«Azərbaycanı dəyişən məhəbbət»

 

   Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, filologiya  elmləri doktoru, professor Nurlana Əliyevanın bu adda işıq üzü görən yeni kitabı yüksək elmi-siyasi və bədii keyfiyyətləri ilə diqqətçəkəndir

 

  Tanınmış ədəbiyyatşünas alim, təcrübəli elm və təhsil təşkilatçısı, nüfuzlu ictimai-siyasi xadim, dəyərli ziyalı, Bakı Slavyan Universitetinin rektoru, YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, filologiya  elmləri doktoru, Əməkdar müəllim, «Şöhrət» ordenli professor  Nurlana Əliyevanın «Azərbaycanı dəyişən məhəbbət» adlı yeni kitabı işıq üzü görüb.

  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə  Azərbaycanın bu günü, gələcəyi üçün  görülən işlərin, dövlətimiz, xalqımız qarşısında xidmətlərinin aydın  mənzərəsini yaradan bu monoqrafiyada, eyni zamanda,  son 16 ildən artıq  dövrdə Ümummilli Liderin siyasi kursunu  bütün istiqamətlərdə uğurla  davam etdirən Prezident İlham Əliyevin təkmil islahatlarının uğurlu nəticələrindən, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyətindən,  həmçinin ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayan, nəinki Azərbaycanın, bölgənin aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edilir. Yeni nəşr üçün seçilən ada diqqət yetirdikdə bütün  məqamlar özünü qabarıq şəkildə büruzə verir. Dövlətə, xalqa məhəbbətin, yüksək vətəndaşlıq təəssübkeşliyinin,  xalqımıza xas olan keyfiyyətlərin vəhdətinin, bir sözlə, azərbaycançılıq ideologiyasına bağlılığın ölkəmizin davamlı inkişafında stimulverici amil olduğu xüsusi önə çəkilir. Monoqrafiyada  dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin  çoxşaxəli və çoxcəhətli fəaliyyətinin yarıməsrlik  dövrü, xalqımızın milli oyanaşı, iqtisadi  sosial tərəqqisi naminə göstərdiyi böyük xidmətlər elmi-tarixi faktlar əsasında bir daha  oxucuya çatdırılır. Hər zaman qeyd olunduğu kimi,  Ulu Öndərin fəaliyyətinin buya digər istiqamətlərinə işıq salan  hər bir yeni nəşr tədqiqat mövzusu olmaqla yanaşı, oxucular üçün zəngin  mənbəyə çevrilir. Monoqrafiyada əksini tapan məqalələrdə də bu  fikir xüsusi qeyd edilir  ki, ümummilli lider  Heydər Əliyevin 1969-cu ildə  respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir.

     Kitabın redaktoru və «Ön söz»ün müəllifi Azərbaycanda  Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,  Əməkdar elm xadimi  Nizami Cəfərov «Azərbaycanı dəyişən məhəbbət» kitabı haqqında  bəzi qeydlər» adlı  «Ön söz»də  monoqrafiyanı  geniş  hərtərəfli təhlil edir, onun yüksək elmi-siyasi və bədii  keyfiyyətlərini əsaslandırır. N. Cəfərov Azərbaycanın ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin uğurlu nəticələrinin monoqrafiyada əsaslı şəkildə öz əksini tapdığını qeyd etməklə yanaşı, bu gün ali təhsil müəssisələri arasında özünəməxsusluğu ilə seçilən   Bakı Slavyan Universitetinin müasiryenilikçi ali təhsil ocağı  kimi  inkişafından  qürur hissi keçirdiyini bildirir.  Qeyd edir ki,  Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərimizə böyük məhəbbəti məni çox sevindirir. Kitabın adına müraciət edərək bu inam da ifadə olunur ki,  Azərbaycanı həm də gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı,  məhəbbəti dəyişəcək, dövlətlə xalqın vəhdətinin təkanına çevriləcək: «Bu, bir reallıqdır ki,  hər bir dövr öz  problemlərini irəli sürür. Hər əsər isə  öz dövrünün bədii ifadəsidir.  Bu baxımdan  professor Nurlana xanım Əliyevanın «Azərbaycanı dəyişən  məhəbbət» kitabı müasir dövrümüzün mühüm ictimai-siyasi və mənəvi-əxlaqi problemlərini  dolğun  əks etdirir. Hesab edirəm ki, belə maraqlı və aktual məzmunlu kitabın ərsəyə gəlməsi təqdirəlayiq haldır və kitabın oxucular tərəfindən böyük maraqla  qarşılancağına inanıram.» Yeni və dəyərli kitabın işıq üzü görməsi  münasibəti ilə professor Nurlana xanım Əliyevanı təbrik edib, ona  o elmi-pedaqojiictimai-siyasi fəaliyyətində yeni-yeni nailiyyətlər, bol-bol yaradıcılıq uğurları arzulayan «Ön söz»  müəllifi Nizami Cəfərov   belə nəşrlərin davamlı olacağına əminliyini ifadə edir.

