Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilir

 

 

Son illər bütün sahələrdə baş verən dinamik tərəqqi nəticəsində Azərbaycan dünyada çox sürətlə inkişaf edən qabaqcıl ölkələr sırasında yer alır. Ölkə başçsının dərin elmi əsaslara söykənən inkişaf strategiyası sayəsində bütün sahələrdə olduğu kimi, iqtisadiyyatın əsas həlledici sahəsi, lokomotivi sayılan sənaye həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

 Prezident İlham Əliyevin Sərəncamı ilə 2014-cü il ölkədəSənaye ilielan edilib. Ölkə başçısının müvafiq Fərmanı ilə növbəti mərhələdə ölkəmizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edənAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyası təsdiq edilib. Konsepsiyanın əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Sənayenin modernləşdirilməsi, onun innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunub.

 

Ötən 17 ildə ölkəmizdə genişmiqyaslı sənayeləşmə siyasəti uğurla həyata keçirilib, yeni, müasir standartlara cavab verən sənaye müəssisələri inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilib, xeyli yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Son illər ölkədə əsasən yeyinti sənayesi, yüngül sənaye, mebel sənayesi, tikinti materiallarının istehsalı sahələrində qabaqcıl texnologiyaların tətbiqi ilə çoxlu sayda rəqabətqabiliyyətli müəssisələr qurulub. Ötən müddətdə Sumqayıt Texnologiyalar Parkı, Alüminium İstehsalı Kompleksi Azərbaycan Polad İstehsalı Kompleksi, “SOCAR Polymerlayihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, Bakıda gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Naxçıvan Avtomobil Zavodu, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonitmüəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, “EMBAWOOD” mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ Xaçmazda konserv, Ağcabədidə süd məhsulları, Oğuzda qarğıdalı emalı qlükoza istehsalı müəssisələri, eləcə energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları   digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilib.

 

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində  respublikamızda sənayenin modernləşdirilməsi strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi,  yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, müasir sənaye parklarının məhəllələrinin yaradılması qeyri-neft sənayesinə yerli xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması istiqamətində ciddi addımlar atılıb. Məhz buna görə görülən işlərin nəticəsidir ki, pandemiya Azərbaycanda sənaye istehsalına kəskin mənfi təsir edə bilməyib. Bu gün dünyanı cənginə alan COVID-19  pandemiyası dünyanın əksər ölkələrində sənaye istehsalının həcminə mənfi təsir göstərsə   Azərbaycanda  bu sahədə azalma olmayıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkədə ümumi sənaye istehsalı 15,5 milyard manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0.4 faiz çoxdur. Bu ilin ilk beş ayında ölkəmizdə qeyri-neft sənayesinin artımı 14 faiz təşkil edib.

 

Sənaye məhsullarının 62 faizi mədənçıxarma, 31,6 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi emalı sektorlarında istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15,5 faiz artıb. Emal sektorunda isə əczaçılıq məhsullarının istehsalı 3,1, avtomobil, qoşqu yarımqoşquların istehsalı 2,3, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompyuter, elektron optik məhsulların istehsalı 94,6, ağacın emalı ağacdan məmulatların istehsalı 57,2, digər nəqliyyat vasitələrinin istehsalı 37,6, elektrik avadanlıqlarının istehsalı 26,5, tütün məmulatlarının istehsalı 26,1, kimya sənayesi məhsullarının istehsalı 24,6, kağız karton istehsalı 15, rezin plastik kütlə məmulatlarının istehsalı 13,6, geyim istehsalı 13, hazır metal məmulatlarının istehsalı 7,4, içkilərin istehsalı 2,9, neft məhsullarının istehsalı 2, poliqrafiya məhsullarının istehsalı 1,8, qida məhsullarının istehsalı 1,8, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6 faiz artıb. Həmçinin elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı sektorunda istehsalın həcmi 13, su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda isə 1,5 faiz artıb.

 

Təbii ki, ölkəmizdə sənayenin inkiaşf etdirilməsi  davamlı inkişaf, əhalinin məşğulluğunun artırılması, ölkənin ixrac qabiliyyətinin yüksək səviyyədə saxlanması, idxaldan asılılığın azaldılması s. məqsədlər baxımından mühüm strateji əhəmiyyətə malikdir. Sənayenin inkişafı, həmçinin kənd təsərrüfatı istehsalının artırılmasına, ərzaq təhlükəsizliyini təmin edilməsinə, iqtisadiyyatın müxtəlif sahələrinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, xarici bazarlardan asılılığın azaldılmasına böyük töhfələr verir.

 

Bu gün qətiyyətlə demək olar ki, ölkə başçısının həyata keçirdiyi inkişaf strategiyası nəticəsində  Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyaraq regionun ən güclü sənaye mərkəzinə çevrilir.

 

Zahid Rza

 

İki sahil.- 2020.- 25 iyun.- S.11.