Şirvan şəhərində
68 mənzilli yaşayış
binası şəhid
ailələri və Qarabağ müharibəsi
əlillərinin istifadəsinə
verilib
Prezident İlham
Əliyevin çağırışına
uyğun olaraq özəl sektorun sosial məsuliyyət, həmrəylik prinsipinə
əsaslanan fəaliyyəti
getdikcə genişlənir.
Bunun növbəti nümunəsi
kimi, “Kapital Bank” tərəfindən sosial məsuliyyət çərçivəsində şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
üçün Şirvan
şəhərində 68 mənzilli
yaşayış binası
inşa etdirilib və iyulun 10-da binadakı mənzillər
həmin vətəndaşlara
təqdim olunub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı
İlqar Abbasov və “Kapital Bank”ın rəsmisi Tural Ayvazlı iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən
AZƏRTAC-a verilən məlumata
görə, H.Abdullayev
Prezident İlham Əliyevin tapşırığına
əsasən 2020-ci ildə
də ölkəmizdə
heç bir sosial proqramın təxirə salınmadığını,
əksinə həmin
proqramların uğurla
davam etdirilərək
daha da genişləndirildiyini
vurğulayıb.
Nazir müavini
bildirib ki, dövlət başçısının
çağırışına uyğun olaraq ölkəmizdə özəl
sektorun sosial məsuliyyət və həmrəylik prinsipinə
əsaslanan fəaliyyəti
getdikcə genişlənir.
Məcburi köçkünlər
üçün “Qobu-1”, “Qobu-2” və “Qobu-3” yaşayış
komplekslərinin özəl
sektorun hesabına salınması da bunun əyani təzahürlərindən biridir.
Bu il mayın 28-də “Qobu Park-3” yaşayış
kompleksinin açılışında
özəl sektorun əhəmiyyətli sosial
layihələrə qoşulduğunu
diqqətə çatdıran
Prezident İlham Əliyev yaşayış
kompleksinin salınmasında
xüsusilə “Paşa
Holdinq” şirkətinin
fəaliyyətini qeyd
edib. Dövlət
başçısı bütün
Azərbaycan şirkətlərinə
müraciət edərək
həmrəylik göstərməli
və sosial məsuliyyət daşımalı
olduqlarını bildirib.
H.Abdullayev vurğulayıb ki,
“Kapital Bank” tərəfindən korporativ
sosial məsuliyyət
çərçivəsində şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
üçün 4 mərtəbəli,
3 bloklu yaşayış
binasının inşa
etdirilməsi də özəl sektorun sosial layihələrə fəal şəkildə qoşulmasının
növbəti uğurlu
nümunəsidir. Bu, həmçinin şəhid
ailələrinin, müharibə
əlillərinin rifahı
üçün dövlətin
apardığı ardıcıl
işlərə özəl
sektorun yaxından dəstək verdiyinin göstəricisidir.
Nazir müavini
bütün sosial proqramlar kimi, şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinin
mənzillə təminat
proqramının da geniş miqyas aldığını deyib.
O, nazirlik tərəfindən
şəhid ailələrinə
və müharibə əlillərinə 2018-ci ildə
626 ədəd, 2019-cu ildə
bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verildiyini
qeyd edib. O, dövlət başçısının
tapşırığına əsasən 2020-ci ildə
şəhid ailələri
və müharibə əlillərinə azı
1500 mənzil və fərdi ev verilməsinin
nəzərdə tutulduğunu
bildirib. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla, bu il artıq
370-dək mənzilin, ümumilikdə
ötən dövrdə
şəhid ailələrinə
və müharibə əlillərinə 7970 mənzil
və fərdi ev verildiyini diqqətə çatdırıb.
İ.Abbasov Prezident
İlham Əliyevin həssas əhali qruplarına diqqət və qayğısından
bəhs edib, şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinin
mənzillə təmin
olunmalarının da bunun bir əyani
ifadəsi olduğunu vurğulayıb.
T.Ayvazlı dövlət
başçısının çağırışına qoşulan “Kapital Bank”ın da sosial layihələrdə
fəal iştirak etdiyini vurğulayıb. Bildirib ki, “Kapital
Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, işsiz və əlilliyi olan şəxslər, məcburi köçkün
və aztəminatlı
ailələr üçün
müxtəlif tədbirlər
həyata keçirir.
Budəfəki sosial aksiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilib və bununla da “Kapital
Bank” şəhid ailələrinin, Qarabağ
müharibəsi əlillərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində aparılan
ardıcıl işlərə
öz töhfəsini
verib.
Şəhid ailələri və Qarabağ müharibəsi
əlilləri onların
rifahı üçün
aparılan mühüm
işlərə, həmçinin
mənzillə təmin
olunduqlarına görə
Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə
ediblər.
Müasir tələblərə
uyğun yaşayış
şəraitinin yaradıldığı
binadakı mənzillərdən
16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlıdır. Mənzillər
Şirvan şəhəri
və ətraf rayonlardakı şəhid
ailələri və Qarabağ müharibəsi
əlilləri üçün
nəzərdə tutulub.
İki sahil.- 2020.- 11
iyul.- S.- 14.