Vətənpərvərliyin ən ali məqamı

 

Cəbhə bölgəsi...  Neçə illərdir ki, bu iki kəlmə özündə müharibə alovunu, alovsaçan mərmilərin,  iriçaplı silahların atəşinə nişangah olan, şəhidlərin qanıyla suvarılan  Vətən torpağnı göz önünə gətirir. Ən sıravi əsgərin , yüksək çinli zabitin şəhid olması xəbərini almaq çox ağırdır, üzüntülüdür. İllah ki, yaxından-uzaqdan özünü doğmalarını tanıdığın,  boy-buxunu ilə qürur duyduğun cəsur bir gəncin ölüm xəbərini eşidəsən.  Xalq yazıçısı Anarın təbirincə  desək, şəhidlik müqəddəsdir, amma hər halda balaları olan insanın həyatdan belə erkən getməsi insanın qəlbini çox  göynədir.

 

Cəbhə bölgəsində Vətən naminə düşmənlə ölüm-dirim  savaşı aparıb qəhərmancasına həlak olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru  Anar Gülverdi oğlu Novruzov da iki övlad atası  idi. Qəhrəman  hərbçimizin nəşi  Masallı rayonunda,  doğulub  boya-başa çatdığı  Ərkivanda  qəsəbəsində torpağa tapşırıldı.  Dəfn günü şəhid zabitə son etiramını  bildirməyə gələnlərə  pandemiya dövründəki davranış qaydalarına uyğun  olaraq qoruyucu maskalar paylandı.

 

Qəsəbənin Abbaslı  məhəlləsindən qəbiristanlığa  gələn küçə çox izdihamlı görünürdü. İki həftə  öncə  Anar   bu  yolla  əzizlərinin, bir Seyid Sadıq ağanın məzarlarını ziyarət etməyə  gəlmişdi.

 

İndi  onunla vida mərasimində  Müdafiə Nazirliyinin, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin,  Masallı rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvləri iştirak edirdilər.

 

Şəhid zabitimizin   məzarı önündə çıxış edənlər ailə üzvlərinə yaxınlarına dərin hüznlə başsağlığı verib, mayor Anar Novruzovun keçdiyi döyüş yolundan danışdılar. Bildirildi ki, Vətən yolunda canından keçən Anar kimi vətənpərvər  Azərbaycan oğullarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.

 

Sonra  şəhidin tabutuna bükülmüş Vətənin rəmzi olan Azərbaycan Bayrağı  on yaşlı  oğlu  Nihada  təhvil verildi.  Şəhidin  böyük qardaşı Sücəddin Novruzovu  istər rayonda, istərsə respublikada  tanıyanlar  çoxdur.  Uzun müddət  Dövlət Vergi Müfəttişliyində,  Hesablama Palatasında peşəkar  mütəxəssis kimi çalışıb.  Bu gün  onun üçün ikiqat ağırdır. Hamıdan tez-tez  xahiş edir ki, pandemiya qaydalarına əməl etsinlər, maska vursunlar, əlcək taxsınlar,  başsağlığına gələnlər imkan  daxilində  mərasimdə çox yubanmasınlar. Cib telofonuna gələn zənglərə təmkinlə  cavab verən  Hacı Sücəddin deyir  ki,  Vətən sağ olsun,  mən bu gün əmin oldum ki,  Anar təkcə mənim qardaşım yox,  bütün  elimizin-obamızın, vətənsevər Azərbaycan  xalqımızın əziz qardaşıdır.

 

Şəhid  zabitimizi  yaxından tanıyanlar  tanımayanlara   onun qısa  tərcümey-halını danışırdılar.  Öz ölümü ilə ölməzlik qazanan mayor Anar  Novruzov 25 il idi ki,  Milli  Orduda  xidmət edirdi.  Hərbi məktəbi bitirəndən sonra  Türkiyədə mükəmməl peşə təlimləri keçmişdi. Bütün vətənpərvər zabitlərimiz kimi onun üçün Qarabağı işğaldan azad etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq hər şeydən öncə bir şərəf məsələsi idi.

 

Oğlu Nihadın dediyinə  görə, atası  on gün öncə  evə gəlmişdi. İki gün əvvəlsə ata-oğul telefonda yazışıblar. Atası ilə qürur duyan Nihadın arzusu həkim olmaqdır: “Əsas  arzum isə atamın öyüdünü reallaşdırmaqdır. Atamın hər dəfə sözünün əvvəli , sonu da bu idi:  Nihad dərslərini yaxşı oxu, elmli adama hər yerdə hörmət var. Atadan hər gələndə soruşurdum ki, orada necə  xidmət edirsən? Cavabında məni bağırına basıb, bir az da gülümsəyib deyirdi: - Nuhad,  atan kəşfiyyatçıdır. Ona görə hər şeyi danışa bilmirəm. Zaman gələr, bilərsən ki, atan elə belə hərbçi olmayıb. Yeri gələndə lap Mixaylo kimi  əməliyyatlar keçirmişəm…”

 

Qələm dostum,  şair Əbülfət Mədətoğlunun qələmindəŞəhid ruhunun  pıçıltısınıeşidirəm:

Səngərdəki yerimə

Güllə dəyməz bir daha!

