COVID-19: Əhalinin sağlamlığını
və makroiqtisadi sabitliyi qorumaq da əsas şərtdir
Son 30 ilin ÜDM artımına görə
Azərbaycan MDB-də
birincidir
Dünya Bankı 1990-2019-cu illərdə
keçmiş sovet respublikalarının ümumi
daxili məhsulunun artım tempini hesablayıb. Hesabatda 1990-cı illə müqayisədə ÜDM-in ən
yüksək artım
tempinin Azərbaycanda olduğu göstərilib.
Belə ki, 1989-cı illə müqayisədə
30 il sonra
– 2019-cu ildə Azərbaycanın
ÜDM-i 341% artıb. Bu göstərici
Türkmənistanda 318%, Tacikistanda
305%, Özbəkistanda 242%, Ermənistanda 225%, Qazaxıstanda
219%, Gürcüstanda 179%, Moldovada
133%, Belarusda 126%, Qırğızıstanda
125%, Litvada 112%, Estoniyada
96%, Latviyada 94% və Rusiyada 24%-dir. Siyahıdan
da göründüyü kimi,
Azərbaycan 15 keçmiş
müttəfiq respublika
arasında şəksiz
liderdir.
Məhz
iqtisadiyyatımızın inkişafındakı
tempi qorumaq üçün pandemiyadan
əvvəl və hazırkı epidemiya dövründə də bəzi addımlar atılıb. Bu, bir
reallıqdır ki, dünyanı ciddi şəkildə təşvişə
salan koronavirus pandemiyası təkcə insan sağlamlığına
deyil, eyni zamanda, makroiqtisadi siyasətdən tutmuş qlobal ticarətədək
bütün sahələrə
mənfi təsirini göstərir. Beynəlxalq miqyasda
son 4-5 ayda pandemiya ilə aparılan mübarizə hələ
də effektiv nəticəsini vermir.
Bu isə hələ
gələcək zamanlarda
da həm insan sağlamlığına, həm
də iqtisadiyyata ciddi zərbələrin dəyəcəyinə işarədir.
Hətta
iqtisadçıların qənaətincə,
bir çox ölkələrin iqtisadiyyatında
4 faizədək azalmalar
gözlənilir.
Bununla belə,
Avropa Yenidənqurma və İnkişaf Bankının regional iqtisadi
perspektivlərə dair
hesabatında bildirilib
ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı
3 faiz artacaq. Ekspertlər vergi
güzəştləri və
məşğulluğa dəstək
tədbirlərinin iqtisadi
artıma şərait
yaradacağını bildirirlər.
Azərbaycan dövlətinin özəlliyi
ondadır ki, bu böhran şəraitində belə
iqtisadi və sosial layihələrin icrası davam edir. Xüsusilə koronavirus
pandemiyasının vurduğu
zərərlərdən az itki ilə
çıxmaq və makroiqtisadi sabitliyi qorumaq üçün Azərbaycan hökuməti
effektiv qabaqlayıcı
tədbirlər həyata
keçirir. Məqsəd həm də
iqtisadiyyata dəyən
zərəri minimuma endirməkdir. Məhz pandemiya
dövründə ölkədə
heç bir sosial layihənin təxirə salınmaması
və qeyri-neft sənayesinin inkişafı
bunu təsdiqləyir.
Pandemiya dövründə ölkəmizdə
yaradılan müəssisələr,
yenilənən yol infrastrukturu, açılan
yeni obyektlər və reallaşan digər sosial layihələr kifayət qədərdir. Belə ki, son 3 ayda Bakıda «Yeni klinika» tibb müəssisəsi, «Bakı Tekstil Fabriki» MMC- nin nəzdində yaradılan tibbi maska istehsalı
müəssisəsi, modul
tipli bir neçə xəstəxana
kompleksləri, «Gilan Tekstil Park»ın tibbi maska fabriki,
qoruyucu kombinezonların
istehsalı müəssisəsi
fəaliyyətə başlayıb.
Həmçinin bu dövrdə MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış
kompleksi, «Azərenerji»nin
Baş idarəetmə,
elm, tədris və laboratoriya kompleksi istifadəyə verilib. Bunlardan başqa Xızıdan Sumqayıt şəhərinə magistral
qaz kəmərinin çəkilməsi, paytaxtın
Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində
piyada keçidinin inşası, Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt
hissəsinin yenidən
qurulması kimi ciddi işlər həyata keçirilib.
Çox
təqdirolunası haldır
ki,
Prezident İlham
Əliyev bu layihələrin hər birinin açılış
mərasimində iştirak
edərək öz xeyir-duasını verib. Yəni, bütün bunlar pandemiya dövründə
ölkəmizin başçısının
təşəbbüsü ilə irəli sürülərək reallığa
çevrilən sosial-iqtisadi
layihələrdir. Həqiqətən də qlobal böhran dövründə
bu cür layihələrin reallaşdırılması
Azərbaycanın iqtisadi
qüdrətindən xəbər
verir. Bu uğurları şərtləndirən
amillər isə əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların nəticələridir.
