Həyat uğrunda
mübarizənin önündə
“Bu gün bütün dünyada
gözəgörünməz və təhlükəli bir
düşmənlə - koronavirus yoluxucu xəstəliyi ilə
mübarizə gedir. İnsanların əsas
diqqəti dünya dövlətləri
liderlərinin və hökumətlərinin gördüyü
tədbirlərə yönəlib. Eyni
zamanda bu sahədə
hansı dövlətin, hansı hökumətin gördüyü qabaqlayıcı tədbirlər,
onların nə dərəcədə səmərəli olduğu da diqqət mərkəzindədir.
Dünya
mətbuatı və televiziya kanalları,
yerli kütləvi informasiya
vasitələri COVID-19 virusu ilə ölüm-dirim mübarizəsindən, onun nəticələrindən yazır, habelə
bu bəlanın doğurduğu
sosial-iqtisadi fəsadların aradan qaldırılmasında hökumət və
dövlət başçılarının müvafiq addımlarından bəhs edirlər.
Əlbəttə, dünyanın bir
parçası olan Azərbaycan da bu durumdan
kənarda deyil.”
Bu fikirlləri Milli
Məclisin deputatı Rəşad Mahmudov
“İki sahil” qəzetinə
açıqlamasında söyləyib.
R.Mahmudov bildirib ki, son həftələr ərzində ölkəmizdə də həyat əvvəlki normal axarı ilə getmir, ölümcül virus bizdən də yan keçməyib. İnsanlarımız yoluxurlar, həyatlarını itirirlər, yaşamaq uğrunda mübarizə aparırlar, sağalırlar. Nə yaxşı ki, başqa ölkələrlə müqayisədə bizim ölkədə statistika faciəli deyil: “Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq və torpaqlarımızın 20 faizindən çoxu düşmən tapdağı altındadır, onda bu mübarizənin nə qədər ağır və çətin bir proses olduğunu daha aydın dərk edərik. Bütün bunlara baxmayaraq, xüsusi qeyd etmək lazımdır ki, koronavirusla mübarizədə ölkə Prezidenti cənab İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın vaxtında atdıqları ardıcıl, məqsədyönlü və qətiyyətli addımlar təqdirəlayiqdir və bunu artıq dünya mətbuatı da qeyd edir. Belə bir situasiyada Azərbaycan doğru və prinsipial mövqe nümayiş etdirdi və etdirir, dünyanı bürüyən ölümcül virusun insanlara gətirə biləcəyi həyati və iqtisadi təhlükələrin minimuma endirilməsi sahəsində təxirəsalınmaz və önləyici qərarlar qəbul etdi və bu qərarların təcili yerinə yetirilməsini təmin etdi.”
Deputat vurğulayıb ki, bu qərarların yerinə yetirilməsində, ölkə əhaləsinə göstərilən qayğı və diqqət sahəsində hökumətimizi və dövlətimizi dəstəkləyən öncüllər sırasında Heydər Əliyev Fondunu xüsusi qeyd etməliyəm: “Fondun hadisələrə çevik və peşəkar yanaşması, hökumət qərarlarını sürətlə və qüsursuz yerinə yetirməsi fəxarət doğurur. Heydər Əliyev Fondu bir daha sübut etdi ki, o, dövlətlə xalq arasında əlaqələrin daha sıx, daha möhkəm olmasına səy göstərir və əslində dayanıqlı körpü rolunu oynayır. Fond dövlətimizlə bərabər insanlarımızın yanındadır, sözün əsl mənasında həyat uğrunda mübarizədə öndə gedir.
Mübaliğəsiz və birmənalı
şəkildə vurğulamaq istəyirəm:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondu ölkəmizdə
COVID-19-la mübarizədə əvəzsiz töhfəsini
verməkdədir. Hələ virusun
yayılmağa başladığı ilk
dövrdə cənab Prezidentimiz tərəfindən
yaradılan və milli həmrəyliyimizi
nümayiş etdirən Koronavirusla
Mübarizəyə Dəstək Fonduna məhz
Heydər Əliyev Fondu ilk
olaraq 500 min manat vəsait köçürdü.
Bu humanist addım virusun yayıldığı ilk vaxtlar çox vacib idi. Azərbaycan əhalisinin
sağlamlığını əsas diqqət mərkəzində saxlayan
Fondun professional işçi
heyəti bütün
dövlətlərin səfərbər
olunduğu bir dövrdə süni tənəffüs aparatlarının
çevik şəkildə
xaricdən ölkəmizə
gətirilməsi istiqamətində
əvəzsiz dəstək
göstərdi. Bu dönəmdə
virusun ölkəmizdə sürətlə
yayılmasının qarşısı
erkən tədbirlərlə
alındı, dünya
standartlarına uyğun
laboratoriyaların qurulması,
laboratoriyaların ən
müasir diaqnostik avadanlıqlarla təchiz edilməsi, dəqiq diaqnostikanın həyata keçirilməsi üçün
reaktiv və kitlərin təmin olunması istiqamətində
Fondun işçi heyəti səfərbər
edildi və eyni zamanda səhiyyə
sisteminin bu dövrdə xüsusilə
gərgin işlədiyini
nəzərə alaraq
Fond müxtəlif tibb
müəssisələrini maskalar, əlcəklər,
qoruyucu eynəklər,
tibbi geyimlər və dezinfeksiyaedici vasitələrlə təmin
etdi. Bu istiqamətdə
yardımlar hələ
də davam etməkdədir.
