Akademik Həbibulla
Şahtaxtinskinin 120 illiyinə
həsr olunmuş onlayn elmi konfrans
keçirilib
AMEA
Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar
İnstitutunda görkəmli kimyaçı alim, Əməkdar
elm xadimi, akademik Həbibulla Şahtaxtinskinin anadan
olmasının 120 illiyinə həsr olunmuş onlayn elmi
konfrans keçirilib.
Bölmənin Beynəlxalq əlaqələr
və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, institutun elmi katibi, kimya
üzrə fəlsəfə
doktoru, dosent Əhməd Qarayev konfransda çıxış
edərək alimin həyat və fəaliyyətindən, onun
kimya elminin inkişafındakı xidmətlərindən
danışıb. Bildirib
ki, Həbibulla Şahtaxtinskinin elmi fəaliyyəti analitik kimya və qeyri-üzvi
maddələrin texnologiyası
sahələrini əhatə
edir. Onun rəhbərliyi ilə metallurgiya sobalarından atmosferə buraxılan tullantı qazlarından qazvari reduksiyaedicilərlə
sərbəst kükürdün
alınma texnologiyası
işlənilib hazırlanıb
və yarımsənaye
qurğusunda sınaqdan
keçirilib.
Qeyd olunub ki, Həbibulla Şahtaxtinskinin
apardığı elmi
və praktiki araşdırmaların nəticələri
alimin “Zəylik yatağı süxurlarından
alüminium duzlarının
alınması”, “Alunitin
kompleks emalından qalliumun alınması”, “Maqnezium və kalsiumun arsenat metodu ilə təyini”, “Miqdari kimyəvi analiz” və digər əsərlərində yer
alıb. 7 monoqrafiya
və dərsliyin, 380
elmi əsərin müəllifi olan akademikin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə
doktoru hazırlanıb.
Məruzəçi bildirilib ki, kimyaçı alimin “Miqdari kimyəvi analiz” kitabı bu gün də
elmi işçilərin,
pedaqoji fəaliyyətlə
məşğul mütəxəssislərin
və tələbələrin
stolüstü dərs
vəsaitlərindən biridir.
Sonra institutun böyük
elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva “Akademik Həbibulla Şahtaxtinskinin
həyatı”, Əhməd
Qarayev “Həbibulla Şahtaxtinskinin analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinin
həlli yolları sahəsində yaradıcılığı”
və Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının
rəhbəri, kimya üzrə fəlsəfə
doktoru, dosent Qorxmaz Hüseynov “Akademik Həbibulla Şahtaxtinskinin “Miqdari kimyəvi analiz” kitabının əhəmiyyəti
haqqında” mövzusunda
məruzələrlə çıxış
ediblər.
Sonda institutun
direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev çıxış
edərək görkəmli
alimlə bağlı
xatirələrini bölüşüb.
Iki sahil.- 2020.- 9 iyul.-
S.11