Turizmotelçilik sektoru ilə

bağlı yeni təlimatlar hazırlanıb

 

Turizmotelçilik sektorunda koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair təlimatlar hazırlanıb.

Report” xəbər verir ki, sənəddə insanların sıx toplandığı digər ictimai yerlərdə olduğu kimi, otellərdə və turizm müəssisələrində yoluxma ehtimalının yüksək olduğu qeyd olunub.

Bu da həmin yerlərdə qonaqların müvəqqəti olaraq yaxın məskunlaşma şəraitində yaşamaqları, öz aralarında və işçilərlə sıx qarşılıqlı münasibətdə olduqları ilə əsaslandırılıb. Məhz bu cəhətlər – qonaqların məskunlaşması ilə bağlı onlara göstərilən xidmətlər(yemək, içki, təmizlik, hər hansı bir fəaliyyətin təşkili və s.) - və bu müəssisələrə xas olanqarşılıqlı münasibətlər (qonaq-qonaq, qonaq-işçi heyəti və işçi heyətin öz arasında) xüsusi diqqət tələb edir.

Qeydiyyat işçiləri COVID-19 barədə kifayət qədər məlumatlandırılmalıdırlar ki, qarşılarında qoyulan tapşırıqları etibarlı şəkildə, təhlükəsiz yerinə yetirsinlər və müəssisə daxilində COVID-19 yayılmasının qarşısını alsınlar. Profilaktika ilə bağlı görülmüş tədbirlərvə ya qonaqların ehtiyacı ola biləcəyi digər xidmətlər (məsələn, ərazidə və ya müəssisənin özündə mövcud olan tibb və əczaçılıq xidmətləri) barədə müəssisənin siyasəti haqqında qonaqlara məlumat verməyi bacarmalıdırlar.

Tənəffüs simptomları olan qonaqlara həkim tərəfindən baxış aparılana qədər otaqlarında qalmaq və əsas gigiyena qaydaları haqqında tövsiyələr verməlidir. Rəhbərlik həmin şəxslərin həkim tərəfindən müayinəsini dərhal təmin etməlidir.

Qeydiyyat işçiləri təyin olduqda yaşaxroniki xəstəliklərin olmamasına fikir verilməlidir. Qeydiyyat işçilərinin sosial məsafəni qorumaları zəruridir.

Qonaq qəbulu masasında lazımi avadanlıq və tibbi ləvazimatlar olmalıdır. Profilaktik tədbir olaraq tibbi maskalardan gündəlik həyatda istifadə etmək vacibdir.

Sosial məsafə saxlanması, əl və tənəffüs gigiyenası COVID-19 yoluxmasının qarşısınıalan əsas tədbirlərdir. Qonaqlar bu tədbirlər barədə məlumatlandırılmalıdırlar.Sosial məsafə istər qonaqlar arasında, istər personal arasında, istərsə də qonaqpersonal arasında qorunmalıdır. Sosial məsafənin qorunması ən az 2 m məsafəniəhatə edir.

Qeydiyyat işçiləri bütün məlumatları təmkinlə qəbul etməlidir, vəziyyəti qiymətləndirmək və müvafiq qərarları qəbul etməyi rəhbərliyin və tibbi xidmət əməkdaşlarınınüzərinə qoymalıdırlar.

İstifadədə üçün verilən, həmçinin hovuzlardaya spa-mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq normastandartlarauyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması arzu olunandır.

Qabyuyan və camaşırxana avadanlıqlarının işlək olması, temperatur rejiminin riayətolunması üçün vacibdir. Yuyucudezinfeksiya edici kimyəvi maddələr qaydalara uyğunistifadə edilməlidir.Qapalı hovuzların ventilyasiyası, hava mübadiləsi, nəm alma cihazının düzgün işləməsiyoxlanmalıdır.

Sabundezinfeksiyaedici məhlulların dispenserlərini (dozatorlarını), əl quruducularının, birdəfəlik kağız salfetləri dispenserlərinin və digər aidiyyəti cihazların düzgünişləməsini təmin etmək üçün həmin avadanlıqların, mütəmadi yoxlamaları icra olunmalıdır. Cihazların qüsurlu hissələri sürətlə təmir olunmalı və ya dəyişdirilməlidir.

Otelin müxtəlif ərazilərində, o cümlədən qonaqlar və işçilər tərəfindən istifadə olunanictimai ərazilər dezinfeksiyaedici geldən istifadə etmək üçün qurğularla təmin olunmalıdır.

İctimai iaşə zonalarının işçiləri şəxsi gigiyenaya (müntəzəm olaraq əl yuma, tənəffüsgigiyenası və s.) ciddi şəkildə riayət etməlidirlər.Həmin zonalara daxilxaric olarkən əllərini dezinfeksiyaedici gel vasitəsi ilə təmizləməyi qonaqlara xatırlatmaq lazımdır. Bunun üçün, həmin obyektlərin girişinin müvafiq cihazlarla təchiz olunması zəruridir.

Bufetlərdə qonaqlar qida məhsullarına əl ilə toxunmaqdan çəkinməlidirlər. Zərurətolduqda, servis əşyaları istifadə olunduqca tez-tez dəyişdirilməlidir və bu əşyalar ayrı konteynerdə saxlanmalıdır. Xidmətdən sonra bufet səthləri təmizlənməli və dezinfeksiya edilməlidir.Qəhvə və s. avadanlıqlarına mütəmadi əl ilə toxunulur. Bu səbəbdən həmin avadanlıqlar hər istifadədən sonra və zərurət olduqda daha tez-tez təmizlənib dezinfeksiya edilməlidir.

Qabların və süfrələrin (masa örtüklərinin) yuyulmasızamanı adi prosedurlardan istifadə edilməlidir. Bütün qablar, qonaqlarya işçilərin əlləri ilə təmasda ola bildikləri səbəbindən istifadə edilməmiş əşyalar da daxil olmaqla, qabyuyanmaşında yuyulmalı və dezinfeksiya edilməlidir.Hər hansı bir səbəbdən əl ilə yumaya ehtiyac yaranarsa, bütün ehtiyat tədbirlərini görərək adi addımlara əməl etmək lazımdır (yuma, dezinfeksiya etmə, durulama). Qurutma birdəfəlik kağız dəsmallardan istifadə edilməklə aparılmalıdır. Eyni şəkildə, süfrələr və dəsmallar adi qaydada yuyulmalıdır.

Oturacaqların yerləşdirilməsinə gəlincə, 10 kvadrat metr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur. Ərazidə oturacaqlarınara məsafəsi 1m-dən az olmamalıdır. Masaların arasındakı məsafə 2m-dən az olmamalıdır.

Təmizləyici personal hər hansı bir otaqda xəstə insan aşkarladıqda dərhal qeydiyyatəməkdaşlarına məlumat verməlidir. Əldə olunan məlumatların məxfiliyi təmin olunmalıdır.

Qonaqya heyətdə kəskin respirator infeksiyanın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir.

 

Röya Rasimqızı

 

İki sahil.- 2020.- 5 may.- S.24.