Aydın Quliyev: Azərbaycan qlobal təşəbbüslərə tam hazır qadir ölkədir

 

 

 

“Pandemiya ilə qlobal mübarizə üzrə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə dair Prezident İlham Əliyevin 120 ölkəni əhatə edən videokonfransda verdiyi təklifin qəbul edilməsi bu təşkilatın öz tarixinə, COVID-19-la mübarizədə və bəşəri tərəqqiyə xidmət edən qlobal təşəbbüslər tarixinə böyük hadisələrdən biri kimi yazılacaq.” Bu fikriBakı xəbərqəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev qəzetimizə açıqlamasında bildirdi.

 

A.Quliyevin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin mayın 4-də Qoşulmama Hərəkatının regional təmsilçilərinin iştirakı ilə keçirilən videokonfransda verdiyi təklifin belə qısa müddətdə icraya qəbul edilməsi Azərbaycanın beynəlxalq sülh təhlükəsizlik proseslərində qədər yaradıcı təşəbbüskar səviyyədə iştirakını sübut edən tutarlı faktdır: “Azərbaycan Prezidentinin təklifi əsasında BMT Baş katibinin pandemiya ilə mübarizəyə dair xüsusi sessiyasının keçirilməsi üçün rəsmi hazırlıqlara başlaması hər bir azərbaycanlı üçün qürurverici faktdır. Dövlət başçımızın təklifinin BMT- icraya qəbul edilməsi ölkəmizin dünya birliyindəki güclü mövqeyi ilə birbaşa bağlıdır. Belə ki, BMT yarandığı 1945-ci ildən indiyə qədərki dövr ərzində çox nadir hallarda belə xüsusi sessiyalar keçirmək qərarı verib. BMT-nin xüsusi konfrans ya sessiyalarının keçirilməsi təşəbbüslərinin heç hamısı məqbul qarşılanmayıb. Prezident İlham Əliyevin təklifi ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi ümumən 2-ci Dünya müharibəsindən sonra bu qurumun praktikasında nadir hadisələrdən biri olacaq.”

 

Baş redaktor bildirdi ki, Prezident İlham Əliyev hələ may ayının 4-də bu təklifi irəli sürərkən pandemiya ilə mübarizənin uğurlarının təkcə milli hakimiyyətlər ölkələr çərçivəsində aparılmasından asılı olmadığı məntiqindən çıxış etmişdi: Dəqiq desək, ölkə başçısı İlham Əliyev 4 may təklifi ilə bütün dünya ölkələrinə mesaj verdi ki, bəşəriyyəti bu təhlükədən qorumağın ən etibarlı yolu milli sərhədlər miqyasına qapanmaq yox, səyləri qlobal miqyasda birləşdirməkdir. Ötən iki ayda dünyada pandemiyanın yeni tüğyan əlamətləri sübut etdi ki, Azərbaycan antipandemiya addımlarını qabaqlayıcı şəkildə atdığı kimi, birgə qlobal tədbirlərin əvvəlcədən görülməsi zərurətini çoxlarından əvvəl görür. Azərbaycanın koronavirusla mübarizədə dünyanı bir araya gətirmək təşəbbüsləri konkret nəticə verdi. Bəşəriyyətin qorxulu virusla mübarizə aktivinə Azərbaycanın bir ölkə olaraq təqdim etdiyi sanballı töhfələrin sayı artır. Ermənistan bu kimi bir sıra ölkələr Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) başqa dövlətlərdən çarəsiz şəkildə yardım istədikləri halda, Azərbaycan çox az sayda donor ölkələrdən biri olaraq öz üzərinə böyük missiya götürdü, iki mərhələdən ibarət olmaqla ÜST-ün xətti ilə ehtiyacı olan ölkələrə 10 milyon dollar yardım etdi. Dünyada koronavirusla mübarizəyə dair BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü məhz bizim ölkəmizə - Azərbaycana məxsusdur. Azərbaycan beynəlxalq sülhə, rifaha inkişafa real töhfələr vermək gücündə iradəsində olduğunu növbəti dəfə sübut etdi.”

 

Siyasi ekspert qeyd etdi ki, koronavirusla mübarizə çərçivəsində xüsusi sessiya BMT-nin özünün dünyadakı nüfuzunun hörmətinin xeyli dərəcədə bərpa olunmasına mütləq təsir göstərəcək: “Azərbaycan Prezidentinin təklifinin hələlik bu günədək 130 ölkə tərəfindən dəstəkənməsi davamlı bir prosesin başlandığını göstərir. Heç şübhə yoxdur ki, tək-tük ambisioz irticaçı ölkələri çıxmaq şərti ilə ölkə başçısı İlham Əliyevin təklifini dəstəkləyən ölkələrin sayı daha da artacaq. Mövcud beynəlxalq prosedura görə bu təklifin gerçəkləşməsi üçün cəmi 97 ölkənin dəstək vetməsi kifayət etdiyi halda, 130 dövlətin müdafiəsi Azərbaycanın qlobal təşəbbüslərə tam hazır qadir ölkə olduğunu bir daha sübut etdi. BMT rəsmiləri bu təşəbbüsünə qiymət verərkən ölkəmizin pandemiya ilə mübarizədə əldə etdiyi yaxşı nəticələri, Azərbaycanın sistemli mübarizə modelinə malik olduğunu etibarlı siyasət apardığını sözsüz ki, nəzərə aldı.”

 

Cavid  Əkbərov

İki sahil.- 2020.- 10 iyul.- S.10.