Məkkəmiz Şuşa,
Mədinəmiz Xankəndi olacaq
Şəhidlərin
ruhuna qələbə müjdəsi
İyulun 12 – də Ermənistan
Silahlı Qüvvələri Azərbaycan Ordusunun Tovuz rayonunda
yerləşən mövqelərini iriçaplı silahlardan
və artilleriya
qurğularından atəşə tutdu. Artilleriya atəşləri
nəticəsində dinc sakinlərdən ölən və yaralananlar oldu. Azərbaycan
Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə
tədbirləri nəticəsində düşmənin
hücum cəhdinin qarşısı alındı. İyulun
13-nə keçən gecə ərzində gərginlik davam
etdi. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən
gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq
atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi,
artilleriya qurğuları, hərbi hissəsi ərazisində
avtomobil texnikası və canlı qüvvəsi məhv edildi.
Azğın düşmən igid əsgərlərimizin həmləsinə
tab gətirməyib geri çəkildi. Təbii ki. Vətən uğrunda yenə
şəhidlər verdik.
Amma dörd il öncə Aprel
döyüşlərinin Azərbaycan cəmiyyətində
doğurduğu ab-havanın da şahidi olduq. Doğrudan da,
bığ yeri yenicə tərləyən yeniyetmə
oğlanın da, nişanlı gəncin də, keçmiş
döyüşçünün də daxilində qeyrət
ocağı yenidən alovlanıb şölələndi. Hər
kəs Azərbaycan bayrağına sarılıb Vətən
deyərək ayağa qalxdı.
Paytaxt Bakı bir gecədə kəndləri,
şəhərləri, bütün bölgələri ilə
bütövləşib vətənləşdi. Sinəsində
orden və medalları bərq vuran yaşlı müharibə
veteranları, xanım-xatın qadınlar belə
döyüşə getməyə hazır olduqlarını bəyan
etdilər. Ruhumuzda böyük canlama, qəlbimizdə
sabahkı qələbəmizə ümid yaradan həyəcanlar
yaşadıq. Tarix uşaqdan-böyüyəcən Azərbaycan
xalqının Vətən sevgisini bu dəfə dövlət
sərhədimizin Tovuz istiqamətində alovlanan yeni
müharibə alovuyla sınağa çəkdi.
Kiçikdən böyüyəcən
hamımız dörd gözlə cəbhə bölgəsinə
boylandıq. Ölkəmiz – evimiz, iş yerimiz əsl
müharibə ab-havasıyla nəfəs aldı. Düşmən tapdağında
qalan Qarabağın baş şəhəri Şuşa, eləcə
də Allahın bizə bəxş elədiyi, fəqət illərdir
ki, ziyarətinə həsrət qaldığımız yurd
yerləri bir-bir gözlərimizin
önündə canlandı. Sanki bizi bir araya gələməyə,
həmrəy olmağa səslədilər. Bizi bir araya səsləyən
həm də şəhid zabitlərimizin, əsgərlərlərimiz ruhları idi.
O müqəddəs ruhaların
arasında adları Vətənimizin müdafiəsi
uğrunda qəhrəmanlıq
salnaməsinə yeni yazılan general - mayor Polad Həşimovun, polkovnik İlqar
Mirzəyevin, mayor Namiq Əhmədovun, mayor Anar Novruzovun, baş leytenant Rəşad
Mahmudovun, gizir İlqar Zeynallının, gizir Yaşar
Babayevin, çavuş Vüqar Sadıqovun, baş əsgər
Elşad Məmmədovun, əsgər Elçin Mustafazadənin,
Xəyyam Daşdəmirovun və Nazim İsmayılov kimi Vətənin qeyrətli
oğullarının səsləri vardı. Vətənin
tariõi qəhrəmanları, qəhrəman şəhidlərimiz
də Vətənin varlığını şərəflə
yaşadır. Qoy bu, son şəhidlərimiz
olsun!
Düzü, Aprel döyüşlərində olduğu kimi, iyul ayının 12-dən
başlayaraq qısa zaman kəsiyində
baş verənlər hər şeyi unutdurdu; adamların şəxsi
dərdi-sərini də, bir anlıq əsrin faciəvi fəlakəti
olan koronavirusu da... Xocalı soyqırımından üzü
bəri gözlərdə qurumayan yaşlar bir anlığa
sanki ara verib dayandı, daşlaşmış ürəklər
yumşaldı.
Mən belə hissləri 1988-ci ildə
Lənkəran, Masallı, Cəlilabad camaatının
pay-piyada Bakıya - Azadlıq meydanına yürüşü
zamanı yaşamışdım. İndi də fəxrlə
o zaman “İlin xalqı” adı almağımızı dilə
gətiririk.. İslam peyğəmbəri özü də
buyurub ki, Vətəni sevmək imandandır!..
Ordumuza dəstək
yürüşlərində izdihamı görəndə
adamın ürəyi dağa döndü. Qürür
keçirdik ki, qeyrət ocağımız sönməzdir.
Bu,bizim - ilk növbədə Azərbaycanda yaşayanların
vətəndaşlıq borcu idi... Fəsad gələn yerdən
nicat da gələr, deyiblər. İçimiz illər uzunudu
ki, Qarabağın azadlığı eşqi ilə
qaynayıb-daşdanır. Üç - dörd gün ərzində
öz doğma ocağımıza tökülən igidlərimizin
al qanı bu eşqi daha da alovlandırdı. Paytaxta, bölgələrdə
şəxsi maşınlarda, evlərin eyvanlarında milli
bayrağımımız dalğalandı, efirlərdə Vətən,
torpaq, milli qürur və ləyaqət uğrunda mübarizəyə
səsləyən hərbi türkülər səsləndirildi:
Hay ver, mənə, cənab
leytenant!