   Təbii ki, həyat dəyişir, qarşıya yeni-yeni vəzifələr qoyulur. Bu vəzifələrin uğurlu icrası, yeni-yeni hədəflərin müəyyənləşməsi növbəti inkişaf mərhələsi üçün başlanğıc rolunu oynayır.  Professor Nurlana xanım Əliyeva kimi  ürəyi Vətən, xalq sevgisi ilə dolu olan, Azərbaycanın hər bir uğurundan böyük qürur hissi keçirən ziyalılarımız öz yanaşmalarını, baxışlarını  qələmə aldıqları məqalələrdə,  nəşr olunan kitablarda ifadə edirlər. Bunların toplusu isə bütövlükdə  zəngin tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə sahib olan, yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara, elmi potensiala görə daim dünyanın diqqətində olan,  102 illik yol qət edən  müstəqil Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynayır.

    Professor Nurlana xanım Əliyevanın kitabda əksini tapan,  14 oktyabr 2011-ci ildə  «Azərbaycan» qəzetində dərc olunan  «Xoşbəxt nəsil» məqaləsində  böyük məna kəsb edən, düşündürücü olan bu fikirləri xüsusi vurğulamağı özümüzə borc bildik: « Biz iyirmi ildir ki,  müstəqil ölkəmizdə yaşayırıq. Bu faktın arxasında  böyük tarixi məna durur.  İyirmi il bir nəsil  sayılır.  1990-1992-ci illərdə doğulan gənclər artıq Azərbaycan Ordusunda  hərbi xidmət keçir, ölkəmizin universitetlərini bitiriblər. Hətta dünyaya övladlar gətiriblər. Onlar xoşbəxt nəsildirlər: azad, müstəqil və yeni Azərbaycandan başqa heç nə görməyiblər. Azərbaycan məktəbində oxumaq, anadilli  orduda xidmət etmək, müstəqil Azərbaycanın himnini eşitmək, onun dalğalanan bayrağını hər yerdə görmək bu gənclər  üçün adilikdir

    Göründüyü kimi, müəllif bugünkü gənclərimizə çağırış xarakterli fikirləri ilə  Azərbaycanın hazırkı dönəmə qədər  hansı mərhələlərdən keçdiyini əsaslı şəkildə diqqətə çatdırmaqla yanaşı, bu gün müasir  müstəqil dövlətimizin çoxminli gəncliyinin  xoşbəxtliyi üçün bütün əsasların olduğunu vurğulayır. Bildirir ki,  bugünkü gənclərin gördükləri adiliyin arxasında xalqımızın  nəsil-nəsil  apardığı  azadlıq mübarizələri durur.  Bu mübarizələr  Şah İsmayıl Xətainin vaxtından başlanır və böyük şəxsiyyət  Heydər Əliyevin  fəaliyyəti və onun yolunun uğurlu davamı ilə bitir.

