Azərbaycan “Davamlı
inkişaf hesabatı
- 2020” sənədində 54-cü pillədə qərarlaşıb
Bu gün qətiyyətlə
demək olar ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən mükəmməl
islahatlar konsepsiyası
iqtisadi inkişafın
Azərbaycan modelini yaradıb. Bütün bunlar Azərbaycanın
sosial-iqtisadi inkişafında
vacib mərhələ
olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin
həyata keçirdiyi
uğurlu xarici siyasət nəticəsində
ölkəmizin beynəlxalq
müstəvidə mövqeləri
əhəmiyyətli dərəcədə
möhkəmlənib, dünyada
söz sahibi olan dövlətə çevrilib.
Bu gün Azərbaycan
dünyada yüksək
nüfuza sahib olan dövlət kimi tanınır. Ölkəmizdə aparılan sistemli
islahatlar nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən yüksək
qiymətləndirilir. Beynəlxalq aparıcı reytinq agentlikləri Azərbaycanın
reytinqlərini davamlı
surətdə ilbəil
artırırlar. Ölkəmizdə inkişafın dinamizmi, reallaşdırılan islahatlar
dünyanın ən nüfuzlu təşkilatları
tərəfindən təqdir
edilir. Bu baxımdan
Dünya Bankının
hazırladığı “Doing Business” reytinqində Azərbaycan hər il
irəliləyişlərə nail olur. “Doing Business 2020” hesabatında Azərbaycan islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb. Bu, Dünya
Bankının Azərbaycana
verdiyi böyük dəyərdir. Azərbaycan Dünya
Bankı ilə 25 ildən artıqdır ki, əməkdaşlıq
çərçivəsində geniş və uzunmüddətli davamlı
inkişaf layihələrinin
həyata keçirilməsində
tərəfdaşlıq edir.
Ötən illər ərzində
müxtəlif iqtisadi
proqramların həyata
keçirilməsi, struktur
islahatlarının dərinləşdirilməsi,
sosial-iqtisadi infrastrukturun
bərpası və inkişafı, yoxsulluğun
azaldılması və
digər sahələrdə
Azərbaycanın Dünya
Bankı ilə səmərəli və uğurlu layihələri icra olunub.
Bu yaxınlarda Azərbaycan
“Davamlı inkişaf hesabatı - 2020” sənədində
dünyanın 166 ölkəsi
arasında “davamlı
inkişaf məqsədləri
indeksi” üzrə
54-cü pillədə qərarlaşıb. Azərbaycan bu
baxımdan dünyada hər 3 ölkədən
2-ni qabaqlaya bilib.
“Davamlı inkişaf
məqsədləri indeksi”nə
görə, Azərbaycan
regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq
bütün qonşularını
geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan
58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan
75-ci və Türkmənistan
114-cü mövqedədir. Hesabata əsasən, Azərbaycanda gündəlik
gəliri 3,2 ABŞ dollardan az olan
yoxsul qeydə alınmayıb. Ölkəmizdə hər 100 min nəfərə
ana və körpə ölümü
kimi göstəricilərdə
yaxşlaşma olub.
Bərabərsizliyi ifadə
edən Cini əmsalı Azərbaycanda
38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən
biridir.
Prezident İlham Əliyevlə Dünya Bankının rəhbərliyi arasında
keçirilən videkonfransda
səsləndirilən fikirlər
bu əlaqələrin
daha da inkişaf
etməsini təsdiq edir. Videokonfrans əməkdaşlığın yeni perspektivlərini və istiqamətlərini
müəyyən etmək
baxımından mühüm
əhəmiyyət kəsb
edir. Bu videokonfrans Dünya
Bankı ilə ölkəmiz arasında yaxın gələcəkdə
iqtisadiyyatın sağlamlaşdırılması,
uzunmüddətli dayanıqlı
artımın təmin
edilməsi və yeni çağırışlara
uyğun proqramların
gerçəkləşməsində mühüm rol oynayacaq.
Prezident İlham
Əliyev bildirib ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması
müşahidə edilmirdi:
“Eyni zamanda, iqtisadi islahatlar aparılmadan ölkəmizin
dayanıqlı inkişafı
mümkün deyil. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə
hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır. Çünki
neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə
zəngin olan bütün ölkələrin
gəlirlərinə
çox mənfi təsir göstərmişdir.
Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır
və bu istiqamətdə əldə
edilmiş nəticələr
məhz islahatlara söykənir, aparılan
islahatların nəticəsidir.
Məhz şəffaflıq, dürüstlük
və islahatlar nəticəsində keçən
il büdcə daxilolmalarının həcmi
proqnozdan əlavə bir milyard manat
artmışdır və
bu vəsait böyük dərəcədə
imkan vermişdir ki, bir çox
sosial layihələr icra edilsin. Bu ilin birinci
rübünün yekunları
göstərir ki, pandemiyaya baxmayaraq iqtisadi artım var”.
Beləliklə, Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədləri
üzrə regional liderə çevrilməsi
dövlət başçısının
rəhbərliyi ilə
ölkəmizdə yeni
mərhələdə müasir
dövrün çağırışlarına
uyğun həyata keçirilən inkişaf
startegiyasının məntiqi
nəticəsidir.
Zahid Rza
İki sahil.- 2020.- 7 iuyl.- S.21