Profilaktik tədbirlərə əməl edək,

özümüzü virusdan qoruyaq!

 

Son zamanların əsas müzakirə mövzusu olan koronavirus epidemiyası  ilə bağlı vəziyyət Azərbaycanda ciddi nəzarət altındadır. Belə ki, bu virusun yayılmasının qarşısının alınması və profilaktikası ilə bağlı bütün lazımi tədbirlər görülür.

Prezident İlham Əliyevin tapşırığına əsasən,  yanvarın 28-də Nazirlər Kabinetində  koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib və Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradılıb, yanvarın 30-da isə bu epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.

Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılış mərasimindəki nitqində bu virus təhlükəsi ilə bağlı vurğulayıb ki,  mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb, lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün əlavə 10 milyon manat vəsait ayrılıb. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir: “Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.

Prezident çıxışında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədəki bütün tədris, təlim-tərbiyə müəssisələrinin müvəqqəti bağlanması məsələsinə də aydınlıq gətirərək qeyd edib ki, bu qərarın məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır: “Yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil.”

Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması üçün dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilir. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər görülür. Fevralın 21-dən bütün metropoliten obyektlərində və qatarlarda dezinfeksiya işləri aparılır. Gündəlik rejimində əllə təmas olunan səthlər, qapılar, şüşələr, pilləkən, keçid, vestibül, platfomalars. yerlərdə tutacaqlar, eskalatorların sürahiləri xüsusi dezinfektantlarla silinərək təmizlənir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti koronavirusun regionda yayılmaq təhlükəsini nəzərə alaraq xüsusi Tədbirlər Planı reallaşdırır. Sərnişin qatarlarında, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena normalarına və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktikcari dezinfeksiyası aparılır. Dezinfeksiya həm ölkədaxili, həm də beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, eləcə də dəmir yol stansiyalarında gündəlik həyata keçirilir. Bundan başqa, dəmir yolu ərazisində olan müalicə müəssisələrində qoruyucu tədbirlər görülübdezinfeksiyaedici vasitələr paylanılıb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti də bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir. Hava gəmilərində havalandırma filtrləri vaxtaşırı dəyişdirilir, sərnişinlərin bədən hərarətini ölçən xüsusi cihaz vasitəsilə 3 səviyyəli yoxlamadan keçirilir, koronavirus infeksiyasına yoluxması şübhəli bilinən sərnişinin olduğu hava gəmisi üçün karantin meydançası ayrılmışdır. Belə hava gəmisinə xidmət göstərmək üçün istifadə olunmuş xüsusi texnika dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emaletmə prosedurundan keçir.

Epidemiya təhlükəsi ilə bağlı ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılması zərurəti yaranıb. Bu məqsədlə avtobusların xaricidaxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib. İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə marşrut xətləri üzrə avtobuslar dezinfeksiya edilir.

Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb. Ümumdünya Səhiyyə Təşkilatı testlərlə bağlı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyasından ilkin testləri alıb və ölkələrə göndərdi. Azərbaycana artıq 1000 ədəd test göndərilib və ikinci partiyada yenə testlər veriləcək.

Dövlət başçısı koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü, ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas olmadığını qeyd edib:Bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ  ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyiİcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar”.

Göründüyü kimi, Azərbaycanda xəstəliyin yayılmaması üçün bütün məsələlər hər bir xırdalığa qədər düşünülürmüvafiq addımlar atılır. Yəni, koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi  üçün  lazımi tədbirlər görülür.

Virusa yoluxma hallarının qarşısını almaq üçün insanlar sanitar-gigiyena qaydalarına əməl etməli, qapalı məkanlarda biri- birindən uzaq məsafədə dayanmalıdırlar. Yoluxma daha çox hava damcısı ilə yarandığı üçün  öskürmə və asqırma hallarında ağız birdəfəlik istifadə üçün nəzərdə tutulan kağız dəsmalla tutulmalıdır. Mütləq olaraq əllər tez-tez sabunla yuyulmalı, spirtlə dezinfeksiya olunmalıdır. Əllər vasitəsi ilə ağıza və gözə toxunmama adətinə öyrəşmək lazımdır.

Gəlin,  biz də həkim məsləhətinə qulaq asaq, ölkədə aparılan profilaktik tədbirlərə əməl edək, özümüzü virusdan qoruyaq!

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2020.- 7 mart.- S.7.