Tarixin bağrından
qopan ordumuz - Azərbaycan Ordusu – 102
Azərbaycan dövlətçiliyi həmişə
mübarizələrlə qorunub, mübarizələrlə bərpa
edilib. Xalqın ruhu mübariz ruh kimi tarixin axarını həmişə
dəyişə bilib. 1918-ci ilin mayında da dəyişdi,
Şərqdə ilk demokratik Cümhuriyyət yarandı, Azərbaycan
tarixə “Mən varam!” dedi...
1918-ci ilə
kimi “müsəlman korpusu” kimi tanınan ordu birləşməsi
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurasının 26 iyun 1918-ci il tarixli qərarı
ilə “Əlahiddə Azərbaycan Korpusu”
adlandırıldı. Bu addəyişmə həm də
mahiyyətin dəyişməsi idi və neçə onillər
sonra yeni bir tarixin yaranmasında bu addəyişməyə
istinad edildi: Əlahiddə Azərbaycan Korpusunun yaranması
amilinə əsaslanıldı. Ulu öndər Heydər
Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri
Günü haqqında” 22 may 1998-ci il tarixli Fərman
imzaladı və 26 iyun
Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin yaranması günü kimi tarixləşdi.
Ulu Öndər deyirdi: “Biz 26 iyun gününü bayram elan
etmişik. Bu, tamam əsaslıdır, məqsədəuyğun,
qanunauyğundur. Çünki 80 il bundan öncə məhz
bu gün Azərbaycan Xalq Cümhuriyyətinin – ölkəmizin
müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin,
müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə
fəaliyyət göstərən hökumətin ilk
addımlarından biri Azərbaycanın Milli Ordusunun
yaranması haqqında verdiyi qərar olmuşdur...”.
Müstəqil Azərbaycan Respublikasının ordusu
1918-ci ildə yaradılmağa başlamışdı.
1920-ci ilin aprelində rus imperiyası Azərbaycan Demokratik
Cümhuriyyətini ilhaq etdi. Dövləti ilhaq etdi, lakin
xalqın mübarizə əzmini, azadlıq, müstəqillik istəyini ilhaq etməyə
qüdrəti çatmadı. 73 il çəkən
mübarizə milli-xəlqi ruhun qələbəsi, Azərbaycanın
dövlət müstəqilliyinin bərpası ilə nəticələndi
– Azərbaycan Republikası Azərbaycan Demokratik
Respublikasının varisi kimi tarixə “Mən varam!” dedi.
“Əbədiyyən var olacam!” dedi...
Azərbaycanın dövlət müstəqilliyi bərpa
olunduqdan aylar sonra hakimiyyətin səriştəsizliyi,
siyasi ambisiyaların ciddiliyi, separatçılıq meyilləri,
vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı
dövlətçiliyin itirilməsi təhlükəsi ilə
üzləşdirmişdi. Onda xalq böyük tarixi şəxsiyyət
Heydər Əliyevi ciddi təkidlə hakimiyyətə dəvət
etdi...
Ulu öndər Heydər Əliyevin dönməz siyasəti
ilə vətəndaş qarşıdurması aradan
qaldırıldı, separatşılıq və
separatçılıq meyilləri ləğv edildi, ordu
quruculuğuna yeni yanaşma onun nizami ordu kimi
formalaşmasına zəmin yaratdı. Müstəqilliyin ilk illərində
– 1991 – 1993-cü illərdə ordu quruculuğu elmi əsaslarla
aparılmırdı, pərakəndəlik, səriştəsizlik,
kadr hazırlığı kimi amillər ordunun nizami ordu kimi
formalaşmasına imkan vermirdi. Digər tərəfdən,
yaradılmış yerli özünü müdafiə
batalyonları dövlətin maraqlarından daha çox fərdi
mənafelərin müdafiəçisi idi. Yəni ordu funksiyasını yerinə yetirmək səviyyəsində
qurulmamışdı. Ermənistanın
Azərbaycana qarşı elan olunmamış ədalətsiz
müharibəsinin getdiyi bir vaxtda belə ordu ölkənin ərazi
bütövlüyünü, dövlətçiliyi
müdafiə etməyə qadir deyildi. Bu vəziyyət
isə müstəqilliyə silahlı təhdid idi. Ermənistan Azərbaycanda siyasi vəziyyətdən,
siyasi vəziyyətə görə yaranmış hərbi vəziyyətdən
istifadə edir, Qarabağın dağlıq hissəsində,
eləcə də Ermənistanla sərhəd rayonlarda hərbi
üstünlüyə yiyələnirdi ki, bu da torpaq itkisinə
şərait yaradırdı.
