı mübarizədə
atdığı mühüm addımlar sırasında modul
tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət
daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına
əsasən 2000 çarpayılıq
10 modul tipli xəstəxana kompleksindən
artıq bir neçəsi istifadəyə
verilib. Belə modul tipli xəstəxanalar
koronavirusa yoluxanların
lazımi tibbi xidmətlərlə əhatə
olunması üçün
vahid idarəetmə və əlaqələndirmənin
təmin edilməsində
önəmli rol oynayır.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat vurğulayıb ki,
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda 800 çarpayılıq
10 korpusdan ibarət modul tipli hospitalın
açılışında iştirak etməsi dövlətimizin vətəndaşların
sağlamlıq və
təhlükəsizliyinin qorunmasına
olan qayğısının daha bir nümunəsidir.
Açılış mərasimindən sonra dövlət başçısı
3 yerli telekanala verdiyi əhatəli və məzmunlu müsahibədə nəinki
ölkə daxilində,
eləcə də müasir dünyamızda baş verən prosesləri geniş təhlil etdi.
A.Vəliyev diqqətə
çatdırıb ki,
son illərdə respublikamızda səhiyyə
sahəsində xeyli iş görülüb, infrastruktur yenidən qurulub. Belə ki, ölkədə 36 müasir xəstəxana inşa edilib. Qısa müddət ərzində 5000-dən çox
xəstəni yerləşdirməyə
imkan verəcək modul tipli xəstəxanaların
sayı 15-ə, laboratoriyaların
sayı isə 44-ə
çatdırılacaq. Bu
günədək ölkəmizdə
500 mindən çox test aparılıb ki, adambaşına düşən testlərin
sayına görə Azərbaycan dünyada təxminən 40- cı yerdə qərarlaşıb.
Deputat deyib:
“COVID-19 infeksiyasının yayılmasının qarşısının
alınması və onun fəsadlarının aradan qaldırılması
istiqamətlərində zəruri
preventiv tədbirlərin
görülməsi bütövlükdə
vəziyyəti nəzarət
altında saxlamağa
imkan verib. Azərbaycan nəinki milli səviyyədə pandemiya
ilə mübarizədə
səmərəli tədbirlər
həyata keçirir,
eyni zamanda, regional və qlobal miqyasda həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli
töhfələr verir.
Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon
dollar məbləğində
könüllü ianənin
ayrılması və
30-dan artıq dövlətə
humanitar yardımın
göstərilməsi məhz
bu qlobal həmrəyliyin nümunəsi
kimi dəyərləndirilməlidir”.
Milli Məclisin deputatı
xüsusi vurğulayıb
ki, Prezident İlham Əliyevin digər təşəbbüsləri
ilə yanaşı, qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə
BMT Baş Assambleyasının
videokonfrans formatında
xüsusi sessiyasının
keçirilməsi təklifinin
130-dan çox dövlət
tərəfindən
dəstəklənməsi beynəlxalq
ictimaiyyət tərəfindən
ölkəmizə, eləcə
də dövlətimizin
başçısına olan
böyük etimadın
və hörmətin növbəti göstəricisidir.
Hazırda bütün
dünya COVID-19-a qarşı
mübarizədə qlobal
həmrəyliyin vacibliyini
vurğuladığı halda
Ermənistanın bu təşəbbüsə qarşı
çıxış etməsi
özünütəcridin və
təcavüzkar mahiyyətinin
nümunəsidir. Təbiidir
ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən, xalqımıza
və ölkəmizə
nifrətin təzahürü
olan ksenofobiya və Azərbaycanafobiyadır.
Ağalar Vəliyev
bildirib ki, hər zaman çıxışlarında tarixi
faktlara əsaslanan dövlət başçısı
bir daha Ermənistanın və erməni lobbisinin iç üzünü, işğalçı dövlətin
antidemokratik və irticaçı mahiyyətini
tutarlı arqumentlərlə
ifşa etdi. Dünya birliyinə və beynəlxalq qurumlara səslənən
Prezident İlham Əliyev haqlı olaraq Ermənistanın antiinsani və antibəşəri addımlarına
layiqli cavab verilməsinin zəruriliyini
bəyan edib.
İki sahil.- 2020.- 9 iyul.- S.7.