Vətən sevgisinin təzahürü

 

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”.

Bu kəlmələr dahi Vətən oğlunun torpağına olan sonsuz məhəbbətinin əyani təzahürü, millətinə sədaqətlə xidmətin fədakarlıq rəmzidir. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucuxilaskar dövlət xadimi, milli liderxalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Bu fikirləri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib.

O deyib ki, Ulu Öndərimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irsmilli mənəvi dəyərlər əsasında yaradaraq onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Heydər Əliyev XX əsrin ən böyük liderləri sırasındadır. O, müasir demokratik Azərbaycanın ən yeni tarixinin yaradıcısı və müəllifidir. Tarixi yaradan, onun gedişinə müsbət təsir göstərən, tarixdə iz qoyan şəxsiyyətlər yüzilliklər boyu yadda qalır. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Müasir dövrün çağırışlarına Heydər Əliyev çox həssaslıqla yanaşaraq, çevik reaksiya verirdi, onun ümumbəşəri ideya və dəyərlərə söykənməsi, planetimizdə sülh və tərəqqinin, dostluğun bərqərar olunması istiqamətində gördüyü işlər tarixə qızıl hərflərlə yazıldı. Azərbaycanda möhkəm stabillik yaradan Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da ciddi addımlar atdı, atəşkəsə nail oldu. Ulu Öndər ictimai fikri hər zaman dövrün keyfiyyətcə yenipozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirilmişdir.

Heydər Əliyev böyük strateq kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai sistemdə ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. Mübaliğəsiz demək olar ki, keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın tarixinin bütün mərhələləri, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında xalqın sosial-rifah halının yaxşılaşdırılması üçün xüsusi proqramlar və genişmiqyaslı tədbirlər həyata keçirildi. "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyanın maraqları Azərbaycana cəlb edildi. Böyük rəhbər ölkəsinin maraqlarını dünyanın maraqları ilə birləşdirdi. Böyük öndər tarixi missiyalı bir lider idi. Onun tarixi missiyası tam müstəqil, hüquqi-demokratik dövlət olan Azərbaycanı qurub yaratmaq, inkişaf etdirmək, etibarlı əllərə tapşırmaq idi. Heydər Əliyev özündən sonra layiqli varis qoyub getdi. Böyük öndərimiz seçkilər ərəfəsində xalqa ünvanladığı müraciətində cənab İlham Əliyevi dəstəkləməyə çağırır və əminliklə bildirirdi ki, onun axıra çatdırmağa macal tapmadığı taleyüklü məsələləri, planları xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Bu inamın doğruluğunu həyat özü təsdiqləməkdədir. Ümummilli Liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır, Azərbaycan öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur. Ölkə başçısı İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən regionlarımızın inkişafında müstəsna rol oynamışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bütün azadlıqlar təmin edilib. Ona görə də bu gün Azərbaycan sivil, demokratik dövlət kimi beynəlxalq müstəvidə qəbul olunur. Bu amil ölkəmizin nüfuzunun artmasını şərtləndirən səbəblərdən biridir. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasiiqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlikiqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır. Azərbaycan balanslı diplomatiya ilə dünyanın fovqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Prezident İlham Əliyev yeni əsrin lideri kimi nəinki öz ölkəsində, eləcə də bütün dünyada sülhün, ədalətin bərpa olunmasına çalışır, problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlarla çıxış edir. Hazırda dünyada çox mürəkkəb proseslər baş verməkdədir.

Koronavirus infeksiyası (COVID-19) dünya ölkələrini psixoloji gərgin vəziyyətə salıb, bir çox ölkələrin iqtisadiyyatı tənəzzülə uğrayır. Bu cür vəziyyətdən yalnız qətiyyətli liderlər, uzaqgörən siyasətçilər çıxış yolu tapa və ölkəsini qorumaq gücünə malik ola bilər. Məhz bu ali keyfiyyətləri özündə cəmləşdirən cənab İlham Əliyevin çevik və uzaqgörən siyasəti, vaxtında atılan qətiyyətli addımları sayəsində epidemiyanın respublikamızda geniş miqyas almamasına nail olundu. Həssas dönəmdə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətində yer alan dəyərli fikirləri, dövlət tərəfindən aztəminatlı ailələrə göstərilən yardımlar, karantin dövründə bütün sahələri əhatə edən genişmiqyaslı fəaliyyət və dəstək, vətəndaşların sağlamlığı və rifahı naminə atılan addımlar bir daha təsdiq etdi ki, hər bir vətəndaşın sosial müdafiəsi dövlət siyasətinin prioritetidir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü, orada səsləndirdiyi fikirlər, çağırışlar bütün dünyaya əsl liderlik nümunəsini nümayiş etdirdi. Məhz buna görə də cənab İlham Əliyevin siyasəti, milli maraqlara əsaslanan fəaliyyəti dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib: "Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik inkişaf amilidir".

Bütün müsbət nəticələrin təməlində isə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs bu siyasi kursun uğurla davam etdirilməsi faktı dayanır. Ulu Öndərin ideyaları yaşayır, yol göstərir gələcək inkişafımızı müəyyən edir.

 

İki sahil.- 2020.- 9 may.- S.26.