   Bu gün 102 illik tarixinin səhifələri vərəqlənən Azərbaycanın  keçdiyi inkişaf yolu bir daha bu reallığın təsdiqidir ki, keçmişinə sahib çıxan, bu günü ilə  qürur duyan, gələcəyə böyük inamla baxan xalq tarixin bütün sınaqlarında şərəflə çıxır, inkişaf yolunda inamla irəliləyir. «Bu gün  respublikamızda  Heydər Əliyevin quruculuq siyasəti davam edir» yazan  Nurlana xanım Əliyeva Azərbaycanın uğurları fonunda bu mühüm məqama xüsusi diqqət çəkir ki,  Bakı silsilə beynəlxalq mədəni tədbirlərin mərkəzinə çevrilib.  Dövlətimizin nüfuzunu artıran bu işlərdə  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  xidmətlərinin miqyası genişdir.   Xalqımız Mehriban xanım Əliyevanı  mədəniyyətimizin qədirbilən hamisi kimi tanıyır və sevir. Mədəniyyətimizin bütün sahələrinin inkişafı təmin olunur, elm, təhsil, səhiyyə obyektləri tikilir və kütləvi şəkildə   təmir edilir.  Qeyd olunan məqalədə Nurlana xanım Əliyeva  Azərbaycanın müstəqilliyinin dönməzliyini şərtləndirən amillərə  diqqəti yönəldərək belə bir inamı ifadə edir: «İndi bu müstəqilliyin maddi, iqtisadi və dövləti bazası da, həmin bazanı möhkəmləndirməyə Prezidentimizin siyasi iradəsi də vardır. Bu iradə  dünən də var idi, bu günvar, sabah da olacaq

  Kitabda dərc olunan 30-dan artıq məqalənin hər biri Azərbaycanın ayrı-ayrı sahələrdə malik olduğu imkanların, uğurların təqdimatı olmaqla yanaşı,  bugünümüzün aktual mövzularına çağırışdır.  «Qloballaşma dövründə Azərbaycan dilinin qorunması obyektiv sosial zərurətdir», «Təhsilin inkişaf hədəfləri», «İslama qayıdış və milli təhsil problemləri»,  «Azərbaycanı dəyişən məhəbbət və ya olimpiya ideallarının təntənəsi», «Heç bir qərəzli dairə Azərbaycanla  təzyiq dilində danışa bilməz!»,  «Təhsil: milli ruh, milli mühit»,  «Narahat ömrün səhifələri», «Azərbaycanda multikultural dəyərlərin təşəkkülü», «Azərbaycançılıq-birləşdirici ideya», «Şərqin Qərbə açılan elm və zəka qapısı», «Azərbaycanda «Multikulturalizm İli»ndən sonra «İslam Həmrəyliyi İli»nin elan olunması dünyaya mühüm çağırışdır», «İslam həmrəyliyinin təntənəsi», «Heydər Əliyev Fondu təhsilin inkişafına birinci dərəcəli strateji xətt kimi əhəmiyyət verir», «Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərlik nümunəsi idi», «Yüksək ziyalı mövqeyi», «Şəxsiyyət ucalığı»,  «Azərbaycan Xalq Cümhuriyyəti-100», «15 illik missiyanın şərəfli tarixi»,  «Milli dövlətçilik tariximizdə bir ilk», «İnkişafa təkan verən dostluq münasibətləri», «Ana dilimizin Cümhuriyyətə qədər keçdiyi tarixi yol», «Ədəbiyyat və dil tarixinə yeni münasibət» və sair kimi biri-birindən vacib məsələlərin müzakirəsinə geniş yol açan, yeni yanaşmaların ortaya qoyulmasına bir çağırış edən məqalələr hər bir xalqı dünyada tanıdan, həmçinin dövlətin imzalar arasında imzasının görünməsini şərtləndirən amillərə bir daha işıq salır.