Hər bir ölkədə pandemiya səbəbindən elan edilən karantin rejiminə görə əhalinin sosial durumu ilə bağlı müxtəlif
proqramlar tətbiq edilib. Azərbaycanda isə Prezident
İlham Əliyevin təsdiqlədiyi böyük
iqtisadi-sosial paket çərçivəsində dövlət dəstəyi
proqramları qəbul
edilib. İşləməyən vətəndaşların maaşını dövlət
ödəyir, sahibkarlara
və muzdla işləyənlərə yardımlar,
güzəştlər göstərilir,
bir sözlə, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır.
Artıq
pandemiya nəticəsində
zərərə məruz
qalmış sahibkarlara
100 milyon manata yaxın maliyyə dəstəyi göstərilib.
Qəbul
edilmiş bu proqramlara, ümumilikdə,
3,5 milyard manat həcmində vəsaitin ayrılması
da təsdiq edir ki, indiyədək Azərbaycan tarixində heç vaxt bu həcmli maliyyə tutumlu iqtisadi-sosial paket təqdim edilməyib. Azərbaycan həm daxildə, həm də xaricdə pandemiya ilə bağlı həyata keçirilən
mübarizə tədbirlərinə
əvəzsiz töhfələr
verib. Ümumiyyətlə, ölkəmizin koronavirusla
ümumbəşəri mübarizə
istiqamətində göstərdiyi
maddi-texniki, mənəvi
dəstək jestləri
dünya birliyi tərəfindən təqdir
edilir. İndiyə qədər ölkəmiz
30-dançox dövlətə maddi və mənəvi
yardımlar göstərib
və bu da onlar tərəfindən minnətdarlıqla qarşılanıb.
Ölkəmiz Ümumdünya Səhiyyə
Təşkilatına pandemiya
ilə mübarizə
üçün 10 milyon
dollar ianə verib.
Ölkə rəhbəri bütün
çıxışlarında Azərbaycanın qlobal pandemiya dövründə
iqtisadi imkanlarından,
reallaşdırılan layihələrdən,
etibarlı tranzit imkanlarından söz açaraq qeyd edir ki, bu
çətin dövrdə
də dövlət makroiqtisadi sabitliyin qorunması üçün
düşünülmüş addımlar atır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
mayın 4-də Qoşulmama
Hərəkatının Təmas
Qrupu formatında keçirilən onlayn görüşündə dövlətimizin
başçısı vurğulamışdır
ki, pandemiya şəraitində ölkələr
arasında ticarətin
açıq saxlanılması
və beynəlxalq yükdaşımaların fasiləsiz
olaraq həyata keçirilməsi vacibdir. Onlarla ölkəni
birləşdirən Şərq-Qərb,
Şimal-Cənub və
Şimal-Qərb nəqliyyat
dəhlizlərinin yaradılmasında
böyük rol oynayan Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə
çevrilib və pandemiya dövründə
də etibarlı tranzit-logistika mərkəzi
kimi öz roluna məsuliyyətlə
yanaşaraq ərazisi
vasitəsilə maneəsiz
tranzit daşımalarını
təmin edir.
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində
də cənab İlham Əliyev bu məsələyə toxunaraq demişdi ki, Azərbaycan və Rusiya tranzit-logistika sahəsində
işləri intensivləşdirmək
barədə razılığa
gəliblər. Yəni, Azərbaycan etibarlı
logistik imkanlarından
qlobal pandemiya dövründə də yararlanmaqdadır.
Düzdür, bəzi tanınmış
iqtisadçılar düşünürlər
ki, 2020-ci il
dünya iqtisadiyyatının
inkişafında «itirilmiş»
zaman olacaq. Onların qənaətincə,
hətta nüfuzlu beynəlxalq
şirkətlərin bəziləri
müflis olma həddinə çata bilərlər. Lakin Azərbaycanda həyata keçirilən qabaqlayıcı
tədbirlər, Prezident
İlham Əliyevin düşünülmüş iqtisadi qərarları ölkəmizin bu böhrandan az
itki ilə çıxmasını təmin
edəcək əsas amildir. Artıq pandemiya təhlükəsi
ilə bərabər,
dünya birjalarında
neftin qiymətinin də birdən- birə çox kəskin şəkildə
enməsi bir çox ölkələrin
milli valyutalarını
da ucuzlaşdırıb. Lakin Azərbaycan manatı öz stabilliyini qoruyub saxlaya bilib və şübhə
yoxdur ki, bu müsbət tendensiyadavam edəcək.
Elçin Zaman
İki sahil.- 2020.- 11 iyul.- S.6.