Qələbə Günü
- bəşəri ehtiram günü
Qələbə-75
Böyük Vətən müharibəsi qələbə
ilə başa çatdı. 1945-ci ilin 9 May Günü
tarixə döndü.
Bu tarix Səməd Vurğunun tarixi misralarında da tarixləşdi:
Yazılsın tarixə qızıl
bir xətlə,
45-ci ilin 9 May Günü!..
45-ci ilin 9 mayından 75 il keçir.
Bu böyük Qələbəni böyük
coşquyla, könül
açıqlığıyla, qürurla qeyd etmək Azərbaycana ana südü kimi halaldı. Böyük Vətən müharibəsi
illərində döyüşən
orduya yanacağın
80 faizi, sürtkü yağlarının 90 faizi
Azərbaycandan gedirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Natsiolnalnaya oborona” jurnalına müsahibəsində də
qeyd etdiyi kimi, bunlar olmasaydı,
müharibədə qalib
gəlmək mümkün
olmazdı. Ancaq Bakıya
qəhrəman şəhər
adı verilmədi.
Dünya
da gördü ki, Bakıya qəhrəman şəhər
adı verməli olanlar 1990-cı ilin yanvarında Bakıda qırğın törətdi.
İllər sonrası
da olsa 75 ilin o üzündə qalanların səmimiyyətlə
etiraf edilməsi, Bakıya qəhrəman şəhər adı verilməsi 75 il
yol gözləyən
ədalətin bəşərilik
naminə bərpası
olmazdımı?
Azərbaycanda Böyük Vətən müharibəsində Qələbənin
ildönümləri həmişə
xalq bayramı, xalqın bayramı kimi qeyd edilib. Ötən,
ötüşən illər
böyük tarixi şəxsiyyət Heydər
Əliyevin bir kəlamının da tarixiliyini təsdiqlədi:
“... Zaman
keçdikcə, illər
ötdükcə bu qələbənin mənası,
mahiyyəti və tarixi əhəmiyyəti daha da aydın
olur, bütün dünya üçün daha da açılır.”
Ön xətdə,
səngərlərdə döyüş
növbətçiliyi aparan
əsgərlərlə bu
haqda yenə kəlmələşmək istəyirəm. Yadıma
2016-cı ilin may ayının
8-də Cocuq Mərcanlıda
da, Lələtəpədə
də əsgərlərin
əhatəsində yaşadığım
duyğular düşür.
24 gün əvvəlin
qəhrəmanları ilə
kəlmələşəndə neçə on illər əvvəl Böyük Vətən müharibəsi
veteranlarından eşitdiklərimi,
o kəlmələrin hər
birini yaşadan qüruru xatırlamışdım.
“Biz veteranların hamısı yaşıddı,
hamısı 45-in 9 mayında
doğulanlardı. Həlak olanlar
bizim ömrümüzdə
yaşayır.” Bu xatırlama əsgərləri
duyğulandırmışdı. Baxışları Lələtəpənin
o üzündən üzülməyən
gizir Tahir Misirxanov qətiyyətlə
demişdi:
-Biz torpaqlarımızı işğaldan
azad edəcəyik. Qələbə hansı ayın
hansı günündə
qazanılsa, döyüşənlərin
hamısı deyəcək
ki, biz Böyük Qələbənin yaşıdlarıyıq.
Şəhidlər qazilərin
ömründə yaşadılacaq...
Aprel döyüşlərinin
iştirakçıları 9 May Gününün səhərini
bu ovqatla qarşılayacaqdılar. Bu ovqat döyüş əzminin, qələbə
ruhunun ovqatıydı.
O gün konlümdən
Lələtəpənin yamaclarında
açan çiçəklərdən
bircə-bircə dərmək,
şəhidlərin məzarına
sərmək keşmişdi.
Yüksək rütbəli zabitlərdən
biri qürurla Tahir Misirxanova baxmışdı, “Gizir Misirxanov düşmənin
neçə-neçə tankını
vurdu, o da, digər qəhrəmanlar da Ali Baş Komandanın döyüş
əmrini qələbə
ilə sonlandıracaqlar.
Bu gün 9 mayla
5 aprelin qələbə
ovqatını qoşa
yaşayırıq. Yaxın
vaxtlarda 9 may hələlik
naməlum olan məlum bir günlə qoşa yaşadılacaq. O günə
Böyük Qələbə
Günü deyəcəyik”
- demişdi. Əsgərlərin baxışlarında gördüyüm döyüş
əzmi, qələbə
ruhu könlümü
telləndirmişdi. Lələtəpədən xırdaca qanadlı
meh əsmişdi.
Günün bu vaxtında əsən, əsə-əsə də
harasa tələsən
bu mehin pıçıltısını duymaq üçün əsgərlərin avtomatın
qundağını sıxan
barmaqlarını görmək
kifayətmiş...
Ön xətdə,
səngərdə Vətən
kəlməsi ahənrüba
kimi bütün mətləbləri özünə
çəkir; Səməd
Vurğun demişkən,
bütün mətləblərin
mübtədası Vətən
olur. Eşitdiyimiz fikirləri Azərbaycan
əsgərinin mənəvi-psixoloji
hazırlığının səviyyəsinin göstərən
bir çalar bilirik. Martın sonlarında da
ön xətdə, səngərdə belə
bir ovqat yaşadım. Əsgərlırdən biri demişdi ki, Vətəni ana kimi sevməyən
oğula oğul demək günahdı,
Ana, Vətən kəlmələri
ömrümüzün çırağıdı,
uğurumuzun bayrağıdı.
Bu gərəkili, müqəddəs
fikri düşüncələrimə
hopdurmuşdum...
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Natsionalnaya oborona” jurnalına müsahibəsində
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı suala cavab olaraq
deyib: “...Münaqişə
Azərbaycanın ərazi
bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində
həll edilməlidir”.
Ön xətdə, səngərlərdə əsgərlərdən
eşitdiklərimizi xatırlayıram
və bir daha əmin oluram ki, bu
kəlam işğalçı
dövlətə xəbərdarlıqdır:
münaqişə danışıqlar
yolu ilə həll olunmasa, onu Ali Baş Komandanın döyüş
əmri ilə Azərbaycan Ordusu həll edəcək.
Qələbə təntənədir. Böyük Qələbənin təntənəsi də böyük olur. Bu təntənə haqqında
ön xətdə, səngərdə eşitdiklərini
düşüncələrinin nizamlayıcısı bilirsən...
9 May Böyük Vətən müharibəsində həlak
olmuş 300 min azərbaycanlının
da ruhuna gözaydınlığı günüdür.
Bu ehtiram bəşəri
ehtiramdır. Bəşəri
ehtiramlar ön xətdə, səngərlərdə
daha möhtəşəmliklə
duyulur...
Rəşid Faxralı
İki sahil.- 2020.- 13 may.- S.31.