Xoşbəxtliyin Xoşbəxt adı

 

Xoşbəxtlik insanın özünün özü üçün müəyyənləşdirdiyi baxış, öz əyninə biçdiyi libasdır. Ola bilər, əldə etdiyin nəyəsə görə özünü xoşbəxt sayasan. Gözəl ailən, dostların, əzizlərin və doğmaların olar, həyatını arzuladığın işə sərf edib zövq alasan. Adam da var ki, sənin qazandığın heç nəyə sahib deyil, amma xoşbəxtdir - açıq səmaya baxır, təmiz havanı ciyərinə çəkir, yolun kənarında baxımsız qalmış daşın üstündə oturub ümidlər qurur.

Bütün müqayisələrdə fərqli xoşbəxtliklər üçün nisbilik görürsən. Bəli, xoşbəxtlik özü də mahiyyətcə nisbidir. Hətta mümkündür ki, özünü xoşbəxt sayasan, amma kimlərsə bunun əksini düşünsün.

Ancaq fikrimcə, xoşbəxtliyə vahid yanaşma da var. Adətən bu yanaşma istisna saydığın insanlara nəzərən formalaşır və bu formalaşma bütün klişelərdən, kənar təsirlərdən uzaqdır, səmimidir. Görünür, o insanlar dahi Əbu Turxanın təbirincə desək, öz “mən”ləri ilə həmahəng mühitdədirlər. Onların içərisindəki “mən”ə hər kəs dəyər verir. Deməli, sözün əsl mənasında xoşbəxtdirlər.

Düşünür və nəticəyə gəlirsən ki, həmahəngliyin tamlığı baxımdan önəmli olan meyar faydadır, daha doğrusu faydalılıqdır. İnsanın öz mühitilə həmahəngliyi cəmiyyətə necə yansıyır? Cəmiyyət bundankimi örnək götürür? Bu sayaq suallara cavab vermək üçün həyat yoluna nəzər saldığım şəxsiyyətlərdəndir Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə.

Xoşbəxt Yusifzadə dövrümüzün böyük simasıdır. Bunu tam mübaliğəsiz demək mümkündür. Daşıdığı adlartitullar heyrət doğurur. Onunla bağlı indiyədək çox məqalələr yazılıb, çox fikirlər səsləndirilib, xeyli sayda verilişlər hazırlanıb, filmlər çəkilib. Hər biri dünya şöhrətli qocaman neftçinin həyat və yaradıcılığını vurğulamaqla heyrəti ifadə etmək baxımından qiymətlidir. Bu yazı da Xoşbəxt müəllimə heyrət və rəğbətin növbəti nümunəsidir. ona da tam əminəm ki, ictimai əhəmiyyət daşıyan bu rəğbəti doğuran səbəblərin hər biri gələcəkdə sanballı elmi əsər və tədqiqatlar üçün əsasa çevriləcəkdir. Çünki Xoşbəxt Yusifzadə adı özlüyündə zənginlikdir. Bu ad dünya neft sənayesində nəzəriyyə ilə təcrübənin vəhdətidir. Ötən il çapdan çıxmış, Azərbaycan, rusingilis dillərində olanAkademik Xoşbəxt Yusifzadə. Biblioqrafiya”sını oxuyarkən də bu vəhdətin həm bildiyim nümunələrini yada saldım, həm də bilmədiyim tərəflərini öyrəndim.

Dəyərli alimimizin öz imzasıyla mənə hədiyyə etdiyi kitabı vərəqlədikcə, bir anlığa özümü Xoşbəxt müəllimlə tanışlığımın ilk illərində hiss etdim. Deyirlər, hər insanın həyata bağlanmaq üçün obrazı var. O obraz insana stimul verir. Kimi bu obrazı baxdığı kinoda, tamaşa etdiyi teatrda, kimi hansısa yarışda qalibiyyət qazanmış idmançıda görür. Həmin an mən Xoşbəxt Yusifzadənin şəxsində zəhmətin, fədakar əməyin, peşəyə hədsiz bağlılığın obrazı ilə tanış olur, söhbətləşirdim.

İllər keçdi, təmaslarımız intensivləşdi və mən o obrazdakı daha ali keyfiyyətlərdən xali oldum. Kitaba nəzər salanda isə gördüm ki, həmin keyfiyyətlər bizim bir toplum olaraq dünyaya tanınma rəmzlərimizdir. Sən demə, insan rəmzləşərmiş. Baxın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xoşbəxt Yusifzadə şəxsiyyəti barədə səsləndirdiyi bu fikir necə də yerinə düşür: “Xoşbəxt müəllim neft sənayesinin canlı əfsanəsidir, neft sənayesinin rəmzidir, Azərbaycan vətəndaşının rəmzidir”.