Heydər Əliyev Fondu virusa yoluxmuş şəxslərin aşkarlanması,
onların diaqnostikası
və müalicəsi
istiqamətində həkimlərin
fəaliyyətinin stimullaşdırılması,
beynəlxalq təcrübənin
öyrənilməsi istiqamətində
də əhəmiyyətli
işlər görür. Fond Azərbaycanın regionlardakı
xəstəxanalarında COVID-19-a qarşı mübarizə
tədbirləri ilə
əlaqədar əsas
bacarıqları gücləndirmək
üçün fəaliyyətə
başlamış REACT-C19 layihəsinə
də dəstək verib. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən seçilmiş
pilot tibb müəssisələrində
onlayn təlimlər keçirilmiş, həkimlərimizin
bilik və bacarıqları təkmilləşdirilmişdir.
Qeyd edim ki, ölkəmizin birinci xanımı Mehriban Əliyeva körpə vətəndaşlarımızın
sağlamlığını da unutmur, onları
daim diqqət mərkəzində saxlayır. Məhz
Mehriban xanımın tapşırığına əsasən,
bu dövrdə Fond tərəfindən Bakıda
və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə,
Uşaq Psixonevroloji Mərkəzə dezinfeksiyaedici
vasitələr, maskalar
və digər qoruyucu vasitələrdən
ibarət yardımlar edilib. Qeyd olunan müəssisələrdə
dezinfeksiya işləri
həyata keçirilib,
həmçinin sosial
təcrid rejiminin tətbiq olunması üçün zəruri
təşkilati dəstək
göstərilib.
Heydər
Əliyev Fondu karantin rejimində əhali və dövlət arasında əlaqəni təmin etmək, əhalinin ehtiyaclarını qiymətləndirmək
və düzgün məlumatlandırma aparmaq
məqsədilə yaradılmış
1542 Çağrı Mərkəzini
də psixoloji və poliklinik dəstək xətləri
ilə təmin edib. Bundan başqa,
Fond əhalinin həssas
qruplarını daim diqqətdə saxlayan ölkə rəhbərliyinin mütəmadi
tədbirlərinə dəstək
verməklə bir sıra addımlar da atmışdır. Fondun təşkilatçılığı
ilə xüsusi risk qrupunda olan ahıl
vətəndaşlarımızın məskunlaşdığı Pensiya
yaşına çatmış
şəxslər üçün
sosial xidmət müəssisəsində xidməti
personalın kənar mühitlə təmasını
maksimum məhdudlaşdırmaq
üçün uzunmüddətli
növbəli sistem yaradılmışdır.
Karantin dövründə Heydər
Əliyev Fondu əhalinin zəruri qida vasitələrinə ehtiyaclarını
nəzərə alaraq,
sosial müdafiəyə
ehtiyacı olan vətəndaşlara yardım
etmək və milli birliyimizi nümayiş etdirmək məqsədilə “Biz birlikdə
güclüyük!” şüarı
ilə 100 mindən artıq sovqatın paylanılması üçün
sosial aksiyaya başlamış və bugünədək aksiya çərçivəsində minlərlə aztəminatlı
ailəyə yardım
göstərilmişdir.
Heydər Əliyev Fondu Nazirlər Kabineti yanında Operativ Qərargahın həyata keçirdiyi hər bir layihədə də aktiv iştirak
edir. Bu sahədə tədbirlər davam edir.”
Rəşad Mahmudov xüsusi qeyd edib ki,
ölkəmizdə mövcud
vəziyyət düzgün
qiymətləndirilir və
daim nəzarətdədir:
“Buna heç kimin şübhəsi olmasın,
ölkə Prezidenti tərəfindən sistemli
şəkildə atılan
addımlar xalqımızı
bu bəladan az itkilərlə çıxmağa imkan verəcək. Bu baxımdan
ölkədə bütün
qurumların imkanları
səfərbər edilmişdir.
Əminəm ki, Azərbaycan
bu sınaqdan da ən az
zərərlə çıxacaq,
dövlətimizin və
xalqımızın tam təhlükəsizliyi
və rahatlığı
bundan sonra da təmin ediləcək.”
İki sahil.- 2020.- 9 may.- S.13.