Azərbaycan Silahlı Qüvvələrinin gücünə
şübhə yoxdur
Azərbaycan-Ermənistan
sərhədində uzun fasilədən sonra yenidən atəş
və minomyot mərmilərinin partlaması səsləri
eşidilir. Rusiya Dövlət Dumasının
deputatı, Rusiya-Azərbaycan
Parlamentlərarası Dostluq
Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində
Azərbaycan-Ermənistan münasibətlərinin
sabitliyinin növbəti
dəfə pozulmasının
kimdən ötrü sərfəli ola bilməsi barədə öz mülahizələrini
bölüşüb.
- Dmitri İvanoviç,
son günlərdə
Azərbaycan-Ermənistan sərhədində
baş verən hadisələri siz necə qiymətləndirirsiniz?
-Aşkardır ki, baş verən
hadisələrin təqsirkarı
heç də Azərbaycan deyil. Azərbaycanın Ermənistanı
nəyəsə təhrik
etməyə ehtiyacı
yox idi, suveren dövlətin ərazi bütövlüyünə
qəsb edən Azərbaycan olmayıb, başqa ölkənin ərazisinin 20 faizini də o işğal etməyib. Azərbaycan öz qarşısına yalnız öz dövlət sərhədinin
təhlükəsizliyinin təmin
edilməsi vəzifəsini
qoyur.
Qarabağ münaqişəsində
beynəlxalq hüquq tamamilə Azərbaycanın
tərəfindədir. Buna
görə də Bakının öz əsas məqsədinə
çatması – respublikanın
müəyyən olunmuş
sərhədləri daxilində
onun ərazi bütövlüyünün bərpa
edilməsinə nail olmaq üçün provokasiyaya ehtiyacı yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin
gücünə şübhə
yoxdur: bu yaxınlarda, mayın axırlarında keçirilmiş
manevrlərdə təqribən
10 min hərbi qulluqçu, 120 tank və zirehli texnika, habelə 30 vahid ordu və
cəbhə aviasiyası
cəlb edilmişdi. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi
30 ilə yaxındır
ki, sülh yolunun tərəfdarıdır,
yalnız öz ünvanına provokasiyalara
adekvat cavab verməklə kifayətlənir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan
edib ki, Qarabağ münaqişəsi
yalnız dinc yolla - Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində öz həllini tapmalıdır.
-Sizin fikrinizcə,
Azərbaycan erməni
tərəfinin provokasiyasına
nə dərəcədə
layiqincə cavab verib?
-Azərbaycan ordusu provokasiyaya qarşı sərt cavab tədbirləri görüb. Hesab edirəm ki,
erməni tərəfin
“köpünü yatırmaq”
üçün bu cür cavab tamamilə kifayətdir. Əlbəttə, çox
kədərli haldır
ki, artilleriya atəşi və bunun ardınca hərbi əməliyyatlar
nəticəsində Azərbaycanın
bir neçə hərbi qulluqçusu həlak olub və yaralanıb. Çox əlamətdar haldır ki, Ağdam kəndinin administrasiyasının
və KİV-lərin
verdiyi məlumata görə, bu kəndin kişiləri döyüş səslərini
eşidəndə hərbçilərə
öz köməyini təklif etmək üçün sərhədə
tərəf yola düşməyə hazırlaşıblar.
-Sizin fikrinizcə,
Ermənistan bu hərəkətləri ilə
hansı məqsədlər
güdə bilər?
-İstisna edilmir
ki, Ermənistan rəhbərliyi provokasiyanın
köməyi ilə ölkə daxilində sosial-iqtisadi vəziyyətdən
diqqəti yayındırmağa
çalışır. Bu
gün Ermənistanda koronavirus pandemiyası tüğyan edir: 600-ə
yaxın adam ölüb, 32 minə yaxın COVID-19-a yoluxma faktı qeydə alınıb. Nəticədə
vətəndaşların yerdəyişmə
imkanları məhdudlaşır,
onlar işsiz qalırlar, çünki ölkədə iqtisadi fəallıq dondurulub. Sosial problemlər ölkədəki siyasi böhrana əlavə olunur, bu isə
ümumi vəziyyəti
olduqca kəskinləşdirir.
Yerevanın bu cür addımları onun Dağlıq Qarabağda münaqişəni sülh
danışıqları yolu
ilə nizamlamaq arzusu olmamasını göstərir, buna görə də məsələn, Ermənistanın
baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağın
erməni icmasının
təyini-müqəddəratının vacibliyindən danışmağa
başlayıb.
-Siz necə
hesab edirsiniz, sərhəd insidenti Azərbaycan ilə Ermənistan arasında hərbi əməliyyatlar
dərəcəsinə çata
bilərmi?
-Güman edirəm
ki, Cənubi Qafqazda gərginliyin növbəti dəfə genişlənməsini nə
bu ölkələr istəyir, nə ATƏT-in Minsk qrupu,
nə də dünya birliyi. Lakin vəziyyətin sabitləşməsi üçün
Ermənistan bu təhlükəli provokasiya
taktikasından əl çəkməlidir. Mənim fikrimcə,
dünya birliyi heç şübhəsiz,
beynəlxalq hüququ
əsas götürərək
bu təcavüz faktını pisləyəcək,
çünki o, Qarabağ
probleminin dinc danışıqlar yolu ilə həll edilməsinin və Azərbaycanın ərazi
bütövlüyünün qorunub saxlanmasının tərəfdarıdır.