O yerdə olanlardan -

Danışmışam ... Allaha!

 

Şəkillərindən gördüyü kimi,  Anar Novruzov sanki anadan  hərbçi doğulmuşdu. Hündür boy, sağlam bədənli, hədsiz qətiyyətli, ruhən döyüşkən, çevik  idi. Müşahidə etdiyi durumu dərhal qiymətləndirmək bacarığına malik  idi. Elə iti, nüfuzedici baxışları var idi ki, kimsə ona yalan söyləyə bilmirdi. Generalın da, sıravi əsgərin etibar etdiyi, yaxın  dost sandığı bir zabit idi. Peşəkar təlim keçdiyindən elə qurğular var idi ki, onundiliniancaq Anar bilirdi.  Anarıngünahları” da az deyildi. Bəzən cəbhə bölgələrimizdə itkilər haqqında xəbərləri eşidəndə dözmürdü. Rəhbərlikdən xəbərsiz gedib ermənilər tərəfdəndil”, qiymətli silah-sursat gətirirdi. Bunlara görə qınağa da tuş gəlirdi. Tutulan əsirlərin ifadələrindən,  düşmənin  təxribat-diversiya qrupunun ratsiya ilə danışıqlardan da bilirdi ki, erməni tərəfi ondan necə yanıqlıdır. Hətta onu zərərsizləşdirənə mükafat  da ayırmışdılar.

 

 Jurnalist həmkarım, “Çənub xəbərləriqəzetinin baş redaktoru kövrəlsə   şəhid hərbçimizin  oğlu Nihadı  sorğusuala tutur. Nihad deyir: “Atam gələcək peşə seçməkdə bizə tam sərbəstlik vermişdi. Eşidəndə ki, məndən böyük bacım polis olmaq istəyir, razılıqla başını tərpədib gülümsədiAmma atamın zabit  olması  çox qohumumuzu hərbiçi olmağa həvəsləndirmişdi. Bir qardaşı oğlu, iki  bacısı qızı hərbçi sənətini seçiblər. Düzü, baş verənlər hələ mənə yuxu kimi gəlir. Atamın həyatına son qoyan  düşmən çox sevinməsin. Mən tam əminəm ki, atam hələ sağlığında ermənilərdən intiqamını almışdı. Ermənilər onun adından belə qorxurdular... İnanıram yaxın vaxtlarda onunla çiyin-çiyinə  döyüşən hərbçi əmilərim, atamın silah yoldaşları onun  haqqında maraqlı xatirələrini danışacaqlar.”

 

On üç  yaşlı uşağın bu fikirləri böyük  Mirzə Cəlilin bir kəlamını yada salır: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən.”

 

Dünyada insanlığın ən  ali dəyərlərindən biri Vətən sevgisidir.  Müqəddəs  Vətəni  qorumaq  isə ən şərəfli vəzifədir.  Anar da  Vətənə, xalqa  şərəflə xidmət etməklə öz övladlıq borcunu ləyaqətlə  yerinə  yetirdi.  Sübut etdi ki,  bu gün Milli Ordumuzda  vətənpərvər, bacarıqlı  zabitlərimiz saysız-hesabsızdır. Anar təpədən- dırnağa qədər əsl hərbçi, cəsur, eyni zamanda, peşəkar bir kəşfiyyatçı idi. O, nümunəvi zabit  olmasını özünün şərəfli xidmət dövründə tam  isbat etmişdi.

 

Onu da qeyd edək ki,  mayor  Anar Novruzovun məzarı neçə min illik tarixi olan qədim Ərkivanda -  böyük kəramət sahibi kimi  Azərbaycanda tanınmış  Seyid Sadiq ağanın  əzəmətli  məqbərəsinin  yaxınlığındadır.  Karantin  rejimindən əvvəl  adətən,  hərbi xidmətə gedənlər,  ailə həyatı quranlar,  uzaq səfərə çıxanlar  bu məqbərəni ziyarət edərdilər.

 

qədər ağır olsa da,  Anar  kimi  qəhrəman şəhidimiz üçün dogma ata ocağında  pandemiya qaydalarına görə hüzr keçirilmir. Məzarının  ziyarətinə gələnlər isə karantin qaydalarının tələblərinə  əməl etməklə elə Seyid Sadiq məqbərəsinə  yaxın qurulmuş talvarın altında  5-10 dəqiqə çay ya su içib dağılışırlar.

 

Yurda sevgi, orduya sevgidir.  Mayor  Anar Novruzovla vida mərasimində  bir daha oduyla xalq birliyinin şahidi olduq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Nurəddin Muğanlı

İki sahil .- 2020 .- 17 iyul -.S.17.