Ulu Öndərin hakimiyyətə qayıdışı
ilə digər sahələrdə olduğu kimi, ordu
qurucluğunda da əsaslı islahatlar həyata keçirilməyə
başladı.
Yerli özünümüdafiə batalyonları
buraxıldı, orduda vahid komandanlıq təmin edildi, müstəqil
Azərbaycanda ordu quruculuğu hərbi, hərbi-elmi nəzəriyyələr
əsasında davam etdirildi, xüsusi tədbirlər həyata
keçirildi ki, bunlar da ordunun nizami ordu kimi
formalaşdırılmasının başlanğlcı, ordu
quruculuğunun yeni (və son dərəcədə gərəkli,
zəruri!) mərhələsi oldu.
Görülən tədbirlər şəxsi heyətin
döyüş hazırlığını yüksəldirdi. 1994-cü ilin
yanvarında keşirilən Horadiz əməliyyatı ordunun
şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını
da yüksəltdi. Bu əməliyyat nəticəsində
20 kənd, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndi ermənisizləşdirildi. Bu gərəkli
qələbə əsgərlərin döyüş əzmini,
qələbə ruhunu ordu quruculuğunun tələbləri
səviyyəsində nizamladı, istər ordunun, istərsə
də ictimaiyyətin torpaqlarımızın işğaldan
azad ediləcəyinə inamını nizamına düzənlədi...
Həmin dövrdə Azərbaaycan Respublikasının
Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş
Komandanı Heydər Əliyevin ön xətdə, səngərlərdə
əsgər və zabitlərə məsləhətləri,
tövsiyələri də mənəvi-psixoloji
hazırlığın səviyyəsini nəzərəçarpacaq
dərəcədə yüksəltdi. Tarix elmləri
doktoru Mehman Süleymanovun təəbirincə desək, orduya
siyasi qüvvələrin nüfuz etməsinin
qarşısı birdəfəlik alındı, onun
formalaşması, təşkilatlanması və təchizatı
qəbul edilmiş qanunlarla normalaşdırıldı. Ulu öndər Heydər Əliyev orduda vahid
komandanlığın praktiki əsaslarını yaratdı,
idarəetmə strukturlarına məsuliyyəti ciddiləşdirdi,
ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri
ilə üzvü şəkildə əlaqələndirdi.
Ordu dövlətin və şəxsən Heydər Əliyevin
dönməz qayğısı ilə əhatə olundu,
ordunun ehtiyacları vaxtlı-vaxtında aradan
qaldırıldı...
O illərdə
ordu-ictimaiyyət münasibətləri də yeni formatda, mənəvi
dəyərlər əsasında formalaşmağa
başlamışdı. Ulu Öndər deyirdi: “Xalq ordunu daim
sevməli, ona kömək etməlidir. Əgər
xalq azad, sərbəst yaşamaq istəyirsə, ölkəsini,
torpaqlarının toxunulmazlığını arzu edirsə,
gərək hər şeydən öncə orduya qayğı
göstərsin. Ordunun hörmətini
qaldırmaq lazımdır. Hərbi peşə
Azərbaycanda ən hörmətli peşələrdən
biri olmalıdır. Hər bir vətəndaş
Azərbaycan əsgərinə, zabitinə hörmət,
ehtiram və qayğı göstərməlidir. Hər bir Azərbaycan vətəndaşı, hər
bir gənc orduda xidmət etməyi özünün şərəfli
borcu hesab etməlidir". Bu kəlamlar
ordu quruculuğu prosesinin ideoloji-xəlqi mahiyyətini tənzimləyirdi.