Şəxsən mən əminəm ki, belə adlandırılan
“Kazan formulu”nun reallaşdırılması danışıqların
mərhələli şəkildə
irəliləməsinin yeganə
düzgün üsuludur:
Ermənistan Azərbaycanın
işğal edilmiş
rayonlarını ona verir, cavabında Azərbaycan Ermənistanın
iqtisadi blokadasını
götürür, qaçqınlar
Dağlıq Qarabağa
qayıdır, bundan sonra mübahisəli ərazinin statusu barədə referendum keçirilir. Bu, ən ağlabatan və hüquqi yoldur, məhz bu yol seçilməlidir.
Sərhəddə baş vermiş
insidentə mənim münasibətimə gəldikdə
isə, mən Rusiyaya dost Azərbaycanın
mövqeyinə bütünlüklə
şərikəm, həlak
olmuş azərbaycanlı
döyüşçülərin ailələrinə dərin
hüznlə başsağlığı
verirəm və çox ümid edirəm ki, münaqişənin gedişində yaralananlar tezliklə sağalacaqlar.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı
İlqar Abbasov və “Kapital Bank”ın rəsmisi Tural Ayvazlı iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən
AZƏRTAC-a verilən məlumata
görə, H.Abdullayev
Prezident İlham Əliyevin tapşırığına
əsasən 2020-ci ildə
də ölkəmizdə
heç bir sosial proqramın təxirə salınmadığını,
əksinə həmin
proqramların uğurla
davam etdirilərək
daha da genişləndirildiyini
vurğulayıb.
Nazir müavini
bildirib ki, dövlət başçısının
çağırışına uyğun olaraq ölkəmizdə özəl
sektorun sosial məsuliyyət və həmrəylik prinsipinə
əsaslanan fəaliyyəti
getdikcə genişlənir.
Məcburi köçkünlər
üçün “Qobu-1”, “Qobu-2” və “Qobu-3” yaşayış
komplekslərinin özəl
sektorun hesabına salınması da bunun əyani təzahürlərindən biridir.
Bu il mayın 28-də “Qobu Park-3” yaşayış
kompleksinin açılışında
özəl sektorun əhəmiyyətli sosial
layihələrə qoşulduğunu
diqqətə çatdıran
Prezident İlham Əliyev yaşayış
kompleksinin salınmasında
xüsusilə “Paşa
Holdinq” şirkətinin
fəaliyyətini qeyd
edib. Dövlət
başçısı bütün
Azərbaycan şirkətlərinə
müraciət edərək
həmrəylik göstərməli
və sosial məsuliyyət daşımalı
olduqlarını bildirib.
H.Abdullayev vurğulayıb ki,
“Kapital Bank” tərəfindən korporativ
sosial məsuliyyət
çərçivəsində şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
üçün 4 mərtəbəli,
3 bloklu yaşayış
binasının inşa
etdirilməsi də özəl sektorun sosial layihələrə fəal şəkildə qoşulmasının
növbəti uğurlu
nümunəsidir. Bu, həmçinin şəhid
ailələrinin, müharibə
əlillərinin rifahı
üçün dövlətin
apardığı ardıcıl
işlərə özəl
sektorun yaxından dəstək verdiyinin göstəricisidir.
Nazir müavini
bütün sosial proqramlar kimi, şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinin
mənzillə təminat
proqramının da geniş miqyas aldığını deyib.
O, nazirlik tərəfindən
şəhid ailələrinə
və müharibə əlillərinə 2018-ci ildə
626 ədəd, 2019-cu ildə
bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verildiyini
qeyd edib. O, dövlət başçısının
tapşırığına əsasən 2020-ci ildə
şəhid ailələri
və müharibə əlillərinə azı
1500 mənzil və fərdi ev verilməsinin
nəzərdə tutulduğunu
bildirib. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla, bu il artıq
370-dək mənzilin, ümumilikdə
ötən dövrdə
şəhid ailələrinə
və müharibə əlillərinə 7970 mənzil
və fərdi ev verildiyini diqqətə çatdırıb.
İ.Abbasov Prezident
İlham Əliyevin həssas əhali qruplarına diqqət və qayğısından
bəhs edib, şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinin
mənzillə təmin
olunmalarının da bunun bir əyani
ifadəsi olduğunu vurğulayıb.
T.Ayvazlı dövlət
başçısının çağırışına qoşulan “Kapital Bank”ın da sosial layihələrdə
fəal iştirak etdiyini vurğulayıb. Bildirib ki, “Kapital
Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, işsiz və əlilliyi olan şəxslər, məcburi köçkün
və aztəminatlı
ailələr üçün
müxtəlif tədbirlər
həyata keçirir.
Budəfəki sosial aksiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilib və bununla da “Kapital
Bank” şəhid ailələrinin, Qarabağ
müharibəsi əlillərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində aparılan
ardıcıl işlərə
öz töhfəsini
verib.
Şəhid ailələri və Qarabağ müharibəsi
əlilləri onların
rifahı üçün
aparılan mühüm
işlərə, həmçinin
mənzillə təmin
olunduqlarına görə
Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə
ediblər.
Müasir tələblərə
uyğun yaşayış
şəraitinin yaradıldığı
binadakı mənzillərdən
16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlıdır. Mənzillər
Şirvan şəhəri
və ətraf rayonlardakı şəhid
ailələri və Qarabağ müharibəsi
əlilləri üçün
nəzərdə tutulub.
İki sahil.- 2020.- 15
iyul.- S.4.