  Əvvəldə də qeyd etdiyimiz kimi, nəşrdə,  həmçinin Bakı Slavyan Universitetinin son illər qazandığı  böyük  nailiyyətlər, bu ali təhsil  müəssisəsinin qarşıya qoyduğu  hədəf və məqsədlər, inkişaf perspektivləri, müasir ədəbi proses, cəmiyyətimiz üçün nümunə sayılan görkəmli şəxsiyyətlər, böyük ziyalılar barədə  maraqlı və dəyərli fikirlər öz əksini tapıb.

  Kitabı vərəqləyərkən  Dövlət mükafatı laureatı, filologiya  elmləri doktoru, professor  Nizaməddin Şəmsizadənin «Azərbaycan» qəzetinin  30 avqust 2018-ci il tarixli sayında  dərc olunan «Yüksək ziyalı mövqeyi» sərlövhəli məqaləsi diqqətimizi çəkdi. Məqalədə Nurlana xanım Əliyevanın çoxşaxəli və çoxcəhətli fəaliyyəti bir daha oxuculara təqdim edilir. «Tariximizitaleyimizi səciyyələndirən cəhət budur ki, ta qədimdən bu günə qədər Azərbaycan xanımları həmişə  xalqın birgə  yaşayışında fəal iştirak edirdilər. Öz gözəllikləri, zəriflikləri, nəcib əməlləri, ağıl və zəkaları ilə təkcə  mükəmməl ailə kultu yaratmayıblar, ərdəmli  oğullar, kübar  qızlar tərbiyələndirməklə bahəm, milli mənəviyyatın, ictimai əxlaqın formalaşması və sağlam, uzaqgörən idarəçilik işinə də öz töhfələrini vermişlər» yazan müəllif vurğulayır ki, bu mənada Azərbaycan tarixində, müstəqil dövlətimizin bu günündə  ləyaqətli nümunələr, şərəfli imzalar var. Öz fədakar əməyi, fəal ictimai mövqeyi, filologiyamızda özünəməxsus yeri olan belə xanım-xatın qadınlardan biri də Bakı Slavyan  Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası  İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri,  Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Nurlana Əliyevadır. Təbii ki, bu qısa təqdimatın özü Nurlana xanım Əliyevanın bütün fəaliyyətini özündə əks etdirir. Məqalədə də qeyd edildiyi kimi, həm ictimai-siyasi, həm də ədəbi-tarixi hadisələrə qlobal meyarlarla yanaşma, milli təəssübkeşlik, dövlətçilik duyğusu, milli-mənəvi yaddaş üçün məsuliyyət, Azərbaycan qadınının  taleyi üçün cavabdehlik  hissi bir insan və ziyalı kimi  Nurlana Əliyevaya xas  olan nəcib xüsusiyyətlərdir.  Bu gün onun ana olduğu ailədə beş alim yaşayıb yaradır.  Bu cəhətlər  onun ictimai-mənəvi simasını müəyyənləşdirir, prinsiplərini təyin edir, əyarlarını formalaşdırır.

   Qeyd edək ki, Nurlana xanım Əliyevanın müəllifi olduğu çoxsaylı nəşrlərin əsas mahiyyətində də bu məqamlar öz əksini tapır. Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi günümüzün əsas çağırışları sırasındandır.   Monoqrafiyada  mövzu rəngarəngliyi və publisist sözünün  səmimiliyi ilə seçilən «Müstəqillik  ərəfəsi və mədəni inqilab dəyərləri» adlı kitabdan da məqalələr yer alıb.

   «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində  yüksək poliqrafik keyfiyyətlə  nəşr olunan, 400 səhifədən ibarət  yeni nəşrin  işıq üzü görməsi münasibətilə professor Nurlana xanım Əliyevanı təbrik edir,  cansağlığı, elmi-pedaqojiictimai-siyasi fəaliyyətində, yaradıcılığında davamlı uğurlar arzulayırıq.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2020.- 9 iyun.- S.8.