Korrupsiya milli təhlükəsizliyə
ciddi təhdiddir
Öz işinin
öhdəsindən gələ bilməyən, xəbərdarlıqlardan
nəticə çıxarmayan, xalqa və
dövlətə xəyanət yolunu tutan məmurlar bundan sonra da cəzalandırılacaqlar
Müasir dövrün qlobal problemlərindən biri də korrupsiyadır. Danılmaz
faktdır ki, korrupsiya səmərəli
dövlət idarəçiliyini
sarsıdır, bərabərlik
və sosial ədalət prinsiplərini
pozur, təmiz rəqabəti təhrif edir, iqtisadi inkişafı çətinləşdirir,
qanunun aliliyinə, demokratiyaya, insan hüquqlarına, demokratik
təsisatların sabitliyinə
və cəmiyyətin
mənəvi dəyərlərinə
təhlükə yaradır.
Bəşəri bəlaya çevrilən
korrupsiya təbii ki, ölkəmiz üçün də narahatlıq doğurmaya bilməz. Müasir müstəqil Azərbaycan
Respublikasında korrupsiyaya
qarşı genişmiqyaslı
mübarizə 1994-cü ildən
başlanmışdır. Ötən müddət ərzində
iqtisadiyyatın liberallaşdırılması,
bürokratik əngəllərin
aradan qaldırılması,
məmur-vətəndaş münasibətlərinin sağlam
zəmində qurulması,
şəffaflığın və hesabatlılığın
təmin edilməsi və digər bu kimi korrupsiyaya
qarşı mübarizə
tədbirlərinə əsaslanan
ardıcıl hüquqi
və institusional islahatlar həyata keçirilib və bu gün də
keçirilməkdədir. Aparılan genişmiqyaslı
islahatların nəticəsi
kimi milyonlarla vətəndaşa xidmət
göstərməklə dövlət
qulluqçusu-vətəndaş münasibətlərində yeni
yanaşmanın formalaşmasına
mühüm töhfə
verən, bürokratiya,
süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli
rol oynayan “ASAN xidmət” mərkəzlərinin
fəaliyyət coğrafiyasının
daha da genişləndirilərək
16 mərkəzə çatdırılması,
habelə yarandığı
gündən keçən
qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu,
əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin
“bir pəncərə”dən
təqdim edilməsinə
imkan verən nadir layihə kimi DOST mərkəzlərinin fəaliyyətə
başlaması Azərbaycanda
korrupsiyaya qarşı
mübarizə sahəsində
dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən
islahatların müsbət
nəticələri vətəndaş-məmur
təmasında şəffaflıq,
hesabatlılıq və
rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini verib, bununla da hüquqi
şəxslərin dövlət
qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları
kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə
keçidi stimullaşdırılıb.
Lakin bütün bu nailiyyətlərə baxmayaraq,
son zamanlar müşahidə
edilən hadisələr,
əsasən Azərbaycan
Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən Ağstafa,
Yevlax, Biləsuvar, İmişli və Neftçala rayonlarında,
Mədəniyyət Nazirliyində
keçirilən əməliyyatlar
nəticəsində üzə
çıxan korrupsiya
və rüşvətxorluq
halları hiddət doğurmaya bilməz. Ölkəmizin pandemiya kimi
qlobal bəla ilə mübarizə apardığı bir vaxtda vəzifəsindən
sui-istifadə edən
məmurların aşkarlanması
və cinayət məsuliyyətinə cəlb
olunması bu istiqamətdə həyata
keçirilən islahatların
davamlılığını bir daha sübut
etdi. Prezident İlham Əliyev
çıxışlarında hər zaman çağırışlar edərək
məmurları düzgün,
ədalətli olmağa
çağırır. Bildirir ki, məmurun xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanılmazdır.
Mayın 7-də Bakıda
modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxış
edən ölkə başçısı deyib:
“ ...əfsuslar olsun ki, biz bu
vəziyyətdə milli
xainlərin də üzünü gördük.
Kasıbın malına, ərzaq
payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil,
bu, kiçik bir cinayət deyil...Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə
adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə
adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması
qaçılmazdır. Eyni zamanda, indiki şəraitdə xüsusilə
kasıb adamların maaşını mənimsəmək,
ictimai işlərə
cəlb edilən vətəndaşların ödəniş
kartlarını götürüb
ondan pul çəkmək, bu da xəyanətdir. Son müddətdə həbs olunan icra başçılarının
beşi də bu bəd əməllərdə
təqsirləndirilir. Son
həbslər də onu göstərir. O icra başçılarının,
onların yaxınlarının,
köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə
kartı çıxıb,
yüzlərlə. Mənə
verilən məlumata görə, son tutulan icra başçısının
iş otağından
140 ödəmə kartı
çıxıb. Bu nədir? Biz bu kartı özünə iş tapa bilməyənlərə
veririk. Əvvəl də verirdik.
Biz ildə otuz
min, qırx min belə
adamı ictimai işlərə cəlb edirdik - hansısa binanın rənglənməsi,
yaxud da ki, onların bağçaya xidmət etməsi və digər işlərə.
Onlar minimum əməkhaqqı
səviyyəsində maaş alırdılar,
bu gün 250 manat. Amma onlara çatacaq
kartlar icra başçıları tərəfindən
götürülür, sonra
o pullar mənimsənilir.
Kasıb
adamlar da işsiz və pulsuz qalır. Bu adi cinayətdirmi?
Yox.
Bu xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam
etdirirlər. Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə
qarşı bundan sonra da amansız
mübarizə aparacağıq”.
Əlbəttə ki, daşıdığı
məsul dövlət
vəzifəsində özünü
doğrultmayan məmurlara
qarşı qanunlara uyğun şəkildə
xəbərdarlıq tədbirləri
görülür. Öz işinin
öhdəsindən gələ
bilməyən, xəbərdarlıqlardan
nəticə çıxarmayan,
xalqa və dövlətə xəyanət
yolunu tutan məmurlar isə qanunvericiliyin tələblərinə
uyğun olaraq müvafiq qaydada cəzalandırılırlar. Cəza tədbirləri məmurun
vəzifəsinin böyüklüyündən
asılı olmayaraq, ardıcıl nöqsanlara
yol vermiş, dövlət maraqlarına
xəyanət etmiş,
xalqdan üz çevirmiş hər bir kəsə tətbiq olunur. Dövlət
başçısı ölkə
ictimaiyyətini bu sahədə yardımçı
olmağa, neqativ hallarla bağlı müvafiq qurumlara müraciətlər etməyə,
ayıq-sayıq olmağa
çağırır. Prezident İlham Əliyevin korrupsiyaya və məmur özbaşınalığına
qarşı mübarizəsinin
geniş ictimaiyyət
və xalq tərəfindən dəstəklənməsinin
nəticəsidir ki, həyata keçirilən
kadr dəyişiklikləri
və islahatlar cəmiyyət tərəfindən
daim müsbət qarşılanır və
ölkə rəhbərinə
olan etimadı daha da artırır.
Sevinc Azadi
İki sahil.- 2020.- 14 mart.- S.7.