Silahlı
Qüvvələrin Hərbi Akademiyası yardıldı (20
fevral 1999-cu il), ordumuzu zabit kadrları ilə
komplektləşdirən ali hərbi məktəblərin
statusu artırıldı (20 avqust 2001-ci il), Silahlı
Qüvvələrə yardım fondu yaradıldı (17 avqust
2002-ci il), Silahlı Qüvvələrin maddi-texniki təchizatı
yaxşılaşdırıldı, ordunun silahlanmasına
müasir silah və hərbi texnikalar daxil edildi, hərbçilərin
sosial şəraitinin yaxşılaşdırılması
istiqamətində konkret tədbirlər görüldü. Bunlar da özlüyündə ordu quruculuğunun
dövlət üçün prioritet olmasının təzahürü
idi. Zamanında imzalanmlış fərmanların həyatiliyinin,
tarixiliyinin nəticəsidir ki, hazırda Azərbaycanın
hərbi təhsil sistemi kifayət qədər güclü
maddi-texniki bazaya malikdir, onların hər biri fəaliyyətlərini
yerinə yetirdiyi hərbi vəzifələrə müvafiq
olaraq yeni tədris metodları ilə davam etdirirlər...
Azərbaycan Ordusunun nizami ordu kimi formalaşması
dünyanın aparıcı dövlətlərinin də,
NATO-nun da diqqətini çəkdi. Bununla da Azərbaycan
Ordusunun NATO-ya inteqrasiya prosesi başladı. Azərbaycan ordu hissələri koalisiya qüvvələrinin
tərkibində sülhməramlı missiyalarını
Kosovada, İraqda, Əfqanıstanda uğurla yerinə
yetirib, indi də yerinə yetirməkdədir. Bu xidməti NATO komandanlığı da yüksək
dəyərləndirib.
Respublikamızda müdafiə sənayesinin təkmilləşdirilməsi
və ordumuzun müasir silahlarla təmin olunması zərurəti
2005-ci ildə Azərbaycan Respublikası Dövlət
Xüsusi Maşınqayırma və Konvensiya Komitəsinin ləğv
edilməsi, onun bazasında Müdafiə Sənayesi
Nazirliyinin yaradılması ilə nəticələndi. Qısa
müddətdə Müdafiə Sənayesi Nazirliyində digər
təxirəsalınmaz məsələlərlə bir
sırada zəruri sayılan xarici iqtisadi əlaqələr bərpa
edildi, yeni əlaqələr üçün müvafiq
işlər aparıldı. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin müasir
tələblərə cavab verən müdafiə təyinatlı
məmulatların və xalq təsərrüfatının
maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində
istifadə olunan avadanlıq və ehtiyat hissələrinin
istehsalını təmin etmək üçün nazirliyin
müəssisələrində yeni istehsal sahələri
yaradıldı.
Son illərdə müxtəlif
miqyaslı müxtəlif təyinatlı təlimlər, bu
sıradan komanda-qərargah təlimləri ordunun
döyüş hazırlığını, müəyyən
tədbirlər, yeni hərbi hissələrin inşası,
yenidən qurulması, şəxsi heyətin sozial-məişət
şəraitinin yaxşılaşdırılması və
s. mənəvi-psixoloji hazırlığını yüksəldir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin qürurla dediyi “Azərbaycan
güclü dövlətdir və onun güclü ordusu
vardır” kəlamı hərbçilərin mənəvi-psixoloji
hazırlığında əlavə stimul olmuşdur. 2018-ci
ildə Azərbaycan Ordusunun yaradılmasının və
Bakının azad edilməsinin 100 illiyinə həsr
olunmuş paradlar Azərbaycan Ordusunun qadirliyinin paradı kimi
izlənildi...
Dünyanın ən güclü 50 ordusu
sırasında olan Azərbaycan Ordusu nizami və güclü
bir ordu kimi bütün parametrlər üzrə daha dinamik
inkişaf mərhələsindədir. Ordunun müdafiə
qüdrətinin, döyüş, mənəvi-psixoloji
hazırlığının yüksəldilməsi,
maddi-texniki təchizatının
yaxşılaşdırlması, hərbi qulluqçuların
sosial müdafiəsi dövlət üçün
prioritetdir...
Azərbaycan Ordusunun şəxsi heyətinin ən
güclü silahlarından biri də vətənpərvərlikdir.
Azərbaycan Ordusunun şəxsi heyəti Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin döyüş əmrini qələbə ilə
tamamlamağa, torpaqlarımızı işğaldan azad etməyə
qadirdir...
Azərbaycan Ordusu tarixin
bağrından qopan ordudur...
Rəşid Faxralı
İki sahil.-2020.- 25
iyun.- S.20