Hay ver mənə, leytenant!
Xoş müjdəli bir
savaşdan,
Pay ver mənə, leytenant!
Belə sınaq günlərində
bizim hamımız, Azərbaycandan kənarda yaşayan
soydaşlarımız da eynu arzuyla
yaşayırdıq. Çox yaxşı bilirik ki, Azərbaycanın
xalqının Vətən uğrunda savaşı xeyirin şərlə,
işıq tanrısı Hörmüzün qaranlıq
tanrısı Əhrimənlə (yer üzünün Əhriməni
–ermənidir, erməni fikri şeyx Sədi Şiraziyə məxsusdur
–N.M), həqiqət aşıqlərinin yalan
carçıları ilə döyüşüdür!
Yaxşılıq da, hörmət də, bağışlamaq
da, xeyirxahlıq da, Vətənini vətandaş kimi sevmək
də insan ağlının, şüurunun bəhrəsidir!
Bu qanlı-qadalı iyul günləri bir daha dərk etdim
ki, dünyada ən böyük
qələbə hər bir vətəndaşın özündən
başlayır – düşmənin təxribatının və
zorakılığının qarşısında etiraz səsini
ucaltmasından, bir bayraq
alıtnda birləşməsindən başlayır...
Əsl vətənpərvərlik
mənəvi şücaətdən, cəsarətdən Vətən
eşqindən, yurd sevgisindən doğulur. Əsl Vətən
sevgisinin reklama, tele-şouya ehtiyacı olmur. Belə sevgi də həqiqət kimi əsrlər-qərinələr
boyu sadə xalqın içində yaşyır. Vətən
eşqinin dəbdəbəli saraylardan, villalardan, xarici
banklarda tıx vuran milyonlardan və milyardlardan
çox-çox uzaq olduğunun bir daha şahidi olduq.
Dünya da Azərbaycan Ordusunun gücünü ,
xalqımızın iradəsini və yekdil mübarizə əzmini
gördü. Və təkcə görmədi, görüb,
duyub, dərk etdi.
Milli Ordumuzla qürur duyan
xalqımızın səfərbər olmaq
çağırışı yarandığı gündən
turist təşkilatına bənzəyən ATƏT-in Minsk
qrupuna, qərar və qətnamələri ermənilər tərəfindən
vecə alınmayan BMT-yə, neftinə görə Azərbaycana
saxta sevgilər bəsləyən ikili standartlı dünyaya
etirazı idi. Qürur duyub, fəxr etdik ki, bizim Azərbaycanımızın
mənəvi gücü onun maddi gücündən qat-qat
önə keçə bilər...
Bəli, dörd il öncə Aprel
döyüşlərində olduğu kimi, Azərbaycan
dünyanın gözündə bir boy da artıb, yüksəldi.
Həmişə Azərbaycanın boyuna sevinənlər də
olub, paxıllıq edənlər də...
Müasir dünya siyasətində
isə cavabsız suallar çoxdur. Yenə qərbdən,
şimaldan paxıllıq rüzgarları əsdi
üstümüzə, soyuq su calamaq istədilər getdikcə
alovlanan qeyrət ocağımızün üstünə!
Yanar ocağın üstünə su calamaq isə
böyük günahlardan sayılır. Çox təəssüf
olsun ki, hələ də aparıcı Qərb dövlətləri
Azərbaycanın Qarabağ uğrunda erməni faşizminə
qarşı ədalətli mücadiləsinə xristian
rakursundan baxırlar.
Fəqət son
döyüşlərdə
bir daha əmin olduq ki, milli qeyrət
ocağımızı söndürmək həm xaricdə, həm
də daxildə heç bir təxribataçı qüvvəlıərə
nəsib olmayacaq. Və bir daha əmin olduq ki, Qarabağın
gözəl yerlərinin havasını udmaq, sərin
bulaqlarının suyunu içmək heç də uzaqda
deyil. Qədim Şuşada bu gün müvəqqəti
yuvası salmış şeytan sülaləsi
darmadağın ediləcək. Düşmən
işğalından azad
olunmuş torpaqlara neçə - neçə igid zabit və
əsgərlərimizin qanı töküldüyünü
heç kim, heç vaxt unutmayacaq. O torpaqlar qeyrətli vətən
öğullarının qanı bahasına azad olunduğuna
görə bizdən sonra gələcək nəsillərə
qızıldan da qiymətli, əvəzsiz və müqəddəs
məkan olacaqdır!..
Vaxt gələcək Azərbaycandan
həcc ziyarətinə dəfələrlə gedən zəvvarlar
marşurutu dəyişdirib murdar düşmənlərdən
təmizlənən Şuşamızın ziyarətinə
gedəcəklər. Məkkəmiz Şaşa, Mədinəmiz
Xankəndi olacaq! Bax elə
şəhidlərimizin ruhuna da ən böyük zəfər
müjdəsi də bu olacaq!
Nurəddin
Muğanlı,
İki sahil
.- 2020 .- 21 iyul .- S.21.