Biblioqrafiyanın məğzini Azərbaycanın əməkdar jurnalisti Ələkbər Abbasovun Xoşbəxt Yusifzadənin həyatı, elmiistehsalat fəaliyyəti haqqında oçerk təşkil edir. Qocaman neftçi ilə bağlı müfəssəl bilgilərin əksini tapdığı oçerkə diqqət yetirdikdə, az öncə haqqında söz açdığım heyrət və rəğbət hissini təkrar yaşadım. Bəzən hansısa bədii əsəri oxuyanda keçirdiyim duyğulara görə düşünmüşəm ki, nəyə görə belə bir sənət nümunəsinin müəllifi azərbaycanlı deyil? Hətta, məsələn, Markesi bəşəriyyətə bəxş etdiyi üçün Kolumbiya xalqına yaxşı mənada paxıllığım tutub. Amma biblioqrafiyaya diqqət yetirəndə düşündüm ki, onu oxuyan ingilis, alman, ya fransız mütləq biz azərbaycanlılar barədə eyni hissləri keçirəcək.

Bəli, bizə paxıllıq da, qibtə də edə bilərlər. Çünki biz Xoşbəxt Yusifzadəni yetirən xalqıq. O Xoşbəxt Yusifzadəni ki, adı nəinki Vətənimizin, ümumilikdə dünyanın neft sanayesi tarixinə qızıl hərflərlə yazılıb. O Xoşbəxt Yusifzadəni ki, fəaliyyəti ilə neft sanayesi tarixində məxsusi mərhələ yaradıb. Əməksevərliyə, zəhmətə, dərin elmi axtarışlara, zəngin təcrübəyə əsaslanmış bu mərhələ yalnız yaşanmışlardan ibarət deyil. Bu mərhələ özündə görüləcək işləri birləşdirən yeni təşəbbüslər üçün ideya qaynağı rolunu oynayan parlaq gələcək bazasıdır.

Hesab edirəm ki, biblioqrafiyanı oxuyan hər kəs Xoşbəxt Yusifzadə şəxsiyyəti ilə bağlı iki xüsusiyyəti özü üçün müəyyənləşdirə bilər. Birincisi, Xoşbəxt müəllim qeyd etdiyim kimi, işinə fədakar yanaşma rəmzidir, özünün zəhmətsevərliyi ilə peşəsinin incəliklərinə dərindən bələd olmuş simadır. Qocaman neftçi eyni zamanda elmimizə də misilsiz töhfələr vermiş ailimdir ki, hər kəs bunun da fərqindədir. Ancaq mən faydalılıq üzərinə yenidən qayıtmaq istərdim. Xoşbəxt Yusifzadə hər müdaxiləsi, hər sözü ilə qlobal proseslərə Azərbaycanın töhfəsini, ölkəmizin ağırlığını və öncüllüyünü qoymağı bacaran kamil mütəxəssis - ustad obrazıdır. Hesab edirəm ki, bir insanın Vətəni qarşısında görə biləcəyi ən böyük onun öz sahəsinin bilicisi olmasıdır. Bu bilicilikdə heç bir pafos, hər hansı boğazdanyuxarı ifadə yoxdur. Bu bilicilik doğru zamanda doğru və faydalı sözü demək, fikri çatdırmaq məharətidir. O sözfikir ki, işə, onun strukturuna və icrasına təsirilə həyata keçirilməkdə olan böyük prosesi daha da mütəhərrikləşdirir, ona dolğunluq gətirir. Bu mənada Xoşbəxt Yusifzadənin 2007-ci ilin oktyabrında Tehranda Xəzəryanı dövlətlərin başçılarının ikinci zirvə görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə dialoqunu xatırlamaq kifayətdir. Biblioqrafiyadakı oçerk həmin dialoqun, eləcə də neft sanayemizin inkişaf xüsusiyyətlərinə, müstəqillik illərindəki yaşantılarının incəliklərinə nəzər salmaq baxımından müstəsna tapıntıdır. Və o incəliklərdə heç şübhəsiz dövrün xarakterinin, siyasi lider kimi Prezident İlham Əliyevin məharətli gedişlərinin yer aldığını görürük.

Bəli, Xoşbəxt Yusifzadə insanın öz işini incəliklərinədək bilməsinin etalonudur. İnkişafının səviyyəsindən asılı olmayaraq, istənilən cəmiyyət onun kimi etalonlara ehtiyac duyur. Ehtiyac həm də ona görə aktualdır ki, onun ödənməsi bir xalqtoplum üçün faydalılıq aspektlərinin bitib-tükənməyən tərəflərini üzə çıxarmaqla bir növ, qanunauyğunluq yaradır. Qanunauyğunluq isə öz növbəsində inkişafın dərinləşməsinə yönələn müstəsna təminatdır.

Görünür, qanunauyğunluq həm də xoşbəxtlik üçün təminatdır. O xoşbəxtlik üçün ki, birmənalıdır, sadədir, gözlə görünür, özünə heç bir mücərrəd baxış və fikirlərin burulğanında itib-batmaq təhlükəsini yaxın qoymur. Mənim qəhrəmanım olan Xoşbəxt Yusifzadə də məhz belə toxunulmaz xoşbəxtliyin mükəmməl, bənzərsiz və təkrarsız nümunəsidir. Uca Tanrı Xoşbəxt müəllimi yetirən xalqımızı daim XOŞBƏXT eləsin!

 

Əflatun Amaşov,

Azərbaycan Mətbuat Şurasının sədri

 

İki sahil.- 2020.- 8 may